Sevimlilərə əlavə edin
Paylaşın

Askorbin Turşusu 50 Mq N200 Draje

Məhsul Kodu : 111-01602
İstehsalçı ölkə : Ukrayna
1 Şərh Şərh
1,50 AZN
Kateqoriya: Bioloji əlavələr
KolleksiyaQiymət Xəbərdarlığı

ASKORBİN TURŞUSU, draje

Askorbin Turşusu tərkibi

  Təsiredici maddə:   1 drajenin tərkibində 0,05 q askorbin turşusu vardır Köməkçi maddələr: şəkər, nişasta patkası, günəbaxan yağı, mum, talk, aromatik essensiya,  xinolon sarısı boya maddəsi E-104

İstifadəsinə gostərişlər:

 C vitamininin hipo- və avitaminozunun profilaktikası və müalicəsi. Köməkçi vasitə kimi: hemorragik diatez, burun, uşaqlıq, ağciyər qanaxmaları; antikoaqulyantların doza həddinin aşılması; mədə-bağırsaq traktının C vitamininin sorulmasının pozulması ilə müşayiət olunan xəstəlikləri; gec sağalan yaralar. Fiziki və zehni işlə yüklənmə, hamiləlik və döşlə qidalandırma dövrü, uzunmüddətli və ağır xəstəliklərdən sonra sağalma dövrü. 

Əks göstərişlər:

 Preparatın komponentlərinə qarşı yüksək həssaslıq, tromboflebitlər, trombozlara meyillilik, şəkərli diabet, hiperoksalaturiyalı (sidikdə oksalat turşusu duzlarının artması) xəstələrdə istifadəsi. 

Hamiləlik və laktasiya dövründə istifadəsi:

         Hamiləliyin II-III trimestrlərində askorbin turşusuna olan gündəlik minimal tələbat – 60 mq-a yaxındır. Döşlə qidalandırma dövründə gündəlik minimal tələbat – 80 mq. Ananın tərkibində adekvat miqdarda askorbin turşusu olan pəhrizi südəmər uşaqda C vitamin çatışmazlığının profilaktikası üçün kifayətdir (südəmər uşağı olan analara askorbin turşusuna olan maksimal gündəlik tələbatı aşmaq tövsiyə olunmur).

Askorbin Turşusu istifadə qaydası, dozası

 Preparat yeməkdən sonra daxilə qəbul edilir. Profilaktika üçün: böyüklərə – gündə 0,05-0,1 q (1-2 draje), 5 yaşından etibarən uşaqlara – gündə 0,05 q (1 draje).  Müalicə üçün: böyüklərə – gündə 3-5 dəfə 0,05-0,1 q (1-2 draje), 5 yaşından etibarən uşaqlara – gündə 2-3 dəfə 0,05-0,1 q (1 draje). Hamiləlik və laktasiya dövründə 10-15 gün müddətində gündə 0,3 q (6 draje), sonra gündə 0,1 q (gündə 2 draje).

 

 

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-01602

Oxşar Məhsullar

3-Metabol 150 ml Sirop
43,00 AZN -%0
43,00AZN
Acm Novofan N60 Cap
63,00 AZN -%0
63,00AZN
Additiva Roiibos-Mix, Vitamin C N10 Paket
19,00 AZN -%0
19,00AZN
Additiva Vit C Activline Xurma 240 Mq N20 Efv
15,20 AZN -%0
15,20AZN
Aevit Forte 350 Mq N30 Kapsul
3,40 AZN -%0
3,40AZN
Aevit N30 Cap
3,60 AZN -%0
3,60AZN
Agemo Omg 3 N50 Kapsul
40,60 AZN -%0
40,60AZN
Akvadetrim D3 10 ml Damla
4,48 AZN -%0
4,48AZN
Aminobol 5% 250 ml Məhlul
16,32 AZN -%0
16,32AZN
Aminokapronovaya Kislota 100 ml Sistem (Ukr)
2,18 AZN -%0
2,18AZN
Aminokard N30 Tablet
38,20 AZN -%0
38,20AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce