Support Line : +994503023010
Menu
Account
Forgot password?
REGISTER
Cart

ALZANCER EASYTAB 10MG N28 TB

Product Code : 111-51880
Reseptlə satılır
İstehsalçı ölkə: Türkiye
24.70 AZN
Show More Nervous System
Like

Out Of Stock

Notify me when its in stock
Add to List Recommend It Comment Price Alert

Alzanser İzitab, 5 mq və 10 mq ağız boşluğunda həll olan tabletlər

Alzanser tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq və ya 10 mq donepezil hidroxlorid vardır.

Əks göstərişlər 

Alzanser İziTab donepezil hidroxlorid, piperidin törəmələri və ya dərman vasitəsinin hər hansı bir köməkçi maddələrinə qarşı hiperhəssaslıq olan xəstələrə əks göstərişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Hamiləlik 
Hamilə qadınlarda donepezilin istifadəsi haqqında məlumat yoxdur. 
Heyvanlar üzərində aparılmış tədqiqatlarda teratogen təsir aşkar edilməmişdir, lakin, peri- və postnatal toksik təsirinin olması müşahidə edilmişdir. İnsanlar üçün potensial riski məlum deyil. 
Alzanser İziTab-ın istifadəsi vacib olmadığı halda hamiləlik dövründə onun istifadəsi tövsiyə olunmur. 
Laktasiya 
Siçovullarda donepezil süd ilə ifraz olunur. Donepezil hidroxloridin insan südünə nüfuz etməsi məlum deyil və laktasiya dövründə olan qadınların iştirakı ilə tədqiqat aparılmamışdır. Buna görə də donepezil qəbul edən qadınlar uşaqlarını ana südü ilə qidalandırmamalıdırlar.

İstifadə qaydası və dozası 

Dozalanma 
Böyüklər/Yaşlılar 
Müalicə kursu gündə 5 mq-dan başlayır (gündə bir dəfə qəbul edilməlidir). Alzanser® İziTab axşam yatmazdan əvvəl peroral olaraq qəbul edilməlidir. Tablet dilin üzərinə yerləşdirilməli və xəstənin seçiminə əsasən su ilə və ya susuz udulmadan əvvəl parçalanmasına şərait yaradılmalıdır. Gündə 5 mq dozanın qəbulu ən azı bir ay ərzində davam etdirilməlidir ki, müalicəyə qarşı erkən klinik cavab qiymətləndirilə bilinsin və donepezil hidroxloridinin sabit konsentrasiyalarına çatmasına nail olunsun. 5 mq/gün dozada bir aylıq klinik müalicə kursu qiymətləndirildikdən sonra, Alzanser İziTab-ın dozası gündə 10 mq-a kimi (gündə bir dəfə qəbul edilməlidir) artırıla bilər. Maksimal tövsiyə olunan gündəlik doza 10 mq-dır. Klinik tədqiqatlarda gündə 10 mq-dan çox olan dozalar tədqiq edilməmişdir. 
Müalicə Alsheymer demensiyasının diaqnostikası və müalicəsində təcrübəsi olan bir həkim tərəfindən başlamalı və nəzarət edilməlidir. Diaqnoz qəbul olunmuş tövsiyələrə uyğun olaraq təsdiqlənməlidir (məsələn, DSM IV, ICD 10). Donepezil ilə aparılan müalicə yalnız o halda başlamalıdır ki, xəstə tərəfindən dərman qəbul edilməsinə mütəmadi olaraq nəzarəti həyata keçirən bir nəzarətçi mövcud olsun. Dəstəkləyici müalicə xəstə üçün terapevtik fayda olduğu müddətə kimi davam etdirilə bilər. Buna görə donepezilin kliniki faydası müntəzəm olaraq nəzərdən keçirilməlidir. Terapevtik təsirin artıq müşahidə olmadığı halda müalicənin dayandırılması dəyərləndirilməlidir. Donepezilə fərdi cavab təxmin edilə bilməz. 
Müalicənin kəsilməsindən sonra Alzanser İziTab-ın faydalı təsirinin tədricən azalması 
müşahidə olunur. 
Böyrək və qaraciyər çatışmazlığı 
Böyrək çatışmazlığı zamanı donepezil hidroxloridin klirensi pozulmadığı üçün böyrək 
çatışmazlığı ilə xəstələrdə qəbul olunan dozalanma cədvəli ilə müalicə davam etdirilə bilər. Yüngül və ya orta dərəcəli qaraciyər çatışmazlığının artmasının mümkünlüyü səbəbindən dozanın artırılması fərdi dözümlülüyə uyğun olaraq həyata keçirilməlidir. Ağır qaraciyər çatışmazlığı olan xəstələrdə istifadəsi barədə məlumat yoxdur. 
Uşaqlar 
Uşaqlarda Alzanser İziTab-ın istifadəsi tövsiyə olunmur (18 yaşdan aşağı).  

Prepared by  T-Soft E-Commerce.