Sevimlilərə əlavə edin
Paylaşın

Biomo Lipon 600MG N5 Amp

Məhsul Kodu : 111-05219
İstehsalçı ölkə : Almaniya
0 Şərh Şərh
36,79 AZN
Kateqoriya: Endokrin
KolleksiyaQiymət Xəbərdarlığı

BİOMO-LİPON, 600 mq infuziya məhlulu hazırlamaq üçün konsentrat

BİOMO-LİPON tərkibi

Təsiredici maddə: 1 ampulda (24 ml) konsentratın tərkibində 687,4 mq alfa-lipoy turşusunun etilendiamin duzu (600 mq alfa-lipoy turşusuna bərabər) vardır.

İstifadəsinə göstərişlər

Preparat diabet xəstəliyində sinir zədələnməsi nəticəsində yaranan paresteziyalar (polineyropatiya) zamanı istifadə edilir.

Əks göstərişlər

Preparatın tərkibindəki təsiredici maddəyə və ya digər inqrediyentlərdən hər hansı birinə qarşı hiperhəssaslıq (allergiya), uşaq yaşı.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Biomo – lipon 600 mq-ı qəbul etməzdən əvvəl həkim və ya əcazçı ilə məsləhətləşmək tövsiyə olunur. Ümumi farmakoterapevtik göstəricilərinə əsasən hamiləlik və laktasiya dövründə dərman yalnız onun verə biləcəyi fayda və risklər nəzərə alınmaqla təyin edilə bilər. Hamiləlik və laktasiya zamanı x əstələrin alfa-lipoy turşusu il ə müalicəsi yalnız h əkim məsləhəti və nəzarəti əsasında aparılmalıdır. Laktasiya Preparatın ana südünə nüfuz etməsi barədə heç bir məlumat yoxdur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Tiokt turşusu diqqətin zəifləməsinə səbəb olmadığına görə, potensial təhlükəli mexanizmləri idarə edərkən preparatın istifadəsinə dair heç bir məhdudiyyət yoxdur. İstifadə qaydası Həkim tərəfindən xüsusi göstəriş olmadıqda, ümumi terapevtik dozalanma qaydası aşağıdakı kimidir: diabetik polineyropatiyanın aşkar simptomlarında su tkalıq doza –1 ampul Biomo -lipon 600 mq. 1 ampul Biomo-lipon 600 mq 30 ml-lik birdəfəlik şprisə çəkilməli və 250 ml 0,9 %-li natrium xlorid məhlulu ilə qarışdırıldıqdan sonra qısamüddətli (ən azı 30 dəqiqə müddətində) infuziya formasında venadaxili yeridilməlidir. İlkin mərhələdə müalicənin müddəti 2-4 həftədir.

Aktiv inqrediyentin həssaslığına görə infuziya məhlulu yalnız istifadə edilməzdən dərhal öncə hazırlanmalıdır. İnfuziya məhlulu alüminium folqa və ya qutuda qoyulan qara örtük vasitəsi ilə işıqdan qorunmalıdır. İnfuziya məhlulu işıqdan qorunmaqla təxminən 6 saat müddətində saxlanıla bilər. Sutkalıq doza 300 -600 mq olmaqla, müalicə tiokt turşusunun kapsul, tablet və ya örtüklü tablet formasında qəbulu ilə davam etdirilməlidir.

Qida və içki ilə birgə istifadəsi Müntəzəm spirtli içki qəbulu sinir zədələnmələrinə gətirib çıxaran patoloji halların inkişafı üçün böyük risk faktoru sayılır və, o cümlədən Biomo-lipon 600 mq ilə müalicənin təsir effektini də zəiflədə bilər. Buna görə də, diabetik sinir zədələnmələrindən (polineyropatiya) əziyyət çəkən xəstələr mümkün qədər spirtli içkilərdən az istifadə etməlidirlər. Spirtli içkilərin qəbuluna məhdudiyyət dərmanın qəbul edilmədiyi intervallara da şamil edilir. Biomo-lipon 600 mq preparatın qəbulu unudulduğu halda Əvvəlki dozanın qəbulu unudularsa, növbəti doza ikiqat artırılmamalıdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-05219

Oxşar Məhsullar

Aktrapid 100 İu 10 ml Flakon
21,56 AZN -%0
21,56AZN
Alfalip 600MG/50 ml Sistem
8,00 AZN -%0
8,00AZN
Alfasart 600 Mq N30 Tablet
28,72 AZN -%0
28,72AZN
Alfateks 25MG 24 ml N5 Amp
34,61 AZN -%0
34,61AZN
Amaril 2 Mq N30 Tablet
4,67 AZN -%0
4,67AZN
Amaril 3 Mq N30 Tablet
8,21 AZN -%0
8,21AZN
Amaril 4 Mq N30 Tablet
7,85 AZN -%0
7,85AZN
Amaril M 2 Mq/500 Mq N30 Tablet
10,94 AZN -%0
10,94AZN
Asformin 1000mg N100 Tablet
9,31 AZN -%0
9,31AZN
Asformin 850MG N100 Tb
6,29 AZN -%0
6,29AZN
Asigliy Met 50/1000 N28 Tab
28,80 AZN -%0
28,80AZN
Asiklovir 200MG N20 Vietnam
1,00 AZN -%0
1,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce