Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ml (40 damcı) məhlulun tərkibində 20 000 BV D3 vitamininə ekvivalent olan 0,5 mq xolekalsiferol (vitamin D3), vardır. 1 damcının ərkibində 500 BV D3 vitamininə ekvivalent olan 12,5 mikroqram xolekalsiferol vardır.
- Xolekalsiferola və ya dərman preparatının tərkibində olan hər hansı digər komponentə; - hiperkalsiemiya (qanda kalsiumun səviyyəsinin həddindən artıq yüksəlməsi); - hiperkalsiuriya (sidikdə kalsiumun miqdarının həddindən artıq yüksəlməsi); - D hipervitaminozu (qanda D vitamini səviyyəsinin həddindən artıq yüksəlməsi); - böyrəklərin ağır dərəcəli zədələnməsi (ağır dərəcəli böyrək çatışmazlığı).
Hamiləlik dövrü
Preparatı qəbul etməyə başlamazdan əvvəl, pasiyent hamilə olması və ya körpəsini ana südü ilə qidalandırması, hamiləliyini ehtimal etməsi və ya hamiləliyini planlaşdırılması barədə həkimə və ya əczaçıya məlumat verməlidir.
Hamiləlik dövründə kifayət qədər D vitamini qəbulu tələb olunur.
Hamiləlik dövründə həkim Deavit Neo preparatını təyin etdiyi halda, hamilə qadın təyin edilən dozanı dəqiq qəbul etməlidir, çünki D vitaminin istifadəsi zamanı doza həddinin aşılması döldə malformasiyanın inkişaf etməsi üçün risk törədə bilər.
Laktasiya dövrü
Deavit Neo preparatını laktasiya dövründə istifadə etmək olar.
D vitamini və onun metabolitləri ana südünə nüfuz edir.
Südəmər körpəyə D vitamini təyin olunduğu halda, bunu nəzərə almaq lazımdır.
Ana südü ilə qidalanma dövründə südəmər körpələrdə doza həddinin aşılması halları müşahidə olunmuşdır.
Bu dərman preparatını, həkimin və ya əczaçının təyinatlarına dəqiq riayət edərək qəbul etmək lazımdır. Hər hansı sual meydana çıxarsa, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Preparatın dozası, Deavit Neo preparatının istifadəsi üçün pasiyentin vəziyyətindən və qanda D vitamininin və kalsiumun səviyyəsindən asılıdır. Bu səbəbdən, pasiyent hər zaman yalnız fərdi olaraq onun üçün təyin edilən dozadan istifadə etməlidir, hətta digər pasiyentə preparat daha yüksək dozada təyin edilsə belə.
Böyüklərdə və uşaqlarda raxitin və osteomalyasiyanın profilaktikası
Yenidoğulmuşlar
Gündə 1 damcı (500 BV D3 vitamini).
Südəmər körpələr və kiçik yaşlı uşaqlar (28 gündən 23 aylığa qədər), uşaqlar və böyüklər Gündə 1 damcı (500 BV D3 vitamini).
Vaxtından əvvəl doğulmuş körpələrdə raxitin profilaktikası
Vaxtından əvvəl doğulmuş körpələr
Gündə 1 damcı (500 BV D3 vitamini).
Uşaqlarda D vitamini çatışmazlığının (o cümlədən raxit və osteomalyasiya) və qanda D vitamini səviyyəsi aşağı (< 20 nq/ml) olan böyüklərin müalicəsi
Pediatrik populyasiya
1 aylığa qədər südəmər körpələr – gündə 2 damcı (1000 BV D3 vitamini).
1 aylıqdan 12 aylığa qədər südəmər körpələr və kiçik yaşlı uşaqlar – gündə 2-6 damcı (10003000 BV D3 vitamini).
1 yaşdan 18 yaşa qədər uşaqlar və yeniyetmələr – gündə 6-10 damcı (3000-5000 BV D3 vitamini).
Böyüklər və 65 yaşdan yuxarı pasiyentlər
Gündə 14-20 damcı (7000-10000 BV D3 vitamini).
0-dan 18 yaşa qədər uşaqların və yeniyetmələrin müalicəsinin davametmə müddəti, qanda D vitaminin müvafiq səviyyəsinin əldə edilməsinə qədər (həkim qanın müayinəsini təyin etməlidir) 6 həftə təşkil edir. Müalicə, gündə 500-1000 BV dəstəkləyici doza ilə davam etdirilir.
Böyüklər üçün müalicənin davametmə müddəti, qanda D vitaminin müvafiq səviyyəsinin əldə edilməsinə qədər (həkim qanın müayinəsini təyin etməlidir) 6 həftə təşkil edir. Dəstəkləyici müalicə, gündə 1500-2000 BV doza ilə davam etdirilir.
Yüksək risk qrupu pasiyentlərində D vitamini çatışmazlığının profilaktikası (o cümlədən
piylənmədən, malabsorbsiya sindromundan əziyyət çəkən pasiyentlər, D vitaminin
metabolizminə təsir göstərən preparatlarla müalicə aparıldıqda)
Uşaqlar və böyüklər
Piylənmədən, malabsorbsiya sindromundan əziyyət çəkən pasiyentlərdə və D vitaminin
metabolizminə təsir göstərən preparatlarla (qıcolmaəleyhinə preparatlar, qlükokortikoidlər, göbələkəleyhinə preparatlar, QİÇS-in müalicəsi üçün istifadə olunan preparatlar) müalicə qəbul edən pasiyentlərdə D vitamini çatışmazlığının profilaktikası üçün daha yüksək dozaların (2-3 dəfə daha yüksək) istifadəsi tələb olunur.
D vitamini çatışmazlığından əziyyət çəkən və ya D vitamini çatışmazlığı riskinə məruz qalan pasiyentlərdə osteoporozun spesifik müalicəsinə əlavə
Böyüklər
Gündə 1-2 damcı (500-1000 BV D3 vitamini).
Qaraciyər funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlər
Qaraciyər funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlər üçün dozanın korreksiyası tələb olunmur.
Böyrək funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlər
Böyrək funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlər üçün preparatın dozasını, qanda kalsiumun səviyyəsinə müvafiq korreksiya etmək lazımdır. Ağır dərəcəli böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərə D3 vitaminin istifadəsi əks göstərişdir. Deavit Neo preparatını günorta, əsas qida qəbulu zamanı istifadə etmək tövsiyə olunur.
Preparatdan istifadə etdikdə, damcıları qəbul etmək üçün qaşıqdan istifadə etməyə üstünlük verilir. Bütün dozanı qəbul etmək üçün diqqətli olmaq lazımdır.
Südəmər körpələrə və kiçik yaşlı uşaqlara damcıları südə və ya qidaya əlavə etdikdə, qidanın tam qəbul edilməsindən əmin olmaq lazımdır.
Deavit Neo preparatını uzun müddət ərzində istifadə etdikdə, optimal müalicəni təmin etmək məqsədi ilə, həkim müntəzəm olaraq qan nümunələrinin müayinəsini təyin etməlidir.