Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Adenurik 80 mq N28 tablet

Məhsul Kodu : 111-21975
İstehsalçı ölkə: Almaniya
36,62 AZN
Daha çox Sidik-cinsiyyət
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

ADENURİK, 80 mq, 120 mq təsiredici maddəsi dərhal azad olan örtüklü tabletlər.

Adenurik tərkibi 

Təsiredici maddə:1 tabletin tərkibində 80 mq və ya 120 mq febuksostat vardır. Köməkçi maddələr:laktoza monohidrat, mikrokristallik sellüloza, maqnezium stearat, hidroksipropilsellüloza, kroskarmelloza natrium, hidratlaşdırılmış kolloidal silisium. Örtük: Opadry II sarı, 85F42129 – polivinil spirti, titan dioksid (E 171), makroqol 3350, talk, sarı dəmir oksid (E172).

İstifadəsinə göstərişlər:

 Podaqra (Adenurik preparatının istifadəsi yalnız böyüklər üçün nəzərdə tutulur).

Əks göstərişlər:
 Febuksostata və ya preparatın tərkibində olan hər hansı digər komponentə (“Tərkibi” bölməsinə bax) qarşı allergiya müşahidə olunduqda, Adenurik preparatını istifadə etmək olmaz.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri:
 Aşağıda göstərilən hallarda, Adenurik preparatının istifadəsinə başlamazdan əvvəl həkimi məlumatlandırmaq lazımdır:

 - pasiyentdə hal-hazırda (və ya əvvəllər) ürək çatışmazlığı və ya digər ürək xəstəlikləri müşahidə olunduqda;

 - pasiyentdə hal-hazırda (və ya əvvəllər) böyrək xəstəlikləri müşahidə olunduqda və/və ya allopurinola (podaqranın müalicəsi üçün istifadə olunan dərman preparatı) qarşı ağır dərəcəli allergik reaksiyalar qeyd olunduğu halda;

 - pasiyentdə hal-hazırda (və ya əvvəllər) qaraciyər xəstəlikləri müşahidə olunduqda və ya qaraciyərin funksional göstəriciləri normaya nisbətən dəyişdiyi hallarda;

 - pasiyent Leş-Nixan sindromu (qanda sidik turşusu səviyyəsinin yüksəlməsi ilə xarakterizə olunan nadir irsi xəstəlik) zamanı sidik turşusunun səviyyəsinin yüksəlməsi ilə əlaqəli müalicə qəbul etdiyi halda;

 - pasiyent qalxanabənzər vəzi xəstəliklərindən əziyyət çəkdiyi hallarda. Adenurik preparatının istifadəsinə qarşı allergik reaksiyalar meydana çıxdığı halda, preparatın istifadəsini dayandırmaq lazımdır (“Əlavə təsirləri” bölməsinə bax). Allergik reaksiyaların ehtimal edilən simptomları aşağıda göstərilmişdir:

 - səpgilər, o cümlədən ağır dərəcəli formaları (məsələn, suluqlar, düyünlər, qaşınan və eksfoliativ səpgilər) daxil olmaqla, dərinin qaşınması;

 - ətrafların və ya üz nahiyəsinin ödemi;

 - tənəffüsün çətinləşməsi;

 - qızdırma və limfa düyünlərinin böyüməsi;

 - həmçinin, ürəyin və qan dövranının dayanması ilə müşayiət olunan həyat üçün təhlükəli allergik vəziyyətlər. Həkim Adenurik preparatının istifadəsi ilə aparılan müalicənin həmişəlik dayandırılması barədə qərar qəbul edə bilər. Adenurik preparatının istifadəsindən sonra, həyat üçün potensial təhlükəli dəri səpgilərinin (Stivens-Conson sindromu) meydana çıxması barədə nadir məlumatlar mövcuddur; bu zaman bütün bədən üzərində mərkəzində suluq yerləşən qırmızı çalarlı hədəfəbənzər ləkələr və ya dairəvi ocaqlar qeyd olunur. Həmçinin, ağız boşluğunda, udlaqda, burunda, cinsiyyət orqanlarında xoralar və konyuktivit (gözlərin qızarması və şişməsi) inkişaf edə bilər. Səpgilərin proqressivləşməsi, suluqların yayılması və ya dərinin qopması ilə müşayiət oluna bilər. Febuksostatın istifadəsindən sonra, Stivens-Conson sindromu inkişaf etdiyi halda, Adenurik preparatının istifadəsini təkrar başlamaq olmaz. Səpgilər və ya yuxarıda qeyd olunan dəri simptomları inkişaf etdiyi halda, dərhal həkimə müraciət etmək və göstərilən dərman preparatının istifadəsi barədə onu məlumatlandırmaq lazımdır. Pasiyentdə hal-hazırda podaqranın kəskinləşməsi (qəflətən baş verən şiddətli ağrı, oynaqların qızarması, oynaqlarda ağrı, şişkinlik və oynaq temperaturunun yüksəlməsi) müşahidə olunduğu halda, Adenurik preparatının istifadəsinə başlamazdan əvvəl, xəstəliyin səngiməsini gözləmək lazımdır. Bəzi hallarda, sidik turşusunun səviyyəsini aşağı salan preparatların istifadəsi ilə aparılan müalicənin əvvəlində, podaqranın kəskinləşməsi qeyd oluna bilər. Belə kəskinləşmə pasiyentlərin əksəriyyətində qeyd olunmur, lakin, Adenurik preparatının istifadəsi ilə aparılan müalicənin ilk həftələrində və ya aylarında pasiyentlərdə podaqra tutmaları baş verə bilər. Belə tutmalar meydana çıxdığı hallarda, müalicəni dayandırmamaq vacibdir, çünki bu halda, Adenurik preparatı sidik turşusunun konsentrasiyasının aşağı düməsinə səbəb olur. Pasiyent Adenurik preparatını hər gün həkim təyinatlarına müvafiq istifadə etdiyi halda, zamanla podaqra tutmaları daha gec-gec meydana çıxacaq və daha ağrısız olacaq. Həkim pasiyentə podaqra simptomlarının (oynaq ağrıları və şişkinlik) aradan qalxmasına və ya yüngülləşməsinə səbəb olan preparatlar təyin edə bilər. Yüksək urat səviyyəsi qeyd olunan pasiyentlərdə (məsələn, bədxassəli xəstəliklərin müalicəsi üçün kimyəvi-terapiya qəbul edənlərdə) sidik turşusu səviyyəsini aşağı salan preparatların istifadəsi ilə aparılan müalicə, sidik-ifrazat yollarında ksantinlərin toplanmasına və ehtimal ki, daşların əmələ gəlməsinə gətirib çıxara bilər, hətta, şişin parçalanması sindromu ilə əlaqəli Adenurik preparatından istifadə edən pasiyentlərdə bu müşahidə olunmadıqda belə. Qaraciyər funksiyalarının qiymətləndirilməsi məqsədi ilə, həkim qan analizinin aparılmasını təyin edə bilər. Adenurik preparatı tabletlərinin tərkibində laktoza (şəkər növü) vardır. Pasiyentdə hər hansı şəkər növünə qarşı dözümsüzlük müəyyən olunduğu halda, preparatı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır. Uşaqlar və yeniyetmələr 18 yaşdan kiçik uşaqlarda preparatın təhlükəsizliyi və effektivliyi müəyyən edilməyib, bunu nəzərə alaraq, bu pasiyent qrupunda preparatı istifadə etmək olmaz.

Hamiləlik və laktasiya dövründə istifadəsi:
 Adenurik preparatının istifadəsi ilə aparılan müalicənin dölə mənfi təsir riski müəyyən edilməyib. Hamiləlik dövründə Adenurik preparatından istifadə etmək tövsiyə olunmur. Adenurik preparatının ana südünə nüfuz edib-etməməsi həmçinin, məlum deyil. Laktasiya dövründə və ya ana südü ilə qidalanmaya hazırlaşdıqda, preparatdan istifadə etmək olmaz. Qadın hamilə olduqda və ya körpəsini ana südü ilə qidalandırdıqda və ya hamilə olduğunu ehtimal etdikdə və ya hamiləliyini planlaşdırdığı halda, bu preparatı qəbul etməzdən əvvəl məsləhət almaq üçün həkimə və ya əczaçıya müraciət etməlidir.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri:
 Nəzərə almaq lazımdır ki, müalicə müddətində başgicəllənmə, yuxuya meyllik, görmə qabiliyyətinin bulanması, keyimə və ya sancma hissi meydana çıxa bilər; belə hallar inkişaf etdikdə, nəqliyyat vasitəsini və ya digər potensial təhlükəli mexanizmləri idarə etməkdən çəkinmək tövsiyə olunur.

Adenurik istifadə qaydası, dozası

 Adenurik preparatını hər zaman həkimin tövsiyələrinə müvafiq istifadə etmək lazımdır. Suallar meydana çıxdığı halda, həkim və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Preparatın standart dozası sutkada 1 dəfə 1 tablet təşkil edir. Preparatın müntəzəm istifadəsinə nəzarət məqsədi ilə, blister qablaşdırmasının əks tərəfində həftənin günləri qeyd olunmuşdur. Adenurik preparatını daxilə, yeməkdən əvvəl, yemək zamanı və ya yeməkdən sonra qəbul etmək olar. Podaqra Adenurik preparatı 80 mq və ya 120 mq dozalarda tablet şəklində buraxılır. Həkim pasiyentin vəziyyətinə əsasən, ən münasib dozanı təyin etməlidir. Adenurik preparatını hər gün, hətta podaqra tutmaları qeyd olunmadıqda belə, qəbul etmək vacibdir. Bədxassəli xəstəliyin müalicəsi ilə əlaqəli kimyəvi-terapiya qəbul edən pasiyentlərdə sidik turşusu səviyyəsinin yüksəlməsinin profilaktikası və müalicəsi Adenurik preparatı 120 mq dozada tablet şəklində buraxılır. Kimyaterapiyaya başlamazdan 2 sutka əvvəl, Adenurik preparatının istifadəsinə başlamaq və müalicəni, həkimin göstərişlərinə müvafiq davam etdirmək lazımdır. Adətən, müalicə qısamüddətli olur. Adenurik preparatının istifadəsi ötürüldükdə Adenurik preparatının istifadəsi ötürüldükdə, növbəti dozanı dərhal qəbul etmək lazımdır. Preparatın növbəti dozasının istifadəsinə az vaxt qaldıqda, ötürülən dozanın qəbulunu saxlamaq və növbəti dozanı adi vaxtda qəbul etmək lazımdır. Preparatın ötürülən dozasını kompensasiya etmək məqsədi ilə, ikiqat dozanı qəbul etmək olmaz. Adenurik preparatının istifadəsinin dayandırılması Pasiyent özünü hətta əhəmiyyətli dərəcədə yaxşı hiss etdikdə belə, əvvəlcədən həkimlə məsləhətləşməmiş Adenurik preparatının istifadəsini dayandırmaq olmaz. Müalicənin dayandırılması, sidik turşusu konsentrasiyasının yüksəlməsi və oynaqlarda və onların ətraflarında və böyrəklərdə yeni urat kristallarının əmələ gəlməsi hesabına, simptomların dərinləşməsi ilə müşayiət oluna bilər. Bu preparatın istifadəsi ilə əlaqəli əlavə suallar meydana çıxdığı halda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.

Prepared by  T-Soft E-Commerce.