Terfalin 1% 30 ml Sprey
Bitib
Stokda olanda mənə xəbər verin.Terfalin, 1% yerli istifadə üçün sprey
Terfalin, beynəlxalq patentləşdirilməmiş adı: Terbinafine hydrochloride
Terfalin tərkibi
Təsiredici maddə: 1 q məhlulun tərkibində 10 mq terbinafin hidroxlorid vardır.
İstifadəsinə göstərişlər
Trichophyton, Microsporum canis və Epidermophyton floccosum törətdiyi pəncə mikozu, qasıq epidermofitiyası və dərinin göbələk zədələnmələri; Candida mənşəli maya göbələyi infeksiyaları; Malassezia furfur tərəfindən törədilən rəngarəng dəmrov.
Əks göstərişlər
Terbinafinə və ya köməkçi maddələrə qarşı hiperhəssaslıq.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik zamanı yalnız zəruri hallarda istifadə olunmalıdır. Terbinafin ana südünə keçdiyi üçün laktasiya dövründə istifadəsi tövsiyə edilmir.
Pediatriyada istifadəsi
16 yaşdan kiçik uşaqlarda istifadəsi tövsiyə olunmur.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Təsir göstərmir.
Terfalin istifadə qaydası
Sprey yalnız xarici istifadə üçündür. Dəri təmizlənib qurudulduqdan sonra 5–10 sm məsafədən püskürdülür. Böyüklər üçün:
– Pəncə mikozu, qasıq epidermofitiyası və tinea corporis: gündə 1 dəfə, 1 həftə
– Maya göbələyi infeksiyaları: gündə 1 dəfə, 1–2 həftə
– Rəngarəng dəmrov: gündə 2 dəfə, 1 həftə
İstifadə ardıcıllığı pozulmazsa, simptomlar bir neçə gün ərzində yüngülləşir. 2 həftə ərzində yaxşılaşma olmazsa, həkimə müraciət olunmalıdır.