Out Of Stock
Notify me when its in stockTəsiredici maddə: 1 ml məhlulun tərkibində 40 mq natrium kromoqlikat vardır.
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.
Hamiləlik
Siçanlar (maksimal sutkalıq doza 540 mq/kq (1620 mq/m2)), siçovullar (maksimal sutkalıq doza
164 mq/kq (984 mq/m2)) və dövşanlar (maksimal sutkalıq doza 485 mq/kq (5820 mq/m2)) üzərində aparılan reproduktivlik tədqiqatlarının nəticəsi göstərir ki, natrium kromoqlikat hestasiya dövründə itifadə edildikdə, döldə qüsurun inkişafına səbəb olmamışdır, bu zaman müvafiq olaraq təqribən 57, 35 və 205 dəfə heyvanlara yeridilən doza insan üçün mq/m2 hesabı ilə maksimal sutkalıq dozanı aşmışdır. Döldə baş verən əlavə təsirlər (rezorbsiyanın tezliyinin artmaı və bədən çəkisinin azalması), yalnız natrium kromoqlikatın çox yüksək dozada parenteral yeridilməsi zamanı yaranmışdır ki, bu da ana orqanizmi üçün toksik olmuşdur.
Natrium kromoqlikatın hamilə qadınlarda istifadəsi etibarlı nəzarət edilən tədqiqatlarda
öyrənilməmişdir, bu səbəbə görə Aykrolu hamiləlik dövründə, yalnız o zaman istifadə etmək olar
ki, ana üçün fözlənilən fayda dölə olan potensial riskdən üstün olsun.
Laktasiya
Natrium kromoqlikatın ana südü ilə xaric olması məlum deyil, bu səbəbə görə laktasiya dövründə
onun göz damcısı formasında istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır.
Dozalanması
Sutkada 4-6 dəfə bərabər zaman intervalında hər gözə 1-2 damcı məhlul damızdırılır (1 damcıda
təqribən 1,2 mq natrium kromoqlikat vardır).
Aykrolla terapiyanın effektivliyi preparatın müntəzəm istifadəsindən asılıdır, yuxarıda qeyd edildiyi kimi onu eyni zaman fasiləsindən bir istifadə etmək lazımdır.
Müalicəyə cavab, bir qayda olaraq, bir neçə gün ərzində inkişaf edir və qaşınmanın, gözün
sulanmasının, qızartının və gözdən ifrazatın azalması ilə təzahür edir, lakin bəzən 6 həftəyə qədər
davam edən daha uzun müddətli terapiya tələb edilir. Vəziyyətin yaxşılaşmasından sonra davamlı
remissiya dəstəklənənə qədər Aykrolla müalicəni davam etmək lazımdır.
Ehtiyac olduqda, Aykrolla eyni vaxtda qlükokortikosteroidlərdən istifadə etmək olar.
Uşaqlar
4 yaşa qədər pasiyentlərdə natrium kromoqlikatın istifadəsinin effektivliyi və təhlükəsizliyi
müəyyən edilməmişdir.
İstifadə qaydası
Preparat oftalmologiyada, yalnız yerli istifadə üçün nəzərdə tutulmuşdur.
Məhlulun çirklənməsinin qarşısını almaq məqsədilə damcısalanın ucunun gözlə, barmaqlarla və ya digər səthlə kontaktına yol vermək olmaz. Flakonu kip bağlı saxlamaq lazımdır.
Məhlulu bilavasitə buynuz qişanın üzərinə damızdırmaq olmaz (bəbə üzərindəki sahə), belə ki, o,
daha həssasdır; preparatı birbaşa alt göz qapağına damızdırmaq lazımdır.
Digər oftalmoloji preparatlarla eyni vaxtda istifadəsi, yalnız həkim təyinatı ilə mümkündür.
1. Göz damcısını istifadə etməzdən əvvəl əlləri yaxşıca yumaq lazımdır.
2. Qoruyucu halqa flakondan açılmalıdır.
3. Flakonun qapağını açmaq lazımdır.
4. Pasiyent başını arxaya əyərək, rahat şəkildə oturmalı və ya dayanmalıdır.
5.gözləri açmaq, yuxarı baxmaq və alt göz qapağını şəhadət barmağı ilə səliqəli şəkildə dartmaq
lazımdır.
6. Flakon başı aşağı tutulur. Damcısalanın ucu alt göz qapağına mümkün qədər yaxın yerləşdirilir
və gözlərə lazım olan miqdarda məhlul səliqə ilə damızdırılır.
7. Damcısalanın ucunu gözlərə və göz qapağına toxundurmaq olmaz.
8. Bir neçə dəfə gözü qırpmaq lazımdır ki, məhlul gözün səthində yayılsın.
9. Gözləri yummaq və təmiz parça ilə məhlulun qalığını təmizləmək lazımdır.
10. Eyni prosedur digər gözdə təkrar edilir və flakon qapaqla bağlanılır.