Sevimlilərə əlavə edin
Paylaşın

Feravit-C Mr N30 Tab

Məhsul Kodu : 111-30030
0 Şərh Şərh
5,05 AZN
Kateqoriya: Bioloji əlavələr
KolleksiyaQiymət Xəbərdarlığı

FERAVİT-C MR, təsiredici maddəsi modifikasiya olunmuş şəkildə azad olan örtüklü tabletlər

FERAVİT-C MR tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 320 mq dəmir (II) sulfat (100 mq Fe2+-a ekvivalent), 60 mq askorbin turşusu vardır.

İstifadəsinə göstərişlər

FERAVIT-C MR aşağıdakı hallarda təyin olunur: - Dəmir çatışmazlığından yaranan anemiyanın profilaktikası və müalicəsi.

Əks göstərişlər

Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq. • Qida borusu stenozu (esophageal stenosis) və/və ya mədə -bağırsaq traktının digər obstruktiv xəstəlikləri. • Dəmir miqdarının artması ilə əlaqəli xəstəliklər (məsələn, hemoxromatoz, hemosideroz). • Təkrarlanan qanköçürmələr.

• Dəmir çatışmazlığının mövcud olduğu hallar istisna olmaqla, də mir çatışmazlığından qaynaqlanmayan digər anemiya növləri. 12 yaşdan kiçik uşaqlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Aparılmış tədqiqatlar hamiləliyə və ya dölün/yeni doğulmuş uşağın sağlamlığına mənfi təsir göstərmədiyini təsdiqləmişdir. FERAVIT-C MR hamiləlik dövründə istifadə edilə bilər. Laktasiya FERAVIT-C MR südvermə zamanı uşaqlara mənfi təsiri yoxdur və südvermə zamanı təyin edilə bilər. Fertillik FERAVIT-C MR fertilliyə təsirini göstərməmişdir.

Uşaq doğurma qabiliyyəti olan qadınlar / Doğuşa nəzarət (kontrasepsiya) FERAVIT-C MR-nin istifadəsi zamanı əlavə kontrasepsiyadan istifadə zərurəti barədə məlumat yoxdur. FERAVIT-C MR-nin kontraseptiv üsullara təsir etdiyinə dair heç bir məlumat yoxdur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

FERAVIT-C MR nəqliyyat vasitəsi və digər potensial təhlükəli mexanizmləri idarə etmək q abiliyyətinə təsir göstərmir.

FERAVİT-C MR istifadə qaydası və dozası

Müalicə müddəti xəstənin orqanizmində dəmir mübadiləsinin sürətinə uyğun olaraq t əyin edilməlidir. Normal hemoq lobin s əviyyəsinə çatdıqda preparatın qəbulu dayandırılmamalı, orqanizmin dəmir ehtiyatı tam təmin olunana qədər (təxminən 2 ay) davam etdirilməlidir. Simptomatik dəmir çatışmazlığı üçün müalicənin orta müddəti 3 aydan 6 aya qədərdir. Böyüklər və yeniyetmələr (12 yaşdan yu xarı) üçün tövsiyə olunan doza gündə iki tabletdir.

Lazım gələrsə, yan təsirlərə görə doza yarıya endirilə bilər (gündə 1 tablet). Həkim təyinatına əsasən, dəmir çatışmazlığı anemiyası zamanı doza 3 tabletə qədər artırıla bilər. Hamiləlik dövründə tövsiyə olunan doza ilk 6 ay ərzində gündə bir tablet, üçüncü trimestrdə və süd vermə zamanı gündə iki tabletdir. Qəbuletmə üsulu: Tabletlər bütövlükdə su ilə udulmalı, çeynəməməli və ağızda saxlanmamalıdır.

Tabletlər mədə -bağırsaq traktının dözümlülüyündən asılı olaraq yeməkdən əvvəl və ya yeməklə birlikdə qəbul edilməlidir. Tabletlər heç vaxt uzanmış vəziyyətdə qəbul edilməməlidir. Pediatrik populyasiya FERAVIT-C MR 12 yaşdan kiçik uşaqlarda istifadə edilməməlidir. Yaşlı populyasiya Yaşlılarda FERAVIT-C MR-nin təhlükəsizliyi və effektivliyi öyrənilməmişdir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-30030

Oxşar Məhsullar

Acm Novofan N60 Cap
63,00 AZN -%0
63,00AZN
Additiva Roiibos-Mix, Vitamin C N10 Paket
19,00 AZN -%0
19,00AZN
Additiva Vit C Activline Xurma 240 Mq N20 Efv
15,20 AZN -%0
15,20AZN
Aevit Forte 350 Mq N30 Kapsul
3,40 AZN -%0
3,40AZN
Aevit N30 Cap
3,60 AZN -%0
3,60AZN
Agemo Omg 3 N50 Kapsul
40,60 AZN -%0
40,60AZN
Akvadetrim D3 10 ml Damla
4,48 AZN -%0
4,48AZN
Alpeforeks 15 ml Damla
17,30 AZN -%0
17,30AZN
Aminobol 5% 250 ml Məhlul
16,32 AZN -%0
16,32AZN
Aminokapronovaya Kislota 100 ml Sistem (Ukr)
2,18 AZN -%0
2,18AZN
Aminokard N30 Tablet
38,20 AZN -%0
38,20AZN
Aminoven 10% 500 ml Infuziya
31,04 AZN -%0
31,04AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce