Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

SULFARGIN 10MG 50GR MELHEM

Məhsul Kodu : 111-19639
İstehsalçı ölkə: Latviya
7,30 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

SULFARGİN®, 10 mq xaricə istifadə üçün məlhəm

Sulfargin tərkibi 

Təsiredici maddə:1q məlhəmin tərkibində 10 mq gümüş sulfadiazin vardır. Köməkçi maddələr: vazelin yağı, propilenqlikol, setostearil spirti, qlesiril monostearat 40-55, polisorbat 80, metilparahidroksibenzonat, propilparahidroksibenzonat, təmizlənmiş su

İstifadəsinə göstərişlər:

 Preparat ikici və üçüncü dərəcəli yanıq zamanı yara sepsisinin profilaktikası və müalicəsi üçün əlavə olaraq, göstərilən yerli antimikrob vasitədir.

Əks göstərişlər:

- Gümüş sulfadiazinə və ya digər sulfanilamidlərə (məsələn, sulfadimetoksin, sulfadimezin, urosulfan, sulfasil, norsulfazol, sulfadiazin, sulfalen və s.) və/və ya istənilən köməkçi maddələrə qarşı yüksək həssaslıq; - anadangəlmə qlükoza-6-fosfatdehidrogenaza çatışmazlığı (geniş miqyaslı səthdə istifadəsi zamanı hemoliz yarana bilər); - sarılığın yaranma təhlükəsilə əlaqədar vaxtından əvvəl doğulmuş uşaqlarda, yenidoğulmuşlarda və 3 aya qədər olan uşaqlarda istifadə etmək olmaz; - hamiləlik və laktasiya dövrü. - Bol ekssudasiyalı dərin irinli və yanıq yaraları (məqsədəuyğun deyil).

Hamiləlik və laktasiya dövründə:

 istifadəsi İstifadənin təhlükəsizliyini müəyyən edən tədqiqatlar aparılmamışdır, bu səbəbə görə məlhəmdən istifadə etmək olmaz.

Sulfargin istifadə qaydası, dozası

Xaricə istifadə edilir. Məlhəmdən geniş səthdə istifadə zamanı böyrəklər və qaraciyərin funksiyasına, eləcə də, qanın formalı elementlərinin tərkibinə nəzarət etmək lazımdır. Pasiyent bol qələvi içki qəbul etməlidir. Nekrotik toxumaların cərrahi yolla aradan qaldırılmasından sonra məlhəm nazik təbəqə (2-4 mm) ilə sutkada 1-2 dəfə zədələnmiş səthə steril sarğı altında və ya açıq şəkildə sürtülür. Maksimal bir dəfəlik doza 300 q-dır. Müalicənin müddəti fərdi olub, xəstəliyin xarakterindən və terapiyanın effektivliyindən asılıdır, adətən 3 həftəyə qədər davam edir.

Prepared by  T-Soft E-Commerce.