Меню
Мой счет
Я забыл свой пароль
регистр
моя тележка

ERBINOL 250MG N14 TB (WORLD MEDISIN)

Код продукта : 111-16939
İstehsalçı ölkə: Türkiye
нравиться

Распроданный

Дайте мне знать, когда он прибудет
Добавить в список Рекомендовать Комментарий Оповещение о цене

ERBİNOL, tabletlər

ERBİNOL tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 250 mq terbinafin (terbinafin hidroxlorid şəklində) vardır.

İstifadəsinə göstərişlər

Dərinin və dırnağın Trichophyton (T. rubrum, T.mentagrophytes, T. verrucosum, T. violaceum), Microsporum canis və Epidermophyton floccosum tərəfindən törədilən göbələk infeksiyaları.

Peroral istifadə üçün nəzərdə tutulmuş Erbinol, zədələnmənin lokalizasiyası, infeksiyanın ağırlığı və ya yayılmasına görə peroral müalicə məqsədəuyğun hesab edildikdə saçqıran dəmrovun (saya dəri trixofitiyası, qasıq trixofitiyası və pəncə dermatofitiyası) müalicəsi üçün göstərilir. Peroral istifadə olunan Erbinol preparatı onixomikozun müalicəsi üçün göstərilir.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq; qaraciyərin xroniki və ya kəskin xəstəlikləri; laktasiya dövrü.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Preparatın dölə və fertilliyə təsiri üzrə heyvanlar üzərində aparılan tədqiqatlarda əlavə effektlər aşkar edilməmişdir. Hamilə qadınlarda terbinafinin klinik istifadə təcrübəsi məhdud olduğu üçün qadının klinik vəziyyəti terbinafinin peroral müalicəsini tələb edən vəziyyət və ana üçün gözlənilən fayda dölə olan potensial riskdən üstün olduğu hallar istisna olmaqla, Erbinolu hamiləlik dövründə istifadə etmək olmaz. Laktasiya Terbinafin ana südünə nüfuz edir, bu səbəbə görə qadınlar laktasiya dövründə Erbinol qəbul etməməlidirlər. Fertillik Preparatın dölə və fertilliyə təsiri üzrə heyvanlar üzərində aparılan tədqiqatlarda əlavə effektlər aşkar edilməmişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Terbinafinin avtonəqliyyat və mexanizmləri idarə etmək qabiliyyətinə təsirinə dair tədqiqat aparılmamışdır. Erbinolun istifadəsi zamanı başgicəllənmə kimi əlavə təsir yarandıqda, pasiyent avtonəqliyyat və mexanizmləri idarə etməkdən çəkinməlidir.

ERBİNOL istifadə qaydası və dozası

Böyüklər 250 mq (1 tablet) gündə bir dəfə daxilə qəbul olunur. Müalicə müddəti infeksiyanın xüsusiyyətindən və ağırlığından asılıdır. Dəri infeksiyaları Tövsiyə olunan müalicə müddəti: - pəncə dermatofitiyası (barmaqlararası, pəncə altı): 2-6 həftə; - saya dəri trixofitiyası: 4 həftə; - qasıq trixofitiyası: 2-4 həftə. Onixomikoz Əksər pasiyentlər üçün müalicə müddəti 6 həftədən 3 ayadək təşkil edir.

3 aydan az müalicə müddəti, əl dırnaqlarının infeksiyası, eləcə də baş barmaq istisna olmaqla digər ayaq barmaqlarındakı dırnaq infeksiyaları olan və daha cavan pasiyentlərdə nəzərdə tutulub. Ayaq barmağında dırnaq infeksiyalarının müalicəsində, adətən, 3 ay kifayət edir, amma müəyyən pasiyentlər üçün 6 ay və ya daha uzunmüddətli müalicə tələb oluna bilər. Daha uzun müalicə tələb edən pasiyentlər, müalicənin ilk həftələrində dırnaq böyüməsinin aşağı sürəti ilə müəyyən edilir. İnfeksiyanın əlamətlərinin və simptomlarının tam itməsi mikoloji müalicədən bir neçə həftə keçmədən əvvəl əldə edilə bilməz.

Xüsusi pasiyent qrupları Qaraciyər funksiyasının pozğunluğu Erbinol xroniki və ya kəskin qaraciyər xəstəlikləri olan pasiyentlərdə əks göstərişdir. Böyrək funksiyasının pozğunluğu Böyrək funksiyasının pozğunluğu olan pasiyentlərdə Erbinol preparatının istifadəsi tövsiyə edilmir, çünki bu qrupda terbinafinin istifadəsi kifayət qədər öyrənilməmişdir. Uşaqlar Böyük Britaniyada aparılmış terbinafinin postmarketinq müşahidə tədqiqatında iştirak edən 314 uşaq pasiyentin peroral terbinafinlə müalicə zamanı təhlükəsizlik nəticələrinin nəzərdən keçirilməsi nəticəsində uşaqlardakı əlavə təsirlər yetkin insanlardakı kimi olduğu müəyyən edilmişdir. Yetkin insanlarda qeyd olunan əlavə təsirlər əlavə hər hansı yeni, qeyri-adi və ya daha ağır reaksiyaların olmasına aid heç bir sübut qeyd edilməmişdir.

Lakin, əldə olan məlumatların sayının məhdud olduğu səbəbindən, uşaqlarda istifadəsi məsləhət görülmür. Yaşlı pasiyentlər Yaşlı pasiyentlərdə (65 yaş və yuxarı) gənc pasiyentlərlə müqayisədə dozanın korreksiyasına ehtiyac olduğu və fərqli təsirlərin olması barədə heç bir sübut mövcud deyil. Erbinol prepartının istifadəsi zamanı, yaşlı pasiyentlərdə qaraciyər və ya böyrək funksiyasının pozğunluğunun mövcüdluğunu nəzərə almaq lazımdır. İstifadə qaydası Daxilə qəbul üçün nəzərdə tutulub.

Tablet su ilə bütöv udulur; Erbinol preparatının hər gün eyni vaxtda yeməkdən əvvəl və ya yeməkdən sonra qəbul edilməsinə üstünlük verilir.

Prepared by  T-Soft E-Commerce.