Sevimlilərə əlavə edin
Paylaşın

Bestaksol 40 Mq 10 ml Göz Damlası

Məhsul Kodu : 111-02696
İstehsalçı ölkə : Türkiye
1 Şərh Şərh
4,00 AZN
Kateqoriya: Göz və qulaq
KolleksiyaQiymət Xəbərdarlığı

BESTOKSOL, 4% göz damcısı

Bestoksol tərkibi

 Təsiredici maddə:  1 ml məhlulun tərkibində 40 mq taurin vardır. Köməkçi maddələr:metilparahidroksibenzoat, natrium  hidroksid, xlorid  turşusu, inyeksiya   üçün  su.

İstifadəsinə göstərişlər:

  Piqment epitelinin patoloji dəyişikliyilə xarakterizə olunan irsi xəstəliklər daxil olmaqla, gözün buynuz qişasının və torlu  qişanın distrofik  zədələnməsi; katarakta (yaşla əlaqəli, diabetik, travmatik, şüa ilə əlaqəli); buynuz qişanın travması (reparasiya prosesinin stimulyasiyası); açıqbucaqlı qlaukoma (əlavə terapiya qismində). 

Əks göstərişlər:

 Preparatın  istənilən  komponentinə  qarşı  yüksık  həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik  və  laktasiya  dövründə  preparatın  istifadəsi  barədə  kifayət  qədər  məlumat  yoxdur.  Bu dövrlərdə preparatın istifadəsi, yalnız qadın üçün gözlənilən fayda dölə/uşağa olan potinsial riskdən üstün olduqda mümkündür.

Bestoksol istifadə qaydası, dozası

 Dozalanması Preparat böyüklərdə istifadə üçün nəzərdə tutulmuşdur. Zədələnmiş gözün konyunktivial kisəsinə sutkada 2-4 dəfə 2-3 damcı məhlul damızdırılır. Buynuz qişasının travması zamanı kurs müalicəsinin müddəti 1 ay, katarakta zamanı 3 ay təşkil edir (kurslar 1 ay fasilə intervalı ilə təkrar edilir). Piqment epitelinin patoloji dəyişikliyilə xarakterizə olunan irsi xəstəliklər daxil olmaqla, gözün torlu qişasının distrofik zədələnməsi və buynuz qişanın nüfuz edən yaraları zamanı konyunktivanın altına 10 gün ərzində sutkada 1 dəfə -,3 ml məhlul yeridilir (kurs 6-8 aydan sonra təkrar edilir). Açıqbucaqlı qlaukoma zamanı zədələnmiş gözün konyunktival kisəsinə timololun istifadəsindən 20-30 dəqiqə əvvəl sutkada 2 dəfə 2-3 damcı məhlul damızdırılır. Müalicə kursunun müddəti fərdi müəyyən edilir. Uşaqlar     Preparatı uşaqlarda istifadə etmək məsləhət görülmür (uşaqlarda istifadəsinin effektivliyi və təhlükəsizliyi üzrə tədqiqatlar aparılmamışdır). İstifadə qaydası Preparat, yalnız oftalmologiyada istifadə üçün nəzərdə tutulmuşdur. Bilavasitə istifadəsindən əvvəl içərisində preparat olan flakonu bədən temperaturuna qədər isitmək üçün ovucda saxlamaq yaxşı olar. Bestoksolun yerli istifadə üçün digər oftalmoloji preparatlarla eyni vaxtda istifadəsinə ehtiyac olduqda, instilyasiya arasındakı interval 5 dəqiqədən az olmamalıdır. Göz məlhəmlərini ən axırda istifadə etmək lazımdır. Damcısalanın ucunun məhlulun mikroorqanizmlərlə kontaminasiyanın qarşısını almaq məqsədilə hər hansı səthlə kontaktından çəkinmək lazımdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-02696

Oxşar Məhsullar

Aldrop 10 Mq 20 ml Damcı
6,88 AZN -%0
6,88AZN
Alfam 2 Mq 5 ml Damla
10,27 AZN -%0
10,27AZN
Alltovis Damla, 10 ml
32,60 AZN -%0
32,60AZN
Apfekto 0, 3 % 5 ml Damla
30,00 AZN -%0
30,00AZN
Augenstock Combipres 2/5MG 10 ml Damla
12,44 AZN -%0
12,44AZN
Augenstock Edema 5 % 10 ml Damla
24,20 AZN -%0
24,20AZN
Augenstock Nazin 10 ml Damla
25,80 AZN -%0
25,80AZN
Augenstock Polideks 1/3, 5 Mq 10 ml Damla
8,52 AZN -%0
8,52AZN
Augenştok Lotepred Plyus 10 ml Göz Damcısı
13,62 AZN -%0
13,62AZN
Augenstok Lubrikant 0, 2% 10 ml Damla
30,80 AZN -%0
30,80AZN
Augenstok Lubrikant 3 10 Qr Gel
30,50 AZN -%0
30,50AZN
Augenstok Neopred 0, 05% 10 ml Damla
12,19 AZN -%0
12,19AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce