Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

BENAGRAS 100MG N4 TB

Məhsul Kodu : 111-23121
İstehsalçı ölkə: Rusiya
4,40 AZN
Daha çox Sidik-cinsiyyət
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

BENAQRAS, 100 örtüklü tabletlər

BENAQRAS tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 100 mq sildenafil (sitrat şəklində) vardır.

İstifadəsinə göstərişlər

Preparat erektil disfunksiyası olan kişilərə tövsiyə olunur.Ereksiyanın pozulmasının müalicəsi, qənaətbəxş cinsi əlaqə üçün cinsiyyət üzvündə ereksi yanın əmələ gəlməsi və saxlanılması qabiliyyətinin olmaması ilə xarakterizə olunan ereksiya pozğunluqlarının müalicəsi. Bu dərman vasitəsi seksual stimulyasiya zamanı effektiv olur.

Əks göstərişlər

- Aktiv maddəyə və ya dərmanın köməkçi maddələrindən birinə qarşı həssaslığın artması. - Azot oksidi donorlarının (məsələn, amilnitrit) və ya müxtəlif formada nitratların müntəzəm və ya daimi istifadəsi sildenafil azot oksidi/siklik quanozinmonofosfat (s QMF) metabolik yoluna təsir göstərərək, onların hipotenziv təsirini gücləndirir. - FDE 5 inhibitorlarının eyni vaxtd a istifadəsi (sildenafil daxil olmaqla) guanilatsiklazanın stimulyatorları ilə, riosiquat kimi, əks göstərişdir, çünki simptomatik hipotensiyaya səbəb ola bilər (Digər dərman vasitələri ilə qarşılıqlı təsiri bölməsinə baxın) - Seksual aktivlik məsləhət gör ülmədikdə (məsələn, ağır ürək -damar xəstəlikləri, qeyri -stabil stenokardiya və ya ağır dərəcəli ürək çatışmazlığı) - Qeyri-arterial ön işemik optik neyropatiya (NAION) səbəbindən və bu təsadüfün əvvəlki FDE5 inhibitorunun təsiri ilə bağlı olub -olmamasından asılı olmayaraq bir gözdə görmə qabiliyyətini itirmiş xəstələr. - Arterial hipotenziya (arterial təzyiq <90/50 mm c.süt.), ağır qaraciyər çatışmazlığı, yaxınlarda keçirilmiş insult və ya miokard infarktı, irsi piqmentli retinit (gözün torlu qişasının fosfodiesterazasının genetik pozğunluqları) xəstələrində sildenafilin təhlükəsizliyi öyrənilmədiyinə görə istifadəsi əks göstərişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Sildenafil qadınlara tətbiq edilmir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın nəqliyyat vasitələrini və digər mexanizmlərlə idarəetmə qabiliyyətinə təsiri ilə bağlı tədqiqatlar aparılmamışdır. Nəqliyyat vasitəsini və ya hər hansı təhlükəli mexanizmləri idarə etməzdən əvvəl xəstənin sildenafilə qarşı fərdi reaksiyası aydınla şdırılmalıdır, çünki sildenafilin qəbulu sinir sistemi tərəfindən əlavə təsirlərin inkişaf etməsinin və görmə qabiliyyətinin pozulmasının səbəbi ola bilər.

BENAQRAS istifadə qaydası və dozası

Preparat peroral tətbiq olunur. Böyüklər. Preparatın tövsiyə olunan dozası 50 mq-dır və zəruri hallarda cinsi əlaqədən təxminən 1 saat əvvəl istifadə olunur. Effektivliyini və xəstənin dözümlülüyünü nəzərə alaraq doza 100 mq-a qədər artırıla bilər və ya 25 mq -a qədər azaldıla bilər.

Maksimal tövsiyə olunan doza 100 mq. Maksimal tövsiyə oluna n qəbul tezliyi – gündə 1 dəfə. Y emək zamanı preparatı istifadə edərkən, preparatın təsiri daha gec baş verə bilər, acqarına istifadə edərkən təsiri daha tez baş verə bilər. Yaşlı xəstələr.

Yaşlı xəstələrdə dozanın tənzimlənməsinə ehtiyac yoxdur (≥ 65 yaş). Böyrək çatışmazlığı olan xəstələr. Yüngül və orta ağır dərəcəli böyrək çatışmazlığı olan xəstələrə (kreatinin klirensi – 30-80 ml/dəqiqə) tövsiyə ol unan doza "Böyüklər" bölməsində göstərildiyi kimi eynidır. Ağır böyrək çatışmazlığı olan x əstələrdə (kreatinin klirensi <30 ml/dəqiqə) sildenafilin klirensi azaldığı üçün başlanğıc doza 25 mq olmalıdır.

Effektivliyini və xəstənin dözümlülüyünü nəzərə alaraq zəruri hallarda doza tədricən 50 mq-a və ya 100 mq-a qədər artırıla bilər. Qaraciyər çat ışmazlığı olan xəstələr. Qaraciyər çatışmazlığı olan xəstələrdə (məsələn, sirroz) sildenafilin klirensi azaldığı üçün başlanğıc doza 25 mq olmalıdır. Effektivliyini və xəstənin dözümlülüyünü nəzərə alaraq zəruri hallarda doza tədricən 50 mq -a və ya 100 mq -a qədər artırıla bilər.

Digər dərman vasitələri qəbul edən xəstələr. Xəstələr eyni vaxtda CYP3A4 inhibitorlarından istifadə edirsə ("Digər dərman vasitələri ilə qarşılıqlı təsiri " bölməsinə baxın) 25 mq başlanğıc doza nəzərə alınmalıdır (sildenafil ilə eyn i vaxtda istifadəsi tövsiyə edilməyən ritonavir istisna olmaqla "Xüsusi göstərişlər və ehtiyat tədbirləri" bölməsinə baxın). α-Adrenoblokatorlardan istifadə edən xəstələrdə postural hipotenziyanın mümkün inkişafını minimuma endirmək üçün, sildenafil istifa də etməzdən əvvəl onların vəziyyətini α- adrenoblokatorların vasitəsilə stabilləşdirilməlidir. 25 mq başlanğıc doza nəzərə alınmalıdır ("Xüsusi göstərişlər və ehtiyat tədbirləri " və " Digər dərman vasitələri ilə qarşılıqlı təsiri" bölməsinə baxın).

Prepared by  T-Soft E-Commerce.