Sevimlilərə əlavə edin
Paylaşın

Azopt 5 ml Göz Damlası

Məhsul Kodu : 111-00286
İstehsalçı ölkə : Belçika
1 Şərh Şərh
14,96 AZN
Kateqoriya: Göz və qulaq
KolleksiyaQiymət Xəbərdarlığı

Azopt, göz damcısı

Azopt tərkibi

Azopt tərkibi, 1 ml suspenziyanın tərkibində 10 mq brinzolamid vardır. Köməkçi maddələr: benzalkonium xlorid (konservant), mannitol, karbomer 974P, natrium-xlorid, tiloksapol, dinatrium edetat, xlorid turşusu və/və ya natrium-hidroksid (pH-ı tənzimləmək üçün), təmizlənmiş su.

Azopt, istifadəsinə göstərişlər

Azopt oftalmoloji suspenziya karbonanhidraza inhibitoru olub, okulyar hipertoniya və ya açıq-bucaqlı qlaukoma olan böyüklərdə yüksəlmiş gözdaxili təzyiqi azaltmaq üçün təyin edilir. Həmçinin β-blokatorlarla müalicəyə cavab verməyən və ya β-blokatorların istifadəsi əks göstəriş olan böyüklərdə monoterapiya kimi və ya β-blokatorlara və ya prostaqlandin analoqlarına əlavə müalicə şəklində təyin edilir.

Əks göstərişlər

• Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq
• Sulfanilamidlərə qarşı məlum hiperhəssaslıq
• Böyrək funksiyasının ağır dərəcədə pozulması
• Hiperxloremik asidoz

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamilə qadınlarda Azoptun yerli istifadəsinə dair adekvat və ya yaxşı nəzarət olunmuş tədqiqatlar aparılmayıb. Heyvanlarda aparılan tədqiqatlarda yüksək dozada brinzolamid döl üçün toksik olmuşdur. Laktasiya dövründə brinzolamidin insan südünə keçib-keçmədiyi məlum deyil. Körpələrin ana südü ilə qidalandırılması və ya müalicənin dayandırılması, müalicənin ana və körpəsinə verdiyi fayda/risk nisbətinə əsasən qərara alınmalıdır.

Azopt, istifadə qaydası

Zədələnmiş göz(lər)ə gündə 3 dəfə 1 damcı tökülür. Maksimal doza gündə 3 dəfədən artıq olmamalıdır. Birdən artıq oftalmoloji vasitələr təyin edildikdə, preparatlar arasında ən azı 5 dəqiqə fasilə saxlanmalıdır və məlhəmlər ən sonda tətbiq edilməlidir. Flakon istifadədən əvvəl yaxşı çalxalanmalı, flakon ucu heç bir səthə və ya gözə toxundurulmamalıdır. Dərmandan istifadə edilmədikdə qapağı möhkəm bağlanmalıdır. İstifadədən sonra 2 dəqiqə ərzində burun-göz yaşı kanalı barmaqla basılmalı və ya göz qapaqları yumşaq bağlanmalıdır. Kontakt linzalar çıxarılmalı və damcılardan sonra ən az 15 dəqiqə gözlədikdən sonra taxılmalıdır. Flakonun qapağı açıldıqda, halqa boşalarsa, istifadədən əvvəl çıxarılmalıdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-00286

Oxşar Məhsullar

Aldrop 10 Mq 20 ml Damcı
6,88 AZN -%0
6,88AZN
Alfam 2 Mq 5 ml Damla
10,27 AZN -%0
10,27AZN
Alltovis Damla, 10 ml
32,60 AZN -%0
32,60AZN
Apfekto 0, 3 % 5 ml Damla
30,00 AZN -%0
30,00AZN
Augenstock Combipres 2/5MG 10 ml Damla
12,44 AZN -%0
12,44AZN
Augenstock Edema 5 % 10 ml Damla
24,20 AZN -%0
24,20AZN
Augenstock Nazin 10 ml Damla
25,80 AZN -%0
25,80AZN
Augenstock Polideks 1/3, 5 Mq 10 ml Damla
8,52 AZN -%0
8,52AZN
Augenştok Lotepred Plyus 10 ml Göz Damcısı
13,62 AZN -%0
13,62AZN
Augenstok Lubrikant 0, 2% 10 ml Damla
30,80 AZN -%0
30,80AZN
Augenstok Lubrikant 3 10 Qr Gel
30,50 AZN -%0
30,50AZN
Augenstok Neopred 0, 05% 10 ml Damla
12,19 AZN -%0
12,19AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce