Sevimlilərə əlavə edin
Paylaşın

Asfetri 100 Mq 5 ml N5 Ampul

Məhsul Kodu : 111-27858
İstehsalçı ölkə : Pakistan
0 Şərh Şərh
25,30 AZN
Kateqoriya: Bioloji əlavələr
KolleksiyaQiymət Xəbərdarlığı

Asfetri, venadaxili inyeksiya üçün məhlul

Asfetri tərkibi

Təsiredici maddə: 5 ml məhlulun tərkibində 100 mq elementar dəmirə ekvivalent miqdarda dəmir saxaroza kompleksi vardır (USP spesifikasiyası).

Əks göstərişlər 

Dəmir defisiti ilə bağlı olmayan anemiya; Dəmirin həddən artıq yüklənməsi (hemosideroz, hemoxromatoz) və ya onun utilizasiya prosesinin pozulması; Preparatın komponentlərinə qarşı yüksək həssaslıq; Hamiləliyin  I trimestri; Astma, eqzema və ya digər atopik allergiyası olan xəstələr.

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Hamilə pasiyentlərdə istifadəsi ilə bağlı məhdud təcrübə dəmir saxarozasının hamiləliyin gedişinə və dölün/yeni doğulmuş körpənin sağlamlığına arzuolunmaz təsirlərinin olmadığını göstərmişdir. 
Hamiləliyin I-ci trimestrində istifadəsi əks göstərişdir. 
Hamiləliyin II-ci və III-cü trimestrlərində yalnız həkim göstərişlərinə uyğun istifadə etmək mümkündür. 
Bununla yanaşı, istifadə etməzdən əvvəl risk/fayda nisbəti qiymətləndirilməlidir. 
Metabolizə olunmamış dəmir saxarozanın ana südünə keçməsi ehtimalı azdır. Beləliklə, ana südü ilə qidalanan uşaqlar üçün təhlükə yaratmır.

İstifadə qaydası və dozası 

Tövsiyə edilən doza 
Hemoqlobinin səviyyəsindən asılı olaraq həftədə 1-3 dəfə 100 mq. İnyeksiya məhlulu vena daxilinə yavaş sürətlə və ya infuziya şəklində yeridilməlidir. İnfuziyadan öncə preparat 1:20 nisbətində 0,9%-li natrium xlorid məhlulunda durulaşdırılır (məsələn 5ml (100mq dəmir) 100ml 0,9%-li natrium xlorid məhlulunda). 
Alınan məhlul aşağıdakı sürətlə yeridilir: 100mq dəmir – 15 dəqiqədən az olmamaqla. Tam müalicə rejimi 10 dəfəyə 1000 mq təşkil edir. Zərurət olduqda müalicəni təkrarlamaq mümkündür.  
İstifadəsi üzrə təlimat 
Çöküntüsü olmayan və homogen məhlul şəklində olan inyeksiya məhlulundan istifadə edilməlidir. 
Açıldıqdan sonra yararlılıq müddəti 
Preparat açıldıqdan sonra dərhal istifadə edilməlidir. 0,9%-li natrium-xlorid məhlulunda durulaşdırılmış inyeksiya məhlulu otaq temperaturunda  12 saat ərzində fiziki və kimyəvi cəhətdən sabitdir. 
14 yaşdan aşağı uşaqlarda tövsiyə olunmur.  

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-27858

Oxşar Məhsullar

3-Metabol 150 ml Sirop
43,00 AZN -%0
43,00AZN
Acm Novofan N60 Cap
63,00 AZN -%0
63,00AZN
Additiva Roiibos-Mix, Vitamin C N10 Paket
19,00 AZN -%0
19,00AZN
Additiva Vit C Activline Xurma 240 Mq N20 Efv
15,20 AZN -%0
15,20AZN
Aevit Forte 350 Mq N30 Kapsul
3,40 AZN -%0
3,40AZN
Aevit N30 Cap
3,60 AZN -%0
3,60AZN
Agemo Omg 3 N50 Kapsul
40,60 AZN -%0
40,60AZN
Akvadetrim D3 10 ml Damla
4,48 AZN -%0
4,48AZN
Aminobol 5% 250 ml Məhlul
16,32 AZN -%0
16,32AZN
Aminokapronovaya Kislota 100 ml Sistem (Ukr)
2,18 AZN -%0
2,18AZN
Aminokard N30 Tablet
38,20 AZN -%0
38,20AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce