Bitib
Stokda olanda mənə xəbər verin.DEMOTON-B12 tərkibi, 5 ml (1 ampul) məhlulun tərkibində 250 mq B1, 250 mq B6, 1,5 mq B12 vitaminləri vardır.
Vitamin B1, B6, B12 hipo- və avitaminozları. Sinir sisteminin xəstəliklərində simptomatik müalicə: müxtəlif etiologiyalı polineyropatiyalar (o cümlədən, diabet və alkoqol mənşəli), periferik nevritlər və polinevritlər, nevralgiyalar, periferik parezlər və ifliclər, radikulit, lümbaqo, pleksit, qabırğaarası nevralgiya, üçlü sinirin nevralgiyası, üz sinirinin parezi, uşaq serebral iflici, periferik sinir travmaları. Xroniki alkoqolizm. Aterosklerozun, virus hepatitinin, şəkərli diabetin kompleks müalicəsi. İzoniazid sırasından olan vərəməleyhinə dərmanların və antibiotiklərin tətbiqi zamanı. Anemiyalar (B12-defisitli anemiya, toksik maddələr və dərman preparatlarının təsiri ilə əlaqədar yaranan anemiyalar).
B1, B6, B12 vitaminlərinə qarşı yüksək həssaslıq və 2 yaşa qədər uşaqlar.
Aparılmış tədqiqatlar göstərmişdir ki, preparatın hamiləlik və laktasiya dövründə istifadəsi böyük risk daşımır. Buna baxmayaraq, yalnız vacib olduqda təyin edilməsi tövsiyə olunur.
Ağır hallarda Demoton B12 sutkada 1 dəfə, əzələ daxilinə dərinə yeridilir. Pasiyentin vəziyyətini yaxşılaşdırmaq üçün yüngül hallarda bəzi hallarda 2–3 gündən bir 1 ampul istifadə edilir.