Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ml məhlulun tərkibinə 0,2 mq və ya 0,5 mq sianokobalamin vardır.
Çatışmazlığın səbəbindən asılı olmayaraq (mədənin rezeksiyası, qurd invaziyaları, hamiləlik, bağırsaqlarda sorulma prosesinin pozulması) bədxassəli, posthemorragik və dəmir çatışmazlığı anemiyalarının, uşaqlarda aplastik anemiyaların, B12 vitamin çatışmazlığı ilə bağlı dərman vasitələri ilə və toksik maddələrlə törədilmiş alimentar anemiyaların müalicəsi. Polinevritlər, üçlü sinirin nevralgiyaları, radikulit, kauzalgiya, miqren, diabetik nevritlər, yan amiotrofik skleroz, uşaq serebral iflici, Daun xəstəliyi, alkoqol deliriumu. Uşaqlarda infeksion xəstəliklərdən sonra distrofiya olduğu halda istifadə olunmalıdır; spru zamanı (fol turşusu ilə birlikdə), qaraciyər xəstəliklərində (hepatitlər, sirroz, Botkin xəstəliyi), şüa xəstəliyində; psoriaz, herpetiformalı dermatit, fotodermatoz, neyrodermitlər zamanı istifadə edilir.
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq. Eritremiyalar, eritrositoz. Yenitörəmələr, meqaloblast anemiya və B12 vitamin çatışmazlığı ilə müşayiət olunan hallar istisna olunmaqla, yüksək funksional sinif olan gərginlik stenokardiyası. Kəskin tromboembolik xəstəliklər.
Hamiləlik zamanı (B12 vitaminin yüksək dozalarda istifadə etdikdə teratogenlik barədə tək-tək məlumat verilmişdir) və laktasiya dövründə fayda/risk nisbəti nəzərə alınmaqla həkimin nəzarəti altında ehtiyatla istifadə edilir.
Preparatdan müalicə zamanı nəqliyyat vasitəsini idarə etməkdən və sürətli psixomotor reaksiya və yüksək diqqət tələb edən digər potensial təhlükəli iş növləri ilə məşğul olmaqdan çəkinmək lazımdır.
Preparat dərialtı, əzələdaxili, venadaxili istifadə olunmalıdır, həmçinin yan funikulyar mieloz və amiotrofik skleroz zamanı intralümbal istifadə edilir. Böyüklər B12 çatışmazlığı anemiyalarında preparat100-200 mkq (0,1q-0,2q) dozalarda remissiya əldə edilənədək günaşırı istifadə edilir. Funikulyar mielozun əlamətləri əmələ gəldikdə və sinir sisteminin zədələnməsi ilə makrositar anemiyalarda siankobalamin 400-500 mkq (0,4q-0,5q) və daha artıq birdəfəlik dozalarda istifadə edilir. Birinci həftə ərzində hər gün yeridilir, sonra isə – 5-7 gün fasilə ilə (eyni zamanda fol turşusu təyin edilir).
Ağır hallarda 15-30mkq birdəfəlik dozalarla başlayaraq onurğa-beyni kanalına yeridilir, sonrakı inyeksiyalarda doza hər inyeksiya zamanı artırılır (50, 100, 150, 200mkq). Remissiya dövründə funikulyar mielozun əlamətləri olmadıqda dəstəkləyəci doza təyin edilir – ayda 2 dəfə 100 mkq, nevroloji simtomlar olduqda – ayda 2-4 dəfə 200-400 mkq. Yan amiotrofik skleroz, ağrı sindromu ilə nevroloji xəstəliklərdə, ensefalomielit zamanı preparat bir inyeksiya üçün 200mkq-dan 500mkq-a qədər artan dozalarda təyin edilir (vəziyyət yaxşılaşdıqda – gündə 100mkq). Müalicə kursu – 14 gün.
Periferik sinirlərin travmatik zədələnmələrində hər iki gündən bir gündə 1 dəfə 200-400 mkq 40- 45 gün ərzində təyin edilir. Hepatitlər və qaraciyər sirrozunda sutkada 30-60 mkq və ya 100 mkq gün aşırı 25-40 gün ərzində təyin edilir. Şüa xəstəliyi, diabetik nevropatiya, spru zamanı hər gün 60-100mkq dozalarla 20-30 gün ərzində yeridilir. B12 vitamin çatışmazlığının müalicəsi üçün – 1-2 həftə ərzində hər gün əzələdaxili və venadaxili 1mq yeridilir, dəstəkləyəci doza – həftədə 1 dəfədən ayda 1 dəfəyə qədər 1-2 mq əzələdaxili və venadaxili.
Uşaqlar Yalnız dəri altına yeridilir. Posthemorragik və dəmir çatışmazlığı anemiyalarında həftədə 2-3dəfə 30-100 mkq dozalarla yeridilir. Uşaqlarda aplastik anemiyada kliniki-hematoloji yaxşılaşmaya qədər100mkq təyin edilir. Alimentar xarakterli anemiyada uşaqlara 15 gün ərzində 30mkq təyin edilir.
Kiçik yaşlı uşaqlarda distrofiya hallarında, Daun xəstəliyində və uşaq serebral iflicində günaşırı 15-30mkq təyin edilir. Hepatitlərdə və qaraciyər sirrozunda uşaqlara 25-40 gün ərzində sutkada 30-60mkq və ya 100mkq günaşırı təyin edilir. Uşaqlar Yalnız dərialtı yeridilir. 0,5mq/ml dozalanmada dərman forması 3 yaşa qədər uşaqlarda istifadə olunmur.