Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

FOLIEVAYA KISLOTA 5MG N50 TB (TEXNOLOG)

Məhsul Kodu : 111-16227
1,62 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

FOL TURŞUSU, tabletlər

FOL TURŞUSU tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində susuz maddəyə nəzərən 1 mq və ya 5 mq fol turşusu vardıtr.

İstifadəsinə göstərişlər

- Fol turşusunun çatışmazlığı ilə əlaqədar olan anemiyaların müalicəsi və profilaktikası: makrositar anemiyalar, dərman vasitələri və ya ionlaşdırıcı radiasiya tərəfindən törədilən anemiyalar və leykopeniyalar; meqaloblast anemiya, rezeksiyadan sonrakı anemiyalar, ahıl yaşlı pasiyentlərdə sideroblast anemiya; nazik bağırsaq xəstəlikləri, spru və malabsorbsiya sindromu ilə bağlı anemiyalar; - döldə anadangəlmə qüsurların inkişafının profilaktikası: sinir kötüyünün qüsurları, hidrosefaliyalar, qurdağzı, dovşandodaqlıq, beyin yırtıqları; - fol turşusunun antaqonistləri ilə (metotreksat, sulfametoksazol-trimetoprim kombinasiyası), qıcolma əleyhinə preparatlarla (fenitoin, primidon, fenobarbital) uzunmüddətli müalicə; - balanslaşdırılmamış və tələbata cavab verməyən qida ilə qidalanma nəticəsində yaranan fol turşusu çatışmazlığı; - spermatogenezin azalması (oliqospermiya) nəticəsində baş verən kişi sonsuzluğunun müalicəsi; - polinevritlər və polineyropatiyalar, o cümlədən alkoqol mənşəli.

Əks göstərişlər

Fol turşusuna və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq, B 12 vitamin çatışmazlığı, bədxassəli yenitörəmələr, bədxassəli anemiyalar, müalicə olunmamış kobalamin çatışmazlığı.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik zamanı döldə sinir kötüyünün qüsurlarının inkişafınıın profilaktikası üçün tövsiyə olunan dozalarda istifadəsi göstərişdir. Laktasiya dövründə preparat tövsiyə olunan dozalarda istifadə oluna bilər. Fol turşusu ana südünə nüfuz edir ki, bu da uşaq üçün faydalıdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri müəyyən edilməmişdir.

FOL TURŞUSU istifadə qaydası və dozası

Preparat daxilə qəbul olunur. Müalicə məqsədi ilə kişilərə və döşlə qidalandırma dövründə qadınlara gündə 5 mq-a qədər təyin edilir. Müalicə kursu 20-30 gün təşkil edir. 1 aylıq fasilə ilə 2-3 müalicə kursu keçirmək tövsiyə olunur.

Preparatın uzunmüddətli istifadəsini B12 vitamininin (sianokobalaminin) qəbulu ilə kombinə etmək tövsiyə olunur. Döldə anadangəlmə qüsürların inkişaf riski olan qadınlara hamiləliyin başlanmasından əvvəl 4 həftə ərzində 5 mq təyin edilir və hamiləliyin ilk 3 ayı ərzində davam etdirilir. Balanslaşdırılmamış və tələbata cavab verməyən qida ilə qidalanma nəticəsində yaranan fol turşusu çatışmazlığının profilaktikası üçün – gündə 1-5 mq. Müalicə kursu – 20-30 gün.

1 aydan sonra müalicə kursunu təkrar etmək tövsiyə olunur. Meqaloblast anemiya zamanı 4 ay müddətində gündə 5 mq fol turşusu təyin olunur. Spru xəstəliyi, makrositar anemiyası, bağırsağın iltihabi xəstəlikləri ilə malabsorbsiyası olan pasiyentlərə gündə 5-15 mq qəbul etmək tövsiyə olunur.

Prepared by  T-Soft E-Commerce.