Sevimlilərə əlavə edin
Paylaşın

Faringosept Limon 10MG N20 Tb

Məhsul Kodu : 111-28428
İstehsalçı ölkə : Ruminiya
0 Şərh Şərh
4,98 AZN
Kateqoriya: Burun və boğaz
KolleksiyaQiymət Xəbərdarlığı

FARİNQOSEPT LİMON DADLI, 10 mq sorma tabletlər

FARİNQOSEPT LİMON DADLI tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq ambazon monohidrat vardır.

İstifadəsinə göstərişlər

Ağız boşluğunun və udlağın kəskin infeksion xəstəliklərinin (faringit, gingivit, angina), amiqdaloektomiyadan sonra böyüklərdə, yeniyetmələrdə və 14 yaşdan böyük uşaqlarda yanaşı müalicə üçün.

Əks göstərişlər

- Ambazon və hər hansı köməkçi maddəyə qarşı yüksək həssaslıq. - 3 yaşınadək uşaqlarda istifadəsi. - Qalaktozaya qarşı dözümsüzlük, Lapp-laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası olan pasiyentlərdə istifadəsi.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Hamiləlik və ana südü ilə qidalandırma zamanı ambazonun istifadəsi ilə bağlı nəzarət edilən klinik tədqiqatlar mövcud deyil. Bununla belə, hamiləlik dövründə ambazonun istifadə olunduğu pasiyentlərdə heç bir arzuolunmaz reaksiya və ya dölə zərərli təsirlər bildirilməmişdir. Farinqosept limon 10 mq-lıq sorma tabletləri hamiləlik dövründə yalnız terapevtik fayda döl üçün potensial riskdən daha yüksək olduqda təyin edilir. Laktasiya dövrü Ambazonun ana südü ilə xaric olub-olmaması məlum olmadığından, ana südü ilə qidalanma zamanı istifadəsi barədə kifayət qədər məlumat yoxdur.

Yenidoğulmuşlar/körpələr üçün riski istisna etmək mümkün deyil. Ana südü ilə qidalanmanın dayandırılması və ya Farinqosept limon 10 mq-lıq sorma tabletləri ilə müalicənin dayandırılması barədə qərar, laktasiyanın və ana üçün müalicənin faydasını nəzərə almaqla qəbul edilməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Farinqosept limonlu 10 mq sorma tabletləri nəqliyyat vasitəsi və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.

FARİNQOSEPT LİMON DADLI istifadə qaydası və dozası

Böyüklər Farinqosept limon 10 mq-lıq sorma tabletlərin tövsiyə olunan dozası 3-4 gün müddətində gündə 3-5 tabletdir (30-50 mq ambazon). Uşaqlar və yeniyetmələr 14-18 yaşlı yeniyetmələr tövsiyə olunan doza 3-4 gün müddətində gündə 3 dəfə 1 ədəd Farinqosept 10 mq-lıq sorma tabletidir (30 mq). Dozanın artırılması terapevtik effekti artırmır. Qəbul qaydası Farinqosept sorma tabletləri udulmamalıdır, yalnız ağız boşluğunda yavaş-yavaş tam sorulana qədər saxlanmalıdır.

Farinqosept limon 10 mq-lıq sorma tabletləri yeməkdən sonra (15-30 dəq) qəbul olunur; qida, su və preparatın qəbulu arasında 2-3 saat interval saxlanmalıdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-28428

Oxşar Məhsullar

Akva Maris 10 ml Damla
6,50 AZN -%0
6,50AZN
Akva Maris 30 ml Burun Spreyi
12,20 AZN -%0
12,20AZN
Akva Maris Allergiya 20 ml Sprey
20,80 AZN -%0
20,80AZN
Akva Maris Ekstra 150 ml Sprey
19,50 AZN -%0
19,50AZN
Akva Maris Norm 50 ml Burun Spreyi
13,00 AZN -%0
13,00AZN
Akva Maris Plyus 30 ml Sprey
15,20 AZN -%0
15,20AZN
Akva Maris Stronq 30 ml Sprey
14,00 AZN -%0
14,00AZN
Akva Maris Uşaqlar üçün 150 ml Sprey
17,60 AZN -%0
17,60AZN
Angilor 30 ml Sprey
19,80 AZN -%0
19,80AZN
Anginovag 10 ml Sprey
16,15 AZN -%0
16,15AZN
Anzibel Bal-Limon N20 Tablet
6,00 AZN -%0
6,00AZN
Anzibel Mentol N20 Tablet
6,00 AZN -%0
6,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce