Sevimlilərə əlavə edin
Paylaşın

Dimeksid 990 Mq 100 ml Məhlul

Məhsul Kodu : 111-06500
İstehsalçı ölkə : Rusiya
1 Şərh Şərh
6,00 AZN
Kateqoriya: Sümük-əzələ
KolleksiyaQiymət Xəbərdarlığı

DİMEKSİD, xaricə istifadə olunan məhlul hazırlamaq üçün konsentrat

Dimeksid tərkibi

 Təsiredici maddə: 100 ml dimetilsulfoksid (dimeksid).

İstifadəsinə göstərişlər:

 Kompleks terapiyanın tərkibində: dayaq-hərəkət aparatının xəstəlikləri: revmatoid artrit, ankilozlaşdırıcı spondiloartrit (Bexterev xəstəliyi), deformasiyaedici osteoartroz (periartikulyar toxumaların zədələnməsi olduqda), reaktiv sinovit, məhdudlaşmış sklerodermiya, düyünlü eritema, diskoid qırmızı qurdeşənəyi, pəncə mikozları, kelloidli çapıqlar, tromboflebit, alopesiya, ekzema, streptodermiya, qızılyel iltihabı, əzilmələr, vətərlərin dartılması, travmatik infiltratlar, irinli yaralar, yanıqlar, radikulit, trofik xoralar, akne, furunkulyoz. Dəri-plastik cərrahiyədə - dəri homotransplantların konservləşdirilməsi.

Əks göstərişlər:

 Dimetilsulfoksidə qarşı hiperhəssaslıq, ağır qaraciyər və/və ya böyrək çatışmazlığı, stenokardiya, ifadəolunmuş ateroskleroz, qlaukoma, katarakta, insult, koma, miokard infarktı, hamiləlik, laktasiya dövrü, 12 yaşa qədər uşaqlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi əks göstərişdir.

Dimeksid istifadə qaydası, dozası

 Xaricə istifadə edilir. Dimetilsulfoksid konsentrat şəklində buraxılır ki, bundan da, istifadəsindən əvvəl applikasiya və ya islatma (yuyulma) üçün lazım olan konsentrasiyada sulu məhlul hazırlanır. Lazımi konsentrasiyada olan sulu məhlulda tənzif salfetlər isladılır və 20-30 dəqiqə ərzində zədələnmiş nahiyəyə qoyulur. Salfetin üstünə polietilen örtük və pambıq və ya kətan parça qoyulur. Applikasiyanın məsləhət görülən istifadə müddəti 10-15 gündür. Qızılyel və trofik xoraların müalicəsi zamanı sutkada 2-3 dəfə 30-50%-li məhlul şəklində 50-100 ml istifadə edilir. Ekzema, streptodermiya zamanı 40-90%-li məhlul ilə kompreslər. Ağrı sindromu zamanı yerli ağrısızlaşdırma üçün gündə 2-3 dəfə 25-50%-li sulu məhlul kompres şəklində təyin edilir. Üz nahiyəsinin dərisi və digər yüksək həssas nahiyələr üçün 10-20-30%-li sulu məhlulu istifadə edilir. 12-18 yaşlı uşaqlarda dimetilsulfoksidin 20-30%-li sulu məhlulu istifadə edilir. Dəri-plastik cərrahiyəsində köçürülmüş auto- və homo dəri transplantların dərisinin üzərinə əməliyyatdan bilavasitə sonra və əməliyyatdan sonrakı günlərdə transplantantın daimi sağalmasına qədər 10-20%-li məhlullarla sarğılar istifadə edilir. Dəri homotransplantların saxlanması üçün konservləşdirici mühit kimi Ringer məhlulunda 5%-li məhlul istifadə edilir. Daha az konsentrasiyalı məhlulları (1-4%) ilə irinli-nekrotik və iltihabı ocaqlar və boşluqlar yuyulması aparılır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-06500

Oxşar Məhsullar

Akurafleks 75 ml Krem
22,80 AZN -%0
22,80AZN
Alflutop 10 Mq 1 ml N10 Ampula
55,00 AZN -%0
55,00AZN
Algostop 100 ml Gel
26,50 AZN -%0
26,50AZN
Armogren 100 Qr Gel
31,50 AZN -%0
31,50AZN
Arteasy 50 ml Krem
19,00 AZN -%0
19,00AZN
Arteks 50 ml Gel
23,80 AZN -%0
23,80AZN
Artron A 1500 Mq N20 Paket
20,47 AZN -%0
20,47AZN
Artroz 100 ml Gel
33,00 AZN -%0
33,00AZN
Atigen 100 ml Gel
26,50 AZN -%0
26,50AZN
Belfleks 100 Mq 2 ml N10 Ampul
29,59 AZN -%0
29,59AZN
Bonviva 150MG N3 Tb (Roche)
102,46 AZN -%0
102,46AZN
Chondro Best N60 Kapsul
65,00 AZN -%0
65,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce