Sevimlilərə əlavə edin
Paylaşın

Distreptaza 2 Qr N6 Şam

Məhsul Kodu : 111-20112
İstehsalçı ölkə : Polsa
0 Şərh Şərh
31,01 AZN
Kateqoriya: Sidik-cinsiyyət
KolleksiyaQiymət Xəbərdarlığı

DİSTREPTAZA®, rektal şamlar

Distreptaza tərkibi

 Təsiredici maddə: 1 şamın (2 q) tərkibində 15000 BV streptokinaza, 1250 BV streptodornaza vardır. Köməkçi maddələr: neytral piy (Vitepsol H15), maye parafin (parafin yağı).

İstifadəsinə göstərişlər:

 Distreptaza® preparatı, böyüklərdə kompleks terapiyanın tərkibində, aşağıda göstərilən xəstəliklərin müalicəsində istifadə olunur: - artımların (uşaqlıq borularının, yumurtalıqların) iltihabi xəstəlikləri zamanı dəstəkləyici müalicə; - kiçik çanaq orqanlarının əməliyyatdan sonrakı dövrdə infiltrativ zədələnmələri; - kəskin və ya xroniki gedişli babasil; - geniş iltihabi infiltratın əmələ gəlməsi ilə müşayiət olunan perirektal abseslər və fistullar.

Əks göstərişlər:

 - Preparatın tərkibində olan hər hansı komponentə qarşı yüksək həssaslıq; - hemorragik diatez; - kiçik çanaq orqanlarında və düz bağırsaq üzərində aparılan əməliyyatlardan sonra erkən dövr (preparat qasnaq ilə örtülmüş təzə yara ilə və həmçinin, təzə qoyulmuş tikişlə təmasda olmalı deyil, çünki bu, tikişlərin boşalmasına və nəticə kimi, yaradan qanaxmanın baş verməsinə səbəb ola bilər); -qanaxmadan sonra təqribən 10 gün müddətində təkrar qanaxmaya səbəb ola bilər; -kalsium duzları tərkibli dərman vasitələrilə; -irin əlaməti olmayan kəskin sellülit; -zəif dərəcəli laxtalanması olan pasiyentlər.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Distreptaza® dərman preparatının suppozitoriyalarını hamiləlik müddətində və həmçinin, laktasiya dövründə istifadə etmək olmaz.

Distreptaza istifadə qaydası, dozası

 Blisterdən çıxardıqdan sonra suppozitoriyanı düz bağırsağa mümkün qədər dərin yeritmək lazımdır. İstifadə olunmamış məhsulun bütün qalıqlarını və ya onun tullantılarını, yerli qaydalarda qeyd olunmuş üsulla ləğv etmək lazımdır. Preparatın dozalanması iltihabi prosesin növündən və intensivlik dərəcəsindən asılıdır. Preparatı həkimin təyinatına müvafiq istifadə etmək lazımdır. Böyüklərdə ağır gedişli xəstəliyin müalicəsi: ilk 3 gün müddətində gündə 3 dəfə 1 şam; növbəti 3 gün müddətində gündə 2 dəfə 1 şam; növbəti daha 3 gün müddətində gündə 1 dəfə 1 şam. Böyüklərdə yüngül və orta gedişli xəstəliyin müalicəsi: 3 gün müddətində gündə 2 dəfə 1 şam; növbəti 4 gün müddətində gündə 1 dəfə 1 suppozitoriya və ya 2 gün müddətində gündə 2 dəfə 1 şam. Orta hesabla bir müalicə kursu müddətində 8-18 şam istifadə olunur. Müalicənin orta davametmə müddəti 7-10 gündür. Dərman preparatının növbəti qəbul vaxtı ötürüldüyü halda, preparatı ikiqat dozada istifadə etmək olmaz.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-20112

Oxşar Məhsullar

Adenurik 120 Mq N28 Tablet
36,62 AZN -%0
36,62AZN
Adenurik 80 Mq N28 Tablet
36,62 AZN -%0
36,62AZN
Agneteks Forte N60
53,20 AZN -%0
53,20AZN
Agolutin 30 Mq 2 ml N5 Ampula
18,00 AZN -%0
18,00AZN
Alkalurin 150 Qr Toz
53,00 AZN -%0
53,00AZN
Allopurinol 100 Mq N50 Tablet
3,59 AZN -%0
3,59AZN
Alsevag N10 Şam
36,50 AZN -%0
36,50AZN
Arista 5 Mq N14 Tablet
29,87 AZN -%0
29,87AZN
Astrogen N60 Kapsul
57,80 AZN -%0
57,80AZN
Atom Plus N10 Tab
71,99 AZN -%0
71,99AZN
Belara N21 Tablet
19,55 AZN -%0
19,55AZN
Benoprost N30 Kapsul
53,50 AZN -%0
53,50AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce