Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə:1 tabletin tərkibində (100 % quru maddə hesabı ilə) 100 mq allopurinol vardır. Köməkçi maddələr: laktoza monohidrat, mikrokristallik sellüloza, qarğıdalı nişastası, hipromelloza, maqnezium stearat.
İstifadəsinə göstərişlər:
Böyüklər - hiperurikemiya (qan zərdabında, pəhrizlə idarəolunmayan sidik turşusunun səviyyəsi 500 mkmol/l (8,5 mq/100 ml) və daha yuxarı olduqda); - qanda sidik turşusunun səviyyəsinin yüksəlməsi nəticəsində meydana çıxan xəstəliklər, xüsusilə podaqra, uratlarla əlaqəli nefropatiya və uratların əmələ gəlməsi ilə müşayiət olunan sidik daşı xəstəliyi olduqda; - müxtəlif etiologiyalı ikincili hiperurikemiya, o cümlədən, psoriaz zamanı; - müxtəlif hemoblastozlar (kəskin leykoz, xroniki mieloleykoz, limfosarkoma) zamanı birincili və ikincili hiperurikemiya; - neoplastik və mieloproliferativ xəstəliklərin sitotoksik müalicəsi. Uşaqlar - leykemiyanın müalicəsi nəticəsində uratlarla əlaqəli nefropatiya; - müxtəlif etiologiyalı ikincili hiperurikemiya; - anadangəlmə ferment çatışmazlığı, xüsusilə, Leş-Niyen sindromu (hipoksantin-quaninfosforiboziltransferaza fermentinin qismən və ya tam çatışmazlığı) və adenin-fosforiboziltransferaza fermentinin anadangəlmə çatışmazlığı.
Əks göstərişlər:
- Allopurinola və ya preparatın tərkibində olan digər komponentlərə qarşı hiperhəssaslıq;
- qaraciyər və ya böyrək funksiyalarının ağır dərəcəli pozğunluqları (kreatinin klirensi 2 ml/dəqiqədən aşağı);
- kəskin podaqra tutması.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik dövründə allopurinolun istifadəsi barədə kifayət qədər məlumat yoxdur. Allopurinolun purin metabolizminə təsir göstərməsini və bunun insan üçün potensial riskinin məlum olmamasını nəzərə alaraq, hamiləlik dövründə allopurinolun istifadəsi əks göstərişdir. Allopurinol ana südünə nüfuz edir, bu səbəbdən laktasiya dövründə preparatı istifadə etmək olmaz. Laktasiya dövründə preparatın istifadəsi üçün zərurət yarandıqda, ana südü ilə qidalanmanı dayandırmaq lazımdır.
Preparatı qida qəbulundan sonra, çeynəmədən, çox miqdar su ilə birlikdə daxilə qəbul etmək lazımdır. Böyüklər və 10 yaşdan yuxarı uşaqlar Qan zərdabında sidik turşusunun səviyyəsindən asılı olaraq, böyüklərə və 10 yaşdan yuxarı uşaqlara sutkalıq dozanı fərdi qaydada müəyyən etmək lazımdır. Adətən, sutkalıq doza 100-300 mq/sutkada təşkil edir. Əlavə reaksiyalar riskini aşağı salmaq üçün, müalicəni allopurinolu 100 mq dozada sutkada 1 dəfə qəbul etməkdən başlamaq lazımdır. Zərurət yarandıqda, maksimal effekt əldə olunana qədər, başlanğıc dozanı hər 1-3 həftədən bir 100 mq artırmaq olar. Preparatın dəstəkləyici dozası adətən, 200-600 mq/sutkada təşkil edir. Fərdi hallarda preparatın dozasını 600-800 mq/sutkaya qədər artırmaq olar. Preparatın sutkalıq dozası 300 mq-dan artıq olduqda, onu 2-4 bərabər qəbula bölmək lazımdır. Doza səviyyəsini aşdıqda, qan zərdabında oksipurinolun səviyyəsinə nəzarət etmək lazımdır ki, bu da 15 mkq/ml-dən (100 mkmol) artıq olmamalıdır. Maksimal birdəfəlik doza 300 mq, maksimal sutkalıq doza 800 mq təşkil edir. 3 yaşdan 6 yaşa qədər uşaqlara preparatı sutkalıq 5 mq/kq bədən kütləsinə dozada təyin etmək lazımdır. 6 yaşdan 10 yaşa qədər uşaqlara preparatı sutkalıq 10 mq/kq bədən kütləsinə dozada təyin etmək lazımdır. Uşaqlara preparatı sutkada 3 dəfə təyin etmək lazımdır, maksimal sutkalıq doza 400 mq-dır. Böyrək çatışmazlığı Müalicəni sutkalıq 100 mq dozadan başlamaq lazımdır və yalnız preparat kifayət qədər effektiv olmadığı halda dozanı artırmaq olar. Preparatın dozasını seçdikdə, kreatinin klirensinin göstəricisini nəzərə almaq lazımdır: Kreatinin klirensi Allopurinol preparatının sutkalıq dozası 20 ml/dəqiqədən yüksək Standart doza 100-300 mq 10-20 ml/dəqiqədə 100-200 mq 10 ml/dəqiqədən aşağı Preparatın hər qəbulu arasında uzunmüddətli fasilələrlə 100 mq və ya daha yüksək dozalar (pasiyentin vəziyyətindən və böyrəklərin funksional qabiliyyətindən asılı olaraq, 1-2 gün və daha çox) Hemodializ proseduraları qəbul edən pasiyentlərə, hər hemodializ seansından sonra (həftədə 2-3 dəfə), Allopurinol preparatını 300-400 mq dozada istifadə etmək lazımdır. Neoplastik və mieloproliferativ xəstəliklərin sitostatik müalicəsi aparıldıqda, hiperurikemiyanın profilaktikası üçün Allopurinol preparatını 400 mq/sutkada dozada təyin etmək lazımdır. Preparatın qəbulunu, antiblastom müalicədən 2-3 gün əvvəl və ya həmin müalicə ilə eyni zamanda başlamaq və spesifik müalicə sona çatdıqdan sonra, bir neçə gün müddətində preparatın istifadəsini davam etdirmək lazımdır. Optimal diurezin dəstəklənməsi üçün adekvat hidratasiyanı təmin etmək və uratların sidikdə həll olunmasını artırmaq üçün sidiyi qələviləşdirmək vacibdir. Müalicənin davametmə müddəti əsas xəstəliyin gedişindən asılıdır. Yaşlı pasiyentlər Konkret məlumatlar olmadığı halda, minimal effektiv dozalardan istifadə etmək lazımdır. Qaraciyər funksiyalarının pozulması Qaraciyər funksiyaları pozulduqda, dozanı minimal effektivliyə qədər aşağı salmaq lazımdır. Uşaqlar 3 yaşa qədər uşaqlarda preparatı istifadə etmək olmaz.