Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

FERRO-FOLGAMMA NEO N100 TB

Məhsul Kodu : 111-25187
29,11 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

FERRO FOLQAMMA NEO, bağırsaqda həll olan tabletlər

FERRO FOLQAMMA NEO tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 37 mq Fe-ə ekvivalent olan 114 mq dəmir 2-sulfat (dəmir(II)sulfat) və 0,8 mq fol turşusu vardır.

İstifadəsinə göstərişlər

Bu preparat, böyüklərdə və 12 yaşlı və 12 yaşdan yuxarı uşaqlarda dəmir və fol turşususunun birlikdə çatışmazlığı nəticəsində yaranan anemiyanın müalicəsi üçün istifadə olunur. O, hamiləlik dövründə həmçinin, eyni vəziyyətin profilaktikası üçün də istifadə olunur.

Əks göstərişlər

Aşağıdakı hallarda Ferro Folqamma Neo-nun istifadəsi əks göstərişdir − əgər Sizdə bu dərman preparatının təsiredici maddəsinə və ya köməkçi maddələrindən hər hansı birinə qarşı (bax: „Tərkibi”) allergiya (yüksək həssaslıq) varsa. − əgər Sizdə dəmir çatışmazlığı və ya fol turşusu çatışmazlığı ilə bağlı olmayan anemiya varsa (məsələn, B12 vitamin çatışmazlığı ilə bağlı meqaloblastik anemiya; hemolitik anemiya) və həkiminiz bu dərmanı Sizə təyin etməyibsə − əgər Sizdə mənşəyi məlum olmayan meqaloblast anemiya varsa və həkiminiz bu dərmanı Sizə təyin etməyibsə − qanın hemosiderozu, hemoxromatoz, hemoqlobinopatiya kimi, orqanizmdə dəmirin saxlanması və dəmirin absorbsiyası ilə bağlı pozğunluqlar − əgər Sizdə təkrar qanköçürmə həyat keçirilirsə − əgər Siz dəmir tərkibli inyeksiyalar və ya infuziyalar daxil olmaqla, tərkibində dəmir olan digər dərman preparatları və/və ya digər maddələr alırsınızsa − əgər Siz ağır metallarla zəhərlənməyə qarşı dimerkaprolla müalicə (profilaktik) alırsınızsa

Hamiləlik və laktasiya dövründə istifadəsi

Əgər Siz hamiləsinizsə və ya uşaq əmizdirirsinizsə, hamilə olmağınıza şübhələnirsinizsə və ya uşaq sahibi olmağı planlaşdırırsınızsa, bu dərmanı qəbul etməyə başlamazdan əvvəl məsləhət üçün həkiminizə müraciət edin. Hamiləlik Ferro Folqamma Neo hamiləlik dövründə dəmir və fol turşusunun əvəzedicisi kimi istifadə edilə bilər və hamiləlik dövründə dəmir və fol turşusu nun birlikdə çatışmazlığı nəticəsində yaranan anemiyanın profilaktikası üçün tövsiyə olunur. Laktasiya dövrü Dəmir və fol turşusu ana südünə nüfuz etdiyi üçün, laktasiya dövründə Ferro Folqamma Neo yalnız həkim məsləhətindən sonra istifadə oluna bilər. Uşaqlarda və yeniyetmələrdə istifadəsi Bu dərman preparatını yüksək dozada qəbul edən uşaqlarda ölümcül zəhərlənmə baş verə bilər.

Ona görə də bu dərman preparatını uşaqların görə bilmədiyi və əli çatmadığı yerdə saxlamaq lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Bu dərman preparatı nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsir göstərmir.

FERRO FOLQAMMA NEO istifadə qaydası və dozası

Bu dərmanı istifadə edərkən, bu içlik vərəqədə təsvir edilən tövsiyələrə və ya həkiminizin və ya əczaçınızın tövsiyələrinə hər zaman ciddi əməl edin. Nəyəsə əmin deyilsinizsə, həkiminizə və ya əczaçıya müraciət edin. Tövsiyə olunan doza gündə 3 dəfə 1-2 tablet təşkil edir (gündə 3x1-2 tablet). Hamilələrdə istifadəsi Gündə 3 x 1 qastro-rezistent tablet.

12 yaşdan yuxarı uşaqlarda və yeniyetmələrdə istifadəsi Tövsiyə olunan doza gündə 3 dəfə 1-2 tablet təşkil edir (gündə 3x1-2 tablet). Tabletlər acqarına və ya qida qəbulu zamanı udulmalıdır. Tableti bütöv şəkildə su ilə udmaq lazımdır. Tabletləri sormaq, çeynəmək və ağızda saxlamaq olmaz.

Bəzi qida növləri bu dərmanın düzgün absorbsiyasını pisləşdirə bilər. Ona görə də Ferro Folqamma Neo ilə aşağıdakı qida məhsullarının qəbulları arasında 2-3 saat interval saxlamaq lazımdır: çay, kofe, yumurta, süd və ya süd məhsulları, undan və ya xalis buğdadan və digər dənli bitkilərdən və digər dietik lifli məhsullardan hazırlanmış çörək. Əgər Ferro Folqamma Neo-nun qəbulunu unutmusunuzsa Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza qəbul etməyin, çünki bununla unudulmuş dozanı əvəz edə bilməyəcəksiniz, ancaq doza həddinin aşılması riskinə məruz qalacaqsınız. Prepa ratın qəbulunu planlaşdırılmış doza rejiminə uyğun olaraq davam etdirin.

Əgər Ferro Folqamma Neo-nun qəbulunu dayandırırsınızsa Həkiminizin göstərişi olmadan preparatın qəbulunu dayandırmayın, çünki, bu, anem iyanın tam sağalmamasına səbəb ola bilər. Əgər bu dərman preparatının istifadəsinə dair əlavə suallarınız olarsa, həkiminizə və ya əczaçıya müraciət edin. Ferro Folqamma Neo-nun qida və içkilərlə qəbulu Bəzi qida növləri bu dərman preparatının düzgün absorbsiyasını pisləşdirə bilər. Əlavə məlumat üçün bax: „İstifadə qaydası və dozası”.

Prepared by  T-Soft E-Commerce.