Demoton-B Neo 2 ml N10 Ampul
-
5
1
-
4
0
-
3
0
-
2
0
-
1
0
Bitib
Stokda olanda mənə xəbər verin.DEMOTON-B NEO, inyeksiya üçün məhlul
DEMOTON-B NEO tərkibi
DEMOTON-B NEO tərkibi, 2 ml məhlulun tərkibində (1 ampulda) 10 mq tiamin hidroxlorid (B1 vitamini), 4 mq piridoksin hidroxlorid (B6 vitamini), 4 mq riboflavinə ekvivalent miqdarda riboflavin natrium fosfat (B2 vitamini), 40 mq nikotinamid (B3 vitamini), 6 mq dekspantenol (B5 provitamini) vardır.
Demoton-B Neo, istifadəsinə göstərişlər
B qrupu vitaminlərinin hipovitaminozu − İzoniazid sırasından olan vərəm əleyhinə dərmanların və antibiotiklərin qəbulu zamanı − İmmun çatışmazlığı vəziyyətləri (reanimasiya və intensiv terapiyada olan xəstələr, cərrahi əməliyyatlardan sonra, gec sağalan yaralar, yanıqlar və zədələnmələr zamanı) − Bağırsaqlarda sorulmanın və mikrofloranın pozulması ilə müşayiət olunan mədə-bağırsaq traktı xəstəlikləri (bağırsaq disbakteriozu, malabsorbsiya sindromu) − Müxtəlif mənşəli polineyropatiya, nevrit və nevralgiyalar − Onurğa sütununun iltihabi-degenerativ xəstəlikləri (radikulit, osteoxondroz, lümbaqo) − Mübadilə pozğunluqları ilə gedən xəstəliklər (şəkərli diabet, ateroskleroz, tireotoksikoz, miokardiodistrofiya və s.) − Göz xəstəliklərinin kompleks müalicəsi
Əks göstərişlər
Demoton B Neo-nun tərkibində olan hər hansı inqrediyentə qarşı yüksək həssaslıq.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Heyvanlar üzərində teratogen təsirlə bağlı hər hansı tədqiqat aparılmamışdır. Mövcud tədqiqatlar arasında inkişaf pozğunluğu, yaxud embriotoksiklik halları qeydə alınmasa da, Demoton B Neo-nun istifadəsinin riskli olması fikrini istisna etmək üçün kifayət qədər məlumat yoxdur. Buna görə də ehtiyat tədbiri kimi, həkim tərəfindən qəbulunun mütləq olduğu bildirilmədiyi təqdirdə dərman vasitəsinin hamiləlik dövründə istifadəsindən yayınmaq lazımdır. Kifayət qədər məlumat olmadığından preparat laktasiya dövründə istifadə olunmamalıdır.
İstifadə qaydası və dozası
Əzələdaxili, venadaxili inyeksiya və ya venadaxili infuziya şəklində. Əzələdaxili, yaxud venadaxili parenteral istifadənin müddəti xəstənin reaksiyasından və həkimin təyinatından asılıdır. Xəstənin vəziyyətindən asılı olaraq gündə bir, yaxud iki ampul təyin olunmalıdır.