Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

BIKARD AM 5/5 N30 TB

Məhsul Kodu : 111-26355
İstehsalçı ölkə: Belarus
8,29 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

BİKARD AM, tabletlər

BİKARD AM tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq bisoprolol fumarat və 5 mq amlodipin (6,93 mq şəklində amlodipin bezilat) vardır.

İstifadəsinə göstərişlər

Bikard dərman vasitəsi arterial hipertenziyanın müalicəsi üçün göstərilib. Simptomları adekvat olaraq amlodipin tabletlərindən və bisoprolol tabletlərindən bir yerdə qarışıq dərman vasitəsində olduğu dozada tətbiq edən pasiyentlərdə əvəzləyici terapiya kimi istifadə etmək olar.

Əks göstərişlər

Amlodipin − Kəskin miokard infarktından sonra hemodinamik olaraq, qeyri-stabil ürək çatışmazlığı; − Sol mədəcikdən qan axınının obstruksiyası (məsələn, klinik əhəmiyyətli aortal stenoz). Bisoprolol − İnotrop terapiyanın aparılmasını tələb edən dekompensasiya mərhələsində kəskin ürək çatışmazlığı və ya xroniki ürək çatışmazlığı (XÜÇ); − II və III dərəcəli atrioventrikulyar (AV) blokada, elektrokardiostimulatorsuz; − Sinus düyününün zəifliyi sindromu (SDZS); − Sinoatrial blokada; − Güclü bradikardiya (ÜYT 60 zərbə/dəq az); − Bronxial astmanın və ya ağciyərlərin xroniki obstruktiv xəstəliyinin ağır formaları (AXOX); − Periferik arterial qan dövranının və ya Reyno sindromunun nəzərəçarpan pozulmaları; − Feoxromositoma (alfa-adrenoblokatorları eyni vaxtda tətbiq etmədən); − Metabolik asidoz. Amlodipin/bisoprolol kombinasiyası − Amlodipinə, digər törəmə dihidropiridinə, bisoprolola və/və ya köməkçi vasitələrdən istəniləninə qarşı yüksək həssaslıq; − Nəzərəçarpan arterial hipotenziya (sistolik AT 100 mm c.s. az); − Şok (həmçinin kardiogen); − 18 yaşa qədər uşaqlar (effektivliyi və təhlükəsizliyi müəyyən edilməyib).

Xüsusi göstərişlər və ehtiyyat tədbirləri Amlodipin Ürək çatışmazlığı olan pasiyentlər amlodipinini ehtiyatla qəbul etməlidirlər. III-IV dərəcəli ürək çatışmazlığı olan pasiyentlərdə NYHA təsnifatı üzrə amlodipin ağciyər ödeminin yaranma riskini artırır, bu da XÜÇ axınının simptomlarının ağırlaşması ilə əlaqəli deyil. Bisoprolol Bisoprololla müalicə əgər preparatdan imtinaya görə dəqiqi göstərici yoxdursa xüsusilə ÜİX olan pasiyentlərdə birdən dayandırılmamalıdır. Bisoprololdan birdən imtina kardinal patologiyanın müvəqqəti pisləşməsinə gətirib çıxara bilər.

Bisoprolol ürək çatışmazlığı ilə birlikdə arterial hipertenziyası və ya stenokardiyası olan pasiyentlərə xüsusi ehtiyatlılıqla təyin edilməlidir. Digər beta-adrenoblokatorlarda olduğu kimi bisoprolol allergenlərə qarşı yüksək həssaslığa və anafilaktik reaksiyanın güclənməsinə səbəb ola bilər, buna görə də eyni vaxtda aparılan desensibilizə edici terapiya zamanı ehtiyatlı olmaq lazımdır. Adrenalinin tətbiqi həmişə gözlənilən terapevtik effekti verməyə bilər. Bisoprololun tətbiqi zamanı hipertireoz simptomları gizlənə bilər.

Feoxromositli pasiyentlərdə bisoprolol alfa-adrenoreseptorların blokadasından sonra təyin edilə bilər. Ümumi anesteziya keçirilən zaman anestezioloq pasiyentin beta-adrenoblokator qəbulu haqqında məlumatlı olmalıdır. Əgər cərrahi müdaxilədən öncə beta-adrenoblokatordan imtina zəruridirsə, bu tədricən edilməlidir və anesteziyaya qədər təxminən 48 saat ərzində bitməlidir. Bronxial astma və ya AXOX zamanı bronxodilatlayıcı vasitələrin eyni zamanda tətbiqi göstərilib.

Bronxial astması olan pasiyentlərdə tənəffüs yollarının müqavimətini artıqmaq mümkündü, bu da beta2- adrenomimetiklərin yüksək dozasını tələb edir. EHTİYATLA XÜÇ (həmçinin NYHA təsnifatı üzrə III-IV funksional sinfin qeyri-işemik etiologiyası), qaraciyər çatışmazlığı, böyrək çatışmazlığı, hipertireoz, qanda qlükozanın konsentrasiyasının əhəmiyyətli dərəcədə dəyişməsi ilə şəkərli diabeti, I dərəcəli AV blokada, Prinzmetal stenokardiya, periferik arteriyaların okklyuzion xəstəliyi, psoriaz (həmçinin anamnezdə), ac qalma (ciddi pəhriz), feoxromositoma (alfa-adrenoblokatorların eyni zamanda tətbiqi zamanı), bronxial astma və AXOX, eyni vaxtda aparılan desensibilizə edən terapiya, ümumi anesteziyanın aparılması, yaşlılıq dövrü, arterial hipotenziya, 1-ci tip şəkərli diabet, aorta stenozu, mitral stenoz, kəskin miokard infarktı (ilk 28 gündən sonra).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Bikard dərman vasitəsi ciddi göstərici olmadıqda hamiləlik zamanı tövsiyyə edilmir. Əgər Bikard dərman vasitəsi ilə müalicə zəruridirsə uşaqlığın və ciftin qanaxması və dölün inkişafı ciddi şəkildə monitorizə edilməlidir. Hamiləliyə və ya dölə neqativ təsir zamanı alternativ müalicə məsələsini həll etmək lazımdır. Doğuşdan sonra yeni doğulmuşu ciddi şəkildə müayinə etmək lazımdır.

Həyatının ilk üç günündə bradikardiya və hipoqlikemiya simptomları yarana bilər. Bisoprololun və amlodipinin ana südünə nüfuz etməsinə dair təsdiq edən məlumatlar yoxdur. Amma məlumdur ki, bəzi YKKB –dihidropiridin törəmələri ana südü ilə xaric olur. Bununla əlaqədar olaraq laktasiya dövründə preparatın təyininə zərurət yarandıqda döş ilə qidalandırmanı dayandırmaq lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatla müalicə dövründə nəqliyyat vasitəsinin idarəsində və çətin mexanizmlərlə iş zamanı ehtiyatlı olmaq lazımdır.

BİKARD AM istifadə qaydası və dozası

Daxilə qəbul üçün tabletlər. Tabletləri qida qəbulundan asılı olmayaraq səhərlər, çeynəmədən qəbul etmək lazımdır. Tabletlərdə olan xətlər bir tabletin qəbulunu asanlaşdırmaq üçün təyin edilib (tableti iki hissəyə bölmək yolu ilə), tableti iki dozaya bölmək üçün deyil. Tövsiyə edilən sutkalıq doza – müəyyən dozada gündə 1 tablet.

Fiksə edilmiş doza ilkin terapiya üçün uyğun deyil. Hər pasiyent üçün fərdi doza seçimi və titrlənməsini Bikard preparatının tərkibinə daxil olan, tərkibində aktiv inqrediyentlər olan çoxkomponentli preparatların təyini gedişatında həkim həyata keçirir. Müalicə müddəti Bikard preparatı ilə müalicə adətən uzunmüddətli terapiyadır. Qaraciyər funksiyasının pozulması Qaraciyər funksiyası pozulmuş xəstələrdə amlodipinin xaric olması ləngiyə bilər.

Belə qrup pasiyentlər üçün xüsusi doza rejimi müəyyən edilməyib, amma bu zaman preparat ehtiyatla təyin edilir. Qaraciyər funksiyası ağır pozulmuş xəstələr üçün bisoprololun sutkalıq dozası 10 mq təşkil edir. Böyrək funksiyasının pozulması Böyrək funksiyası yüngül və ya orta ağırlıqda pozulmuş pasiyentlərə doza rejiminin korreksiyası bir qayda olaraq tələb edilmir. Amlodipin dializ köməkliyi ilə təmizlənmir.

Dializə məruz qalmış pasiyentlərə amlodipini xüsusi ehtiyatlılıqla təyin etmək lazımdır. Böyrək funksiyası ağır pozulmuş (kreatin klirensi (KK) 20 ml/dəq az) pasiyentlər üçün bisoprololun sutkalıq dozası 10 mq təşkil edir. Yaşlı pasiyentlər Yaşlı pasiyentlərə preparatın adi dozaları təyin edilə bilər. Yalnız doza artımı zamanı ehtiyatlılıq tələb edilir.

Uşaqlar Preparat effektivlik və təhlükəsizlik üzrə məlumatların olmaması səbəbindən 18 yaşına qədər olan uşaqlarda tətbiqinə tövsiyyə edilmir. Müalicəni birdən dayandırmaq olmaz, çünki bu klinik vəziyyətin müvəqqəti pisləşməsinə səbəb ola bilər. Xüsusi ilə müalicəni ÜİX olan pasiyentlərdə birdən dayandırmaq olmaz. Dozanın tədricən azaldılması tövsiyyə edilir.

Prepared by  T-Soft E-Commerce.