Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq, 10 mq və ya 20 mq tadalafil vardır.
- Təsiredici maddəyə və ya preparatın tərkibinə daxil olan köməkçi maddələrdən hər hansı birinə
qarşı hiperhəssaslıq; - eyni zamanda üzvi nitratların istənilən dərman formasında istifadəsi – klinik tədqiqatlarda
müəyyən edilmişdir ki, tadalafil üzvi nitratların hipotenziv təsirinin güclənməsinə səbəb olur və bu da, ehtimal ki, dərman preparatlarının azot oksidin/sQMF-in iştirakı ilə siqnalların hüceyrədaxili
ötürülməsi prosesinə kombinəolunmuş təsiri ilə əlaqədardır; - əvvəllər FDE5 fermentinin inhibitorlarının istifadəsindən asılı olmayaraq, qeyri-arteriit ön işemik optik neyropatiya (QAÖİON) nəticəsində bir gözdə görmə qabiliyyətinin itirilməsi; - simptomatik arterial hipotenziyanın inkişaf etməsinin potensial riskini nəzərə alaraq,
quanilatsiklaza fermentinin stimulyatorlarının, məsələn, riosiquatın eyni zamanda istifadəsi.
Cinsi aktivlik tövsiyə olunmayan ürək-damar xəstəliklərindən əziyyət çəkən pasiyentlərdə preparat istifadə edilməməlidir. Ürək-damar xəstəlikləri mövcud olan pasiyentlərdə cinsi aktivlik zamanı kardioloji risk dərəcəsi nəzərə alınmalıdır.
Ürək-damar sisteminin aşağıda göstərilən xəstəlikləri qeyd olunan pasiyentlərdə preparatın
istifadəsi əks göstərişdir (preparatın istifadəsinin təhlükəsizliyinə dair məlumatın olmaması ilə
əlaqəli): - son 90 gün müddətində keçirilmiş miokard infarktı;
- qeyri-stabil stenokardiya və ya cinsi əlaqə zamanı meydana çıxan stenokardiya; - son 6 ay müddətində meydana çıxan II sinif və ya daha ağır dərəcəli (Nyu-York kardioloji
assosiasiyasının (NYHA) təsnifatına əsasən) ürək çatışmazlığı; - idarəolumayan aritmiyalar; - arterial hipotenziya (arterial təzyiqin (AT) 90/50 mm. c. s. göstəricidən aşağı olması) və ya
idarəolunmayan arterial hipertenziya; - son 6 ay müddətində keçirilmiş insult.
Preparat qadınlarda istifadə üçün nəzərdə tutulmamışdır.
Fertillik
Klinik tədqiqatların nəticələrinə əsasən dərman vasitəsinin insanda fertilliyə mənfi təsiri edə
bilməsi, bəzi kişilərdə onun istifadəsi zamanı toxum mayesində spermatozoidlərin
konsentrasiyasının azalması qeyd edilməsinə baxmayaraq, az ehtimal edilir.
Dozalanması
ED qeyd olunan yetkin yaşlı kişilər
Ehtimal edilən cinsi əlaqədən əvvəl tadalafilin tövsiyə olunan dozası 10 mq təşkil edir.
Tadalafilin 10 mq dozada istifadəsi ilə qənaətbəxş effekt əldə olunmadığı halda, dərman preparatı
20 mq dozada istifadə edilə bilər. Preparat cinsi aktivlikdən ən azı 30 dəqiqə əvvəl qəbul
edilməlidir.
Preparatın istifadəsinin maksimal tezliyi – sutkada 1 dəfə təşkil edir.
Tadalafil 10 mq və 20 mq dozalarda – ehtimal edilən cinsi aktivlikdən əvvəl istifadə üçün nəzərdə
tutulmuşdur; dərman preparatının yuxarıda göstərilən dozalarda fasiləsiz gündəlik istifadəsi tövsiyə olunmur.
Dərman preparatının daha tez-tez (həftədə 2 dəfədən az olmamaqla) istifadəsini planlaşdıran
pasiyentlərdə, pasiyentin seçiminin və həkimin qərarının nəzərə alınması ilə tadalafilin daha aşağı
dozalarda gündəlik istifadə rejimləri münasib ola bilər. Həmin pasiyentlərdə tadalafilin tövsiyə
olunan dozası – sutkada 1 dəfə 5 mq təşkil edir və günün təxminən eyni vaxtı qəbul edilməlidir.
Dərman preparatına qarşı tolerantlıqdan asılı olaraq, preparatın dozası 2,5 mq-a qədər aşağı salına
bilər (dərman preparatının göstərilən dozalanma rejiminə riayət etmək imkanı verən dozalanması
istifadə edilməlidir).
Vaxtaşırı, preparatın gündəlik istifadəsinin məqsədəuyğun olub-olmamasının təkrar
qiymətləndirilməsi həyata keçirilməlidir.
PVXH qeyd olunan yetkin yaşlı kişilər (yalnız Arista 5 mq preparatı)
Tadalafilin gündəlik istifadə üçün nəzərdə tutulmuş tövsiyə olunan dozası, qida qəbulundan asılı
olmayaraq, sutkanın təxminən eyni vaxtında 5 mq təşkil edir. Eyni zamanda həm PVXH, həm də
ED ilə əlaqəli tadalafillə müalicə qəbul edən yetkin yaşlı kişilərdə preparatın tövsiyə olunan
gündəlik dozası sutkanın təxminən eyni vaxtında 5 mq təşkil edir.
5 mq dozada tadalafil ilə müalicə PVXH qeyd olunan pasiyentlər tərəfindən pis keçirildiyi halda,
alternativ müalicənin aparılmasının mümkünlüyü nəzərdən keçirilməlidir, çünki, PVXH-nin 2,5 mq dozada tadalafil ilə müalicəsinin effektivliyi barədə heç bir məlumat yoxdur.
Xüsusi pasiyent qrupları
Yaşlı kişilər
Kişi cinsindən olan yaşlı pasiyentlərdə dərman preparatının dozasının korreksiyası tələb olunmur.
Böyrək funksiyalarının pozğunluqları qeyd olunan kişilər
Böyrək funksiyalarının yüngül və orta dərəcəli pozğunluqları qeyd olunan pasiyentlərdə dərman
preparatının dozasının korreksiyası tələb olunmur. Böyrək funksiyalarının ağır pozğunluqları qeyd olunan pasiyentlərdə tadalafilin tövsiyə olunan maksimal dozası 10 mq təşkil edir.
Böyrək funksiyalarının ağır pozğunluqları qeyd olunan pasiyentlərdə PVXH-nin və ED-nin
müalicəsi üçün tadalafilin 2,5 mq və ya 5 mq dozalarda gündəlik istifadəsi tövsiyə olunmur.
Qaraciyər funksiyalarının pozğunluqları qeyd olunan kişilər
Qaraciyər funksiyalarının pozğunluqları qeyd olunan ED-li pasiyentlərdə tadalafilin tövsiyə olunan dozası ehtimal edilən cinsi əlaqədən əvvəl və qida qəbulundan asılı olmayaraq, 10 mq təşkil edir.
Qaraciyər funksiyalarının ağır pozğunluqları (Çayld-Pyu təsnifatına əsasən C sinfi) qeyd olunan
pasiyentlərdə tadalafilin istifadəsinin təhlükəsizliyinə dair məhdud klinik məlumatlar mövcuddur.
Dərman preparatı həmin pasiyentlərdə istifadə edildiyi halda, fayda/risk nisbətinin hərtərəfli fərdi
qiymətləndirilməsi həyata keçirilməlidir. Qaraciyər funksiyalarının pozğunluqları qeyd olunan
pasiyentlərdə tadalafilin 10 mq-dan yüksək dozalarda istifadəsi barədə heç bir məlumat yoxdur.
Qaraciyər funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlərdə ED-nin və PVXH-nin müalicəsi üçün tadalafilin gündəlik istifadəsinin effektivliyi və təhlükəsizliyi qiymətləndirilməmişdir və bu səbəbdən, dərman preparatının gündəlik istifadəsi zamanı göstərilən pasiyentlərdə fayda/risk nisbətinin hərtərəfli qiymətləndirilməsi aparılmalıdır.
Şəkərli diabetdən əziyyət çəkən pasiyentlər
Şəkərli diabetdən əziyyət çəkən pasiyentlərdə dərman preparatının dozasının korreksiyası tələb
olunmur.
Uşaqlar
Preparatın 18 yaşa qədər uşaqlarda istifadəsi tövsiyə olunmur.
İstifadə qaydası
Tabletlər qida qəbulundan asılı olmayaraq, daxilə istifadə üçün nəzərdə tutulmuşdur.