Elipa Göz Damcısı, 10 ml
Bitib
Stokda olanda mənə xəbər verin.ELIPA, 5 mq/ml göz damcısı
Elipa, beynəlxalq patentləşdirilməmiş adı: Ketorolac trometamol.
ELIPA tərkibi
Təsiredici maddə: 1 ml məhlulda 5 mq ketorolak trometamin vardır.
ELIPA, istifadəsinə göstərişlər
Prostaqlandinlərin biosintezinin inhibə edilməsi tələb olunan bütün iltihabi oftalmoloji hallarda:əməliyyatdan əvvəl və sonra yaranan iltihablar, ağrıların azaldılması, əməliyyatdaxili miozun qarşısının alınması, kataraktadan sonra makulanın ödeminin qarşısının alınması, eləcə də mövsümi və digər allergik konyunktivitlərin simptomatik müalicəsi.
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.
Asetilsalisil turşusu və digər qeyri-steroid iltihab əleyhinə preparatlara qarşı çarpaz reaksiya.
Kontakt linzalarla eyni vaxtda istifadəsi qadağandır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövründə təhlükəsizlik məlumatı yoxdur.
Laktasiya dövründə istifadəsi məsləhət görülmür. Ketorolak trometamin ana südünə keçir.
ELIPA, istifadə qaydası
Əməliyyata hazırlıq: əməliyyatdan 2 saat əvvəl hər 30 dəqiqədən bir 1 damcı (cəmi 4 damcı).
Əməliyyatdan sonra: 3 həftəyə qədər həkimin göstərişinə əsasən.
Digər hallarda: gündə 4 dəfə 1 damcı. Müalicə həkim məsləhəti olmadan 1 həftədən çox davam etməməlidir.
12 yaşdan kiçik uşaqlarda istifadəsi tövsiyə edilmir.
İstifadə unudulduqda: əgər növbəti dozaya çox qalırsa – dərhal qəbul edin; əgər az qalırsa – dozanı atlayıb növbəti dozanı vaxtında qəbul edin. İkiqat doza qəbul etməyin.
Əlavə təsirləri
Çox nadir: allergik konyunktivit, yanğı hissi, görmə bulanıqlığı, okulyar qıcıqlanma, keratit, göz infeksiyaları, ürəkbulanma, qusma, qripəbənzər simptomlar.
İstənilən əlavə təsir həkimə bildirilməlidir.