Sevimlilərə əlavə edin
Paylaşın

DOREPAM 10MG N28 TB

Məhsul Kodu : 111-23457
İstehsalçı ölkə : Türkiye
Reseptlə satılır
0 Şərh Şərh
9,24 AZN
Kateqoriya: Sinir sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

DOREPAM, örtüklü tabletlər

DOREPAM tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq və ya 20 mq essitalopram (oksalat duzu şəklində) vardır.

DOREPAM, istifadəsinə göstərişlər

Böyük depressiv epizodlar.
Aqorafobiya ilə və ya aqorafobiyasız panik pozğunluq.
Sosial həyəcan pozğunluqları (sosial fobiya).
Generalizə olunmuş həyəcan pozğunluğu.
Obsessiv-kompulsiv pozğunluqlar (OKP).

Əks göstərişlər

Essitaloprama və ya preparatın tərkibindəki komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq.
MAO inhibitorları ilə eyni zamanda istifadəsi.
QT intervalının uzanması ilə əlaqəli hallar və bu təsiri olan dərmanlarla birgə istifadəsi.
Pimozidlə birgə istifadəsi.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Müalicəyə ehtiyac olmadan və hamiləlik dövründə dölə yetirdiyi potensial risk/ana üçün ehtimal olunan fayda nisbəti diqqətlə qiymətləndirilmədən preparat istifadə olunmamalıdır.
Hamiləliyin son dövründə (xüsusilə son trimestrdə) Dorepam preparatının istifadəsi davam edərsə, yenidoğulmuş müşahidə altında olmalıdır. Hamiləlik dövründə preparatın birdən dayandırılmasına yol verilməməlidir.
Essitalopramın ana südünə keçməsi ehtimal olunur. Bu səbəbdən müalicə zamanı ana südü ilə qidalandırma tövsiyə edilmir.

DOREPAM, istifadə qaydası

DOREPAM gündə tək dozada qida qəbulundan asılı olmayaraq tətbiq olunur.
20 mq-dan çox olan gündəlik dozalarda istifadəsinin təhlükəsizliyi öyrənilməmişdir.
Böyük depressiv epizod: adətən gündəlik doza 10 mq. Antidepressiv təsir 2-4 həftədən sonra müşahidə olunur. Müalicə 6 ay davam etməlidir.
Aqorafobiya ilə və ya aqorafobiyasız panik pozğunluq: ilk həftə 5 mq, sonra 10 mq. Maksimum 20 mq. Müalicə bir neçə ay davam edir.
Sosial həyəcan pozğunluğu: gündəlik doza 10 mq. Reaksiya əsasında 5–20 mq arası dəyişir.
Generalizə olunmuş həyəcan pozğunluğu: gündəlik doza 10 mq, maksimum 20 mq.
OKP: gündə 10 mq başlanğıc doza, fərdi reaksiyaya əsasən 20 mq-a qədər.
Xüsusi qruplar:
Böyrək çatışmazlığı: ehtiyatla.
Qaraciyər çatışmazlığı: 5 mq başlanğıc doza tövsiyə olunur.
Yaşlılar və CYP2C19 aktivliyi zəif olan xəstələr: 5 mq başlanğıc doza.

Əlavə təsirləri

Çox tez-tez: baş ağrısı, ürəkbulanma
Tez-tez: yuxusuzluq, yuxululuq, başgicəllənmə, paresteziya, tremor, diareya, qəbizlik, qusma, ağız quruluğu, tərləmə, artralgiya, mialgiya, halsızlıq, qızdırma
Bəzən: dad pozuntusu, yuxu pozuntuları, burun qanaxması, qulaqda küy, görmə pozğunluğu, övrə, səpgi, alopesiya
Nadir: bradikardiya, aqressivlik, hallüsinasiyalar, serotonin sindromu
Məlum deyil: intihar düşüncəsi və davranışları, priapizm, qalaktoreya, angioödem, hepatit, hiponatriemiya, diskineziya, torsades de pointes

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-23457

Oxşar Məhsullar

ABIZOL 10MG N28 TB
38,28 AZN -%0
38,28AZN
ABIZOL 15MG N28 TB
43,08 AZN -%0
43,08AZN
ABIZOL 5MG N28 TB
36,84 AZN -%0
36,84AZN
Adaptol 300 mq N40 kapsul
25,50 AZN -%0
25,50AZN
Adaptol 500 mq N10 tablet
12,60 AZN -%0
12,60AZN
AFOBAZOL 10MG N60 TB
12,40 AZN -%0
12,40AZN
AKSOMED N20 CAP
38,70 AZN -%0
38,70AZN
Aktoseril 200MG/Ml 5 ml N5 Amp
19,05 AZN -%0
19,05AZN
ALCEBA 10MG N30 TB
30,79 AZN -%0
30,79AZN
Alora 100 mq N30 tablet
6,62 AZN -%0
6,62AZN
ALZANCER EASYTAB 5MG N28 TB
14,59 AZN -%0
14,59AZN
ALZEPIL 10MG N28 TB
27,00 AZN -%0
27,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce