Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Ulsepan 40 mq N14 tablet

Məhsul Kodu : 111-00203
İstehsalçı ölkə: Fransa
4,81 AZN
Daha çox Həzm sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Ulsepan, bağırsaqda həll olan örtüklü tabletlər

Ulsepan tərkibi

Ulsepan tərkibi, 1 tabletin tərkibində 40 mq pantoprazol (natrium pantoprazol seskvihidrat şəklində) vardır. Köməkçi maddələr: mannit, kalsium karbonat, krospovidon, kopovidon, saxaroza stearat, kalsium stearat. Örtük: Təsviri ağ Opadri YS-1-7027 (hipromelloza, titan dioksid, triasetin), (metakril turşusunun sopolimeri, talk, titan dioksid, trietilsitrat, silisium dioksid, natrium hidrokarbonat, sarı dəmir oksidi, natrium laurilsulfat).

Ulsepan, istifadəsinə göstərişlər

Böyüklər və yaşı 12 və daha çox olan uşaqlar: reflüks-özofaqit. Böyüklər: antibakterial dərman vasitələrilə kombinəedilmiş müalicənin tərkibində Helicobacter pylori infeksiyasının eradikasiyası; mədə və onikibarmaq bağırsağın xorası; Zollinger-Ellison sindromu və mədə sekresiyasının yüksəlməsi ilə əlaqədar olan digər patoloji vəziyyətlər.

Əks göstərişlər

Təsiredici maddə pantoprazola, benzimidazol törəmələrinə və ya preparatın tərkibində olan hər hansı komponentə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamilə qadınlarda pantoprazolun istifadə təcrübəsi məhduddur. Heyvanlar üzərində aparılan tədqiqatların gedişində preparatın reproduktiv toksikliyi aşkar edilib. Pantoprazolun insan üçün potensial riski məlum deyil. Hamiləlik dövründə pantoprazoldan istifadə etmək olmaz, son dərəcədə zərurı hallar istisna olmaqla. Pantoprazolun ana südü vasitəsilə xaric olması barədə məlumatlar var. Bu səbəbdən, ana südü ilə qidalanmanı davam etdirmək/dayandırmaq və ya pantoprazol ilə müalicəni davam etdirmək/dayandırmaq barədə qərarı, körpə üçün ana südü ilə qidalanmanın və ana üçün Ulsepan preparatı ilə müalicənin effektivliyini nəzərə alaraq vermək lazımdır.

Ulsepan, istifadə qaydası

Tabletləri yeməkdən 1 saat əvvəl, az miqdar su ilə, bütöv halda, çeynəmədən və xırdalamadan qəbul etmək lazımdır. Reflüks-ezofaqit üçün tövsiyə edilən doza sutkada 1 tablet təşkil edir. Helicobacter pylori infeksiyasının eradikasiyası üçün kombinəedilmiş müalicə rejimləri və dozaları, xora xəstəliyi və digər hallar üçün tövsiyə edilən dozalar sənəddə ayrıca verilmişdir. Zollinger-Ellison sindromunun və mədə sekresiyasının yüksəlməsi ilə əlaqədar digər vəziyyətlərdə doza 80 mq/gün başlanır və vəziyyətə uyğun tənzimlənir.

Prepared by  T-Soft E-Commerce.