Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Bglau 2 Mg 5 Ml göz damlası

Məhsul Kodu : 111-22009
İstehsalçı ölkə: Portuqaliya
11,95 AZN
Daha çox Göz və qulaq
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

BQLAU 2 mq/ml göz damcısı, məhlul.

Bqlau tərkibi

Təsiredici maddə:1 ml məhlulun tərkibində 2 mq brimonidin tartrat vardır (1,3 brimonidinə ekvivalent). 1 damcı Bqlau təxminən 0,035 ml (0,070 mq brimonidin tartrat) təşkil edir. Köməkçi maddələr:benzalkonium xlorid məhlulu, polivinil spirti, natrium xlorid, natrium sitrat, limon turşusu monohidrat, natrium hidroksid və ya xlorid turşusu (pH-ı tənzimləmək üçün), inyeksiya üçün su.

İstifadəsinə göstərişlər:
 Açıqbucaqlı qlaukoma və ya gözdaxili təzyiqi olan xəstələrdə:

 - Beta-blokator göz damcılarının əks göstəriş olduğu hallarda monoterapiya şəklində;

 - Bir preparatın gözdaxili təzyiqi aşağı salmaq üçün kifayət etmədiyi hallarda.

Əks göstərişlər:

 - Təsiredici maddəyə və ya preparatın digər komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.

 - Yenidoğulmuşlarda

 - Monoaminooksidazanın (MAO) inhibitorları və noradrenergik transmissiyaya təsir edən antidepressantlar qəbul edən xəstələrdə (məsələn, trisiklik antidepressantlar və mianserin).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri:
 Brimonidin tartrat anadangəlmə qlaukoma müalicəsinin bir hissəsi olduğu yeni doğulmuşlarda bir neçə doza həddinin aşılması halları bildirilmişdir. Ağır və ya qeyri-sabit və nəzarətsiz ürək-damar xəstəliyi olan xəstələrin müalicəsində ehtiyatlı olmaq tövsiyə olunur. Klinik sınaqlarda bəzi xəstələrdə (12,7%) brimonidin tartrata qarşı gözdə allergik reaksiyalar müşahidə edilmişdir. Allergik reaksiyalar müşahidə olunarsa, brimonidin tartrat ilə müalicə dayandırılmalıdır. Brimonidin tartrat depressiya, serebral və ya koronar çatışmazlığı, Reyno fenomeni, ortostatik hipotenziya və ya obliterasiyaedici tromboangiit olan xəstələrdə ehtiyatla istifadə edilməlidir. Brimonidin tartrat qaraciyər və ya böyrək çatışmazlığı olan xəstələrdə tədqiq edilməmişdir; bu xəstələrin müalicəsində ehtiyatlı olmaq lazımdır. Bu dərmanın hər 1 ml-də 0,05 mq benzalkonium xlorid vardır. Benzalkonium xlorid yumşaq kontakt linzalar tərəfindən udula və kontakt linzaların rəngini dəyişə bilər. Bu dərmanı istifadə etməzdən əvvəl kontakt linzaları çıxarın və 15 dəqiqə sonra yenidən taxın. Benzalkonium xloridin gözdə qıcıqlanmaya, göz quruluğu simptomlarına səbəb olduğu və gözyaşı pərdəsi və buynuz qişanın səthinə təsir göstərdiyi bildirilmişdir. Göz quruluğu olan və buynuz qişası zədəli xəstələrdə ehtiyatla istifadə edilməlidir. Uzun müddət istifadəsi halında xəstələrə nəzarət edilməlidir.

Hamiləlik və laktasiya dövründə istifadəsi:
 Hamiləlikdə istifadə zamanı təhlükəsizliklə bağlı məlumat müəyyən edilməmişdir. Heyvan tədqiqatlarında brimonidin tartrat heç bir teratogen təsir yaratmamışdır. Dovşanlarda brimonidin tartratın plazma konsentrasiyası müalicə zamanı erkəklərdə əldə edilən konsentrasiyadan çoxdur, preimplantasiya itkisinin artmasına səbəb olur və doğuşdan sonrakı inkişafı azaldır. Bqlau hamiləlik dövründə yalnız ana üçün gözlənilən fayda döl üçün mümkün riskdən artıq olduqda istifadə edilməlidir. Brimonidinin ana südü ilə xaric olub-olmadığı məlum deyil. Birləşmələr dişi siçovulların ana südü ilə xaric olur. Bqlau ana südü verən qadınlarda istifadə edilməməlidir.

Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri:


Brimonidin tartrat nəqliyyat idarə etmək və ya digər mexanizmləri idarə etmək qabiliyyətinə təsir edə bilən yuxululuq və/və ya yorğunluğa səbəb ola bilər. Brimonidin tartrat, xüsusən də qaranlıqda və ya zəif işıqlandırma şəraitində nəqliyyat idarə etmək və ya digər mexanizmlərdən istifadə etmək qabiliyyətinə təsir edə bilən bulanıq və/yaxud anormal görmə yarada bilər. Xəstə nəqliyyat idarə etmək və ya digər mexanizmlərdən istifadə etməzdən əvvəl bu simptomların aradan qalxmasını gözləməlidir.

Bqlau istifadə qaydası, dozası


 Böyüklərdə tövsiyə olunan doza (yaşlılar daxil olmaqla): Tövsiyə olunan doza təxminən 12 saat fasilə ilə gündə 2 dəfə xəstə göz(lər)ə 1 damcı Bqlau damızdırılır. Yaşlı xəstələrdə dozanın tənzimlənməsinə ehtiyac yoxdur. Hər hansı bir göz damcısında olduğu kimi, mümkün sistem sorulmasını azaltmaq üçün gözün daxili küncündəki lakrimal kisəni (punktual tıxanıqlıq) 1 dəqiqə sıxmaq tövsiyə olunur. Bu, hər damlanın instillasiyasından dərhal sonra edilməlidir. Birdən çox yerli göz preparatı istifadə etdikdə, ən az 5-15 dəqiqə fasilə ilə tətbiq edilməlidir. Müalicədən effektiv nəticə almaq üçün Bqlau hər gün istifadə edilməlidir. İstifadəsi üçün təlimat - Bqlau bir damcı qabda təqdim olunur; - İçlik vərəqədə necə istifadə etmək ilə bağlı məlumat bildirilmişdir; - Göz damcısını tətbiq etməzdən əvvəl əllər yuyulmalıdır. 1. Başınızı arxaya əyin və tavana baxın. 2. Kiçik cib alınana qədər alt göz qapağını ehtiyatla aşağı dartın. 3. Gözə 1 damcı düşənə qədər flakonu sıxın. 4. Sonra gözünüzü yumun, barmağınızla gözün küncünü sıxın və 1 dəqiqə saxlayın. Damcıladıcının ucunun gözünüzə və ya hər hansı bir yerə toxunmasına yol verməyin. İstifadə etdikdən sonra qapağı yerinə qoyun və bərkidin. Böyrək və ya qaraciyər çatışmazlığı Brimonidin tartrat böyrək və ya qaraciyər çatışmazlığı olan xəstələrdə öyrənilməmişdir. Pediatriyada Bqlau 12 yaşdan kiçik uşaqlarda tövsiyə edilmir və yeni doğulmuş uşaqlarda əks göstərişdir. Yenidoğulmuşlarda ciddi əlavə təsirlər baş verə bilər. Uşaqlarda brimonidin tartratının təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir.

 

Prepared by  T-Soft E-Commerce.