Ferrum Lek 100 Mq 2 ml N10 Ampul
-
5
1
-
4
0
-
3
0
-
2
0
-
1
0
Bitib
Stokda olanda mənə xəbər verin.FERRUM LEK, 100 mq/2 ml əzələdaxili inyeksiya üçün məhlul
FERRUM LEK tərkibi
FERRUM LEK tərkibi, 2 ml (1 ampul) məhlulun tərkibində dəmir (III) hidroksid dekstran kompleksi şəklində 100 mq dəmir vardır.
Ferrum Lek, istifadəsinə göstərişlər
Peroral dəmir preparatları effektsiz olduqda və ya xəstələrdə onlara qarşı dözümsüzlük olduqda, preparat dəmir çatışmazlığı hallarının bütün formalarının müalicəsi üçün istifadə edilir.
Əks göstərişlər
Preparatın təsiredici maddəsinə və ya köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq. Dəmir tərkibli digər parenteral dərman vasitələrinə qarşı məlum olan hiperhəssaslıq. Dəmir çatışmazlığı ilə bağlı olmayan anemiya. Dəmirlə həddindən artıq yüklənmə və ya dəmirin utilizasiyasının pozulması. Hamiləliyin birinci trimestri.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamilə qadınlarda parenteral dəmir preparatlarının istifadəsi üzrə adekvat və yaxşı nəzarət olunan sınaqlar keçirilməyib. Bu preparat hamiləlik zamanı yalnız xüsusi hallarda istifadə edilə bilər. Hamiləliyin I trimestrində yaranan dəmir çatışmazlığı adətən peroral dəmir preparatları ilə müalicə edilir. Hamiləliyin II və III trimestrində preparat yalnız ana və döl üçün faydası riski üstələdikdə istifadə edilir. Laktasiya dövründə istifadəsi məsləhət görülmür.
İstifadə qaydası və dozası
Preparat yalnız əzələdaxili yeridilir. İnyeksiya və ya infuziya şəklində venadaxili istifadə olunmamalıdır. Yerləşdirilən hər inyeksiyadan sonra yüksək həssaslıq reaksiyaları müşahidə edilməlidir. Ən azı 30 dəqiqə ərzində pasiyent izlənilməlidir. Doza fərdi seçilməlidir və aşağıdakı formul ilə hesablanır:Ümumi dəmir çatışmazlığı (mq) = bədən çəkisi (kq) × (məqsədli Hgb (q/l) – faktiki Hgb (q/l)) × 0,24 + dəmir deposu ehtiyatı.35 kq-a qədər: məqsədli Hgb = 130 q/l, depo = 15 mq/kq.35 kq-dan artıq: məqsədli Hgb = 150 q/l, depo = 500 mq.Nümunə: bədən çəkisi 70 kq, Hgb = 80 q/l: dəmir defisiti = 70 × (150–80) × 0,24 = 1200 mq, depo = 500 mq, cəmi 1700 mq dəmir. Lazım olan ampul sayı = ümumi dəmir (mq) / 100 mq.