Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə:1 ml infuziya üçün məhlulun tərkibində 150 mq askorbin turşusu vardır. Köməkçi maddələr: natrium hidrokarbonat, inyeksiya üçün su.
İstifadəsinə göstərişlər:
Askorbin turşusu (vitamin C) suda həll olan vitamindir. Paskorbin qida ilə əvəz olunmayan vitamin C çatışmazlığının müalicəsi və profilaktikası üçün istifadə olunur, məsələn, skorbut və Meller-Barlou xəstəliklərində. Analizlər nəticəsində plazmada askorbin turşusunun səviyyəsinin aşağı düşməsi qeyri-düzgün və kifayət etməyən qida, infeksion xəstəliklər (qrip infeksiyası və iltihabi proseslər), ağır travma, xərçəng nəticəsində yaranan kaxeksiyalarda, uşaqlarda olan methemoqlobinemiyada (zəhərlənmə nəticəsində qanda oksigen nəqlinin zəifləməsi). Uşaqlarda istifadəsi: 12 yaşa qədər uşaqlarda askorbin turşusunun parenteral istifadəsinin gündəlik norması 5-7 mq/kq təşkil edir. Uşaqlarda methemoqlobinemiyanın müalicəsi zamanı askorbin turşusunun gündəlik dozası 100 mq/kq təşkil edir. Yaşlı insanlarda istifadəsi: Kifayət qədər maye qəbulunu təmin etmək lazımdır (sutkada təqribən 1,5-2 l). Şəkərli diabet xəstələri üçün məlumat Parenteral yeridilmiş askorbin turşusu qan şəkərini ölçmə testinə təsir edə bilər. Şəkərli diabet xəstələri Paskorbin preparatını həkim nəzarəti altında qəbul etməlidirlər.
Əks göstərişlər:
Aşağıda Pascorbin-in yalnız müəyyən şərtlər əsasında və yalnız xüsusi nəzarət altında istifadə olunması göstərilmişdir. Lütfən, həkiminizlə məsləhətləşin. Böyrəkdə oksalat daşlarının, orqanizmdə dəmirin toplanmasında (talassemiya, sideroblast anemiya, hemoxromatoz) və yaxud müxtəlif xəstəliklər zamanı preparat yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə edilməlidir.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik Hamiləlik zamanı askorbin turşusunun sutkalıq dozası 100-500 mq-dan çox olmamalıdır. Laktasiya dövrü Laktasiya zamanı askorbin turşusunun sutkalıq dozası 100-500 mq-dan çox olmamalıdır. Askorbin turşusu ana südünə ifraz olunur və plasentar baryeri keçir.
Adətən Paskorbin venadaxili yavaş-yavaş yeridilir. Paskorbini həmişə təlimata əsasən istifadə edin. Əgər dərmanın necə istifadə olunmasına əmin deyilsinizsə, o zaman həkiminizə ya da əczaçınıza müraciət edin. Adətən preparat həkim tərəfindən təyin və tətbiq edilir. Əgər preparatı həkim təyinatı olmadan qəbul edirsinizsə, o zaman dozalanma aşağıda qeyd olunmuşdur. Periferik venadaxili infuziya üçün 50 ml Paskorbin məhlulunu 100 ml izotonik natrium xlorid məhluluna əlavə edib, vena daxilinə yavaş yeritmək məsləhət görülür. Uzunmüddətli parenteral qidalanma zamanı Vitamin C çatışmazlığının profilaktikası məqsədilə: Böyüklər üçün askorbin turşusunun sutkada 100-500 mq dozada (0,7-3,3 ml Vitamin C – Paskorbin məhluluna uyğun gəlir) vena daxilinə təyini məsləhət görülür Uşaqlara askorbin turşusu vena daxilinə sutkada 5-7 mq/kq təyin edilir. Uşaqlarda methemoqlobinemiya: Xəstələrdə askorbin turşusu birdəfəlik 500-1000 mq (3,3-6,6 ml Paskorbin məhluluna uyğun gəlir) dozada vena daxilinə yeridilir. Lazım gəldikdə təkrar inyeksiyaya yol verilir. Maksimal sutkalıq doza 100 mq/kq-ı keçməməlidir. Paskorbin preparatının qida və içkilərlə birlikdə istifadəsi Heç bir xüsusi ehtiyat tədbirinə ehtiyac yoxdur.