Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 75 mq klopidoqrel (97,875 mq klopidoqrel bisulfat şəklində) vardır.
Aterotrombotik pozğunluqların 2-cili profilaktikası Miokard infarktı (bir neçə günündən başlayaraq 35 gün ərzində), işemik insult (7-ci günündən başlayaraq 6 ay ərzində) keçirən və ya periferik arteriyaların xəstəliklərindən əziyyət çəkən yetkin yaşlı pasiyentlərdə aterotrombotik pozğunluqların profilaktikası. Kəskin koronar çatışmazlıq sindromu qeyd olunan yetkin yaşlı pasiyentlərdə aterotrombotik pozğunluqların profilaktikası: - asetilsalisil turşusu (AST) ilə kombinasiyada perkutan koronar müdaxilənin gedişində stentləşməyə məruz qalan pasiyentlər daxil olmaqla, ST seqmentinin yüksəlməsi qeyd olunmayan kəskin koronar çatışmazlığı sindromu (qeyri-stabil stenokardiya və ya Q dalğası olmayan miokard infarktı); - AST ilə kombinasiyada trombolitik müalicənin aparılması üçün müvafiq medikamentoz müalicə qəbul edən pasiyentlərdə ST seqmentinin yüksəlməsi ilə müşayiət olunan kəskin miokard infarktı. -Qulaqcıq fibrillyasiyası zamanı aterotrombotik və tromboembolik fəsadların (insult daxil olmaqla) profilaktikası: damar fəsadlarının yaranmasının ən azı bir risk faktoru olan, K vitaminin antaqonistləri ilə müalicə ala bilməyən və qanaxmanın yaranma ehtimalı aşağı olan böyük xəstələrdə qulaqcıq fibrillyasiyası zamanı (asetilsalisil turşusu ilə kombinasiyada).
Klopidoqrelə və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq. Ağır qaraciyər çatışmazlığı. Peptik xoradan qanaxma və ya kəllədaxili qansızma kimi kəskin patolojı qanaxmalar.
Hamilə qadınlarda klopidoqrelin klinik istifadəsi haqqında kifayət qədər məlumat olmadığından ehtiyat tədbiri olaraq, hamiləlik dövrdə klopidoqrelin istifadə edilməməsi dha məqsədəuyğundur. Fayda/risk nisbəti qiymətləndirilməli və ehtiyac olduğu zaman həkim nəzarəti altında təyin oluna bilər. Farmakokinetik/toksikoloji tədqiqatlar göstərmişdir ki, klopidoqrel və onun metabolitləri ana südü ilə ifraz olunur. Bu səbəbdən klopidoqrelin qəbulu zamanı ana südü ilə qidalandırma dayandırılmalıdır.
Preparatın qəbulu nəqliyyat vasitələrini və digər mexanizmləri idarəetmə qabiliyyətinə hər hansı bir təsir göstərmir və ya cüzi təsir göstərir. Beləliklə preparatın qəbulu zamanı xəstələr nəqliyyat vasitələrini və digər mexanizmləri idarə edə bilərlər.
Gündə 1 dəfə daxilə yeməkdən asılı olmayaraq qəbul olunur. Miokard infarktı, işemik insult və ya müəyyən edilmiş periferik arteriyaların okklüzion xəstəliyi zamanı klopidoqrel gündə 1 dəfə 75 mq dozada təyin olunur. Kəskin koronar sindromu zamanı: ST seqmentinin yüksəlməsi ilə müşayiət olunmayan (qeyri-stabil stenokardiya və ya Q dalğasız miokard infarktı zamanı): klopidoqrel ilə müalicə 300 mq birdəfəlik yükləyici doza ilə başlanmalı və gündə 1 dəfə 75 mq doza ilə davam etdirilməlidir (gündə 75-325 mq dozada asetilsalisil turşusu ilə kombinasiyada). Asetilsalisil turşusunun yüksək dozalarda istifadəsi zamanı qanaxmaların yaranma ehtimalı yüksək oldğuna örə tövsiyə olunan doza 100 mq-dan artıq olmamalıdır.
Müalicənin optimal müddəti formal olaraq müəyyən olunmamışdır. Klinik tədqiqatların nəticələrinə əsaslanaraq preparat 12 aya qədər istifadə edilə bilər, maksimal müsbət təsiri müalicədən 3 ay sonra müşahidə edilir. - ST seqmentinin yüksəlməsi ilə müşayiət olunan kəskin miokard infarktı zamanı klopidoqrelin 300 mq birdəfəlik yükləyici dozadan başlanaraq gündə 1 dəfə 75 mq dozada asetilsalisil turşusu ilə kombinasiyada, trombolitiklərlə və ya trombolitiklərsiz təyin olunur. 75 yaşdan yuxarı olan xəstələrdə yükləyici doza təyin olunmur.
Kombinəolunmuş müalicəni simptomların yaranmasından sonra mümkün qədər tez başlayır və ən azı 4 həftə ərzində davam edirlər. Kəskin miokard infarktı zamanı klopidoqrelin asetilsalisil turşusu ilə kombinasiyada 4 həftədən sonra istifadəsinin terapevtik təsiri öyrənilməmişdir. Qulaqcıq fibrillyasiyası zamanı klopidoqrel gündə 1 dəfə 75 mq dozada təyin olunur. Müalicəyə gündə 1 dəfə 75- 100 mq asetilsalisil turşusu ilə başlanılır və klopidoqrel ilə kombinasiyada davam etdirilir.
Xüsusi qrup xəstələrə dair əlavə məlumat Böyrək/Qaraciyər çatışmazlığı olan xəstələr Böyrək çatışmazlığı olan xəstələrdə klopidoqrelin istifadə təcrübəsi məhdud olduğundan bu qrup xəstələrdə ehtiyatla istifadə edilməlidir. Orta ağırlıq dərəcəli qaraciyər çatışmazlığı olan və hemorragik diatezə meyilli olan xəstələrdə klopidoqrelin istifadə təcrübəsi məhdud olduğundan bu qrup xəstələrdə ehtiyatla istifadə edilməlidir. Pediatrik xəstələr Pediatrik qrupda klopidoqrelın istifadəsinin təhlükəsizliyi və effektivliyi öyrənilməmişdir və bu səbəbdən bu qrup xəstələrdə preparat istifadə edilmir. Yaşlı xəstələr ST seqmentinin yüksəlməsi ilə müşayiət olunan kəskin miokard infarktı olan 75 yaşdan yuxarı xəstələrdə klopidoqrellə müalicə yükləyici doza olmadan başlanmalıdır.