Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

D-KALSIN 75GR GRANUL

Məhsul Kodu : 111-14171
İstehsalçı ölkə: Türkiye
11,04 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

D-KALSİN, qranullar

D-KALSİN tərkibi

Təsiredici maddə: 5 q qranulun tərkibində 125 mq kalsium maqnezium fitat, 375 mq kalsium qlükonat, 3000 BV D2 vitamini vardır.

İstifadəsinə göstərişlər

- Raxitin profilaktikası və müalicəsi: osteopatiya, spazmofiliya ilə müşayiət olunan kalsium mübadiləsinin pozulması, sümükəmələgəlmə prosesinin pozulması (orqanizmin intensiv inkişaf dövründə dişçıxarmanın, boyatmanın ləngiməsilə); - müxtəlif genezliosteoporozun profilaktikası; - D vitamininə və kalsiuma olan tələbatın gücləndiyi hallar; - ana südü ilə qidalanan və/və ya havada az olan uşaqlarda; - D vitamini defisiti olan süni qidalanan uşaqlar; - malabsorbisya sindromu, xroniki diareya, qastroektomiya; - sinir sisteminin zəifləməsi; - steatoreya; - hormonal terapiya, qıcolmaəleyhinə vasitələr, immunodepresantlar, alüminium tərkibli antasidlər, diuretiklər qəbul edən pasiyentlər.

Əks göstərişlər

- Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; - hiperfosfatemiya ilə böyrək osteodistrofiyası; - ağır böyrək çatışmazlığı; - trombofiliya; - ağır hiperkalsiemiya; - D vitamininin hipervitaminozu; - hiperparatireodizm.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

D-Kalsin nəqliyyat vasitəsini idarə etmək və yüksək psixomotor reaksiya tələb edən fəaliyyət növlərilə məşğul olmaq abiliyyətinə təsir etmir.

D-KALSİN istifadə qaydası və dozası

Dozası Osteoporozun profilaktikası-sutkada 1000-2000 BV (1/4-1/2 ölçü stəkanı). Raxitin və osteomalyasiyanın profilaktikası-sutkada 400 BV (1/10 ölçü stəkanı). Qidalanmada, raxitdə və osteomalyasiyada D vitamininin defisiti Böyüklərdə sutkalıq doza 1000-2000 BV (1/4-1/2 ölçü stəkanı) təşkil edir. Uşaqlarda sutkalıq doza 1000-4000 BV (1/4-1 ölçü stəkanı) təşkil edir.

Preparatın qəbulu bir neçə ay ərzində dava etməlidir. Müalicə kursu bitdikdən sonra ehtiyac olduqda, böyüklərdə və uşaqlarda D vitamininin profilaktik dozasının (400 BV) qəbuluna keçilir. Uzun müddət ərzində qıcolmaəleyhinə vasitələr qəbul edən pasiyentlərdə osteomalyasiyanın profilaktikası Böyüklərdə sutkalıq doza 1000-4000 BV (1/4-1 ölçü stəkanı) təşkil edir. Uşaqlarda sutkalıq doza 1000 BV (1/4 ölçü stəkanı) təşkil edir.

D vitamininə qarşı həssaslıq dəyişə bildiyindən, dozalanmanı klinik reaksiyaya müvafiq tənzimləmək lazımdır. Ümumi normaya müvafiq zərdabda Ca x P (mq/dl) 58-i aşmamalıdır. İstifadə qaydası D-Kalsin peroral qəbul üçün nəzərədə tutulub. İstifadədən əvvəl məsləhət görülən qablaşmada olan miqdardan az qranullar ölçü stəkanı ilə ölçülür.

Preparat bir qədər suda həll edilir və ya duru qida ilə qarışdırılır. Qranulları çeynəyib qəbul edən pasiyentlər kifayət qədər su içməli və qranulların tənəffüs yollarına düşməsinə yol verməmlidirlər. Qranulları çayla, şirə ilə və ya kalsiumun sorulmasını pozan digər maddələrlə qarışdırmaq və içmək olmaz.

Prepared by  T-Soft E-Commerce.