Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ml preparatın tərkibində 3 mq flukonazol vardır. Köməkçi maddələr: dinatrium hidrofosfat dodekahidrat, natrium dihidrofosfat monohidrat, propilenqlikol, benzalkonium xlorid, təmizlənmiş su.
İstifadəsinə göstərişlər:
Oftalmoloji göbələk infeksiyaları
• Skleritlər.
• Endogen endoftalmitlər.
• Əməliyyatsonrası endoftalmitlər.
• Keratomikozlar.
• Göbələk keratitləri.
• Kanikulitlər.
Əks göstərişlər:
• Hiperhəssaslıq (o cümlədən anamnezdə azol qrupundan olan digər göbələkəleyhinə vasitələrə qarşı) və ya köməkçi maddələrdən hər hansı birinə.
• Terfenadin, astemizol və ya sizapridinin eyni vaxtda istifadəsi.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik dövründə preparat yalnız o halda istifadə oluna bilər ki, ana üçün gözlənilən fayda döl üçün potensial riskdən üstün olmuş olsun. Müalicə dövründə ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.
Dozalanma rejimi Damcıların instillasiya tezliyi və müalicə müddəti xəstəliyin şiddətindən (ağırlığından) və müalicənin nəticəsindən asılıdır. Təsirə məruz qalan (zədələnmiş) gözün konyunktiva kisəsinə gündə 4 dəfə 1-2 damcı təyin edilir. Müalicə müddəti 3 həftədən artıq olmamalıdır. Müalicə həkim nəzarəti altında aparılmalıdır. İstifadə qaydası Dərman preparatı yalnız yerli (oftalmoloji) istifadə üçün göstərişdir. Qapağı çıxardıqdan sonra, qoruyucu halqa boyuna bitişik deyilsə, dərmanı istifadə etməzdən əvvəl onu çıxarmaq lazımdır. Birdən artıq yerli oftalmoloji dərman preparatları istifadə edilərsə, dərmanların istifadəsi arasında ən azı 15 dəqiqəlik fasilə gözlənilməlidir. İstifadəyə dair göstərişlər Şəkil 1 Şəkil2 Şəkil 3 1. Əllərinizi yuyun. 2. Oturaraq və ya ayaq üstə rahat bir mövqe tutun. 3. Flakonun qapağını açın, onu təmiz səthə qoyun. Qapağı atmayın. 4. Şəkil 1-də göstərildiyi kimi "cib" yaratmaq üçün təsirlənmiş gözün aşağı göz qapağını barmağınızla yumşaq bir şəkildə aşağı çəkin. 5. Damcıladıcı tıxacın ucluğunu gözünüzə yaxınlaşdırın, flakonun-damcıladıcının və flakonun möhtəviyyatının çirklənməsinin qarşısını almaq məqsədilə onun gözlərə və ya göz ətrafı toxumalara təmas edilməsindən çəkinin. 6. Flakonu yumşaq bir şəkildə sıxın və şəkil 2-də göstərildiyi kimi bir damla damızdırın. 7. Aşağı göz qapağını buraxın və gözü yavaşca bağlayın. 8. Gözün daxili küncü sahəsinə şəkil 3-də göstərildiyi kimi yüngülcə basın və 2 dəqiqə saxlayın (nazolakrimal tıxanma). Bu, dərman preparatının sistem dövriyyəsinə daxil olmasını azaltmağa kömək edəcək və beləliklə, sistem mənfi reaksiyaların yaranma ehtimalını azaldacaqdır. 9. Həkiminiz tövsiyə edibsə, proseduru ikinci göz üçün də təkrarlayın. 10. İstifadədən dərhal sonra flakonu bağlayın. 11. Preparatın damlası gözə düşməyibsə, yenidən cəhd edin.