Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

FARINGOSEPT 10MG N20 TB

Şərh
Şərhlər (1)
5.0 Orta xal
  • 5
    1
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0
Məhsul Kodu : 111-00430
İstehsalçı ölkə: Ruminiya
4,98 AZN
Daha çox Burun və boğaz
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

FARİNQOSEPT, LİMON DADLI 10 mq sorma tabletlər

FARİNQOSEPT tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq ambazon monohidrat vardır.

İstifadəsinə göstərişlər

Ağız boşluğunun və udlağın kəskin infeksion xəstəliklərinin (faringit, gingivit, angina), amiqda- loektomiyadan sonra böyüklərdə, yeniyetmələrdə və 14 yaşdan böyük uşaqlarda yanaşı müalicə üçün.

Əks göstərişlər

Ambazon və hər hansı köməkçi maddəyə qarşı yüksək həssaslıq. 3 yaşınadək uşaqlarda istifadəsi.

Qalaktozaya qarşı dözümsüzlük, Lapp-laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası olan pasiyentlərdə istifadəsi.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Hamiləlik və ana südü ilə qidalandırma zamanı ambazonun istifadəsi ilə bağlı nəzarət edilən klinik tədqiqatlar mövcud deyil. Bununla belə, hamiləlik dövründə ambazonun istifadə olunduğu pasiyentlərdə heç bir arzuolunmaz reaksiya və ya dölə zərərli təsirlər bildirilməmişdir. Farinqosept limon 10 mq-lıq sorma tabletləri hamiləlik dövründə yalnız terapevtik fayda döl üçün potensial riskdən daha yüksək olduqda təyin edilir. Laktasiya dövrü Ambazonun ana südü ilə xaric olub-olmaması məlum olmadığından, ana südü ilə qidalanma zamanı istifadəsi barədə kifayət qədər məlumat yoxdur. Yenidoğulmuşlar/körpələr üçün riski istisna etmək mümkün deyil. Ana südü ilə qidalanmanın dayandırılması və ya Farinqosept limon 10 mq-lıq sorma tabletləri ilə müalicənin dayandırılması barədə qərar, laktasiyanın və ana üçün müalicənin faydasını nəzərə almaqla qəbul edilməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Farinqosept limonlu 10 mq sorma tabletləri nəqliyyat vasitəsi və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.

FARİNQOSEPT istifadə qaydası və dozası

Böyüklər Farinqosept limon 10 mq-lıq sorma tabletlərin tövsiyə olunan dozası 3-4 gün müddətində gündə 3-5 tabletdir ( 30-50 mq ambazon). Uşaqlar və yeniyetmələr 14-18 yaşlı yeniyetmələr tövsiyə olunan doza 3-4 gün müddətində gündə 3 dəfə 1 ədəd Farinqosept 10 mq-lıq sorma tabletidir (30 mq). Dozanın artırılması terapevtik effekti artırmır. Qəbul qaydası Farinqosept sorma tabletləri udulmamalıdır, yalnız ağız boşluğunda yavaş-yavaş tam sorulana qədər saxlanmalıdır. Farinqosept limon 10 mq-lıq sorma tabletləri yeməkdən sonra ( 15-30 dəq) qəbul olunur; qida, su və preparatın qəbulu arasında 2-3 saat interval saxlanmalıdır.

Prepared by  T-Soft E-Commerce.