Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

GILAN 0.4ML N30 GOZ DAMLASI

Məhsul Kodu : 111-28929
35,60 AZN
Daha çox Göz və qulaq
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Gilan 0, tibbi vasitə

Gilan 0 tərkibi

sorbitol (18.00 - 22.00 mq/ml), dinatrium hidrogen fosfat dihidrat (7,489,14 mq/ml), natrium dihidrogen fosfat dihidrat (2,83-3,45 mq/ml), natrium hialuronat 0,3 % (3,0±0,60 mq/ml), inyeksiya üçün su (1ml-ə qədər). Tətbiq sahəsi və təyinatı Tətbiq sahəsi - oftalmologiya Məhlul konyunktiva kisəsinə damcılatmaqla gözə qulluq üçün nəzərdə tutulub. Qilan Ultra Komfort oftalmik nəmləndirici məhlulu təbii göz yaşlarının təsirini təkrarlayır, gözün səthini qoruyur, nəmləndirir və onu yağlayır. Bu vasitə quru gözlərə uzunmüddətli rahatlıq verir, müxtəlif amillərin səbəb olduğu: ⚫ gözyaşı pərdəsinin pozulması, bu da gözyaşı ifrazının azalmasına gətirib çıxarır və diskomfort simptomlarına səbəb olur; • xarici mühitə məruz qalma (mərkəzi istilik, kondisioner, flüoresan lampalar, xlorlu su, kondisionerli hava, müxtəlif təbiət hadisələri - külək, soyuq, toz, tüstü, duman); kompüter monitorunda tez-tez uzunmüddətli işləmək; ⚫ vazokonstriktor ya iltihab əleyhine oftalmoloji ve preparatların istifadəsi; ⚫ hormonal səviyyələrdə dəyişikliklər (menopauza); yaşlılıq (65 yaşdan yuxarı əhalinin 75 %-i quru göz sindromundan əziyyət çəkir).

Xüsusiyyətləri və effektivliyi Qilan® Ultra Komfort tibbi vasitəsi natrium hialuronatın steril 0,3 % sulu konservantsız məhluludur. Aktiv tərkib hissəsi- bakterial fermentasiya nəticəsində əldə edilən yüksək təmizlənmiş natrium hialuronatdır. Natrium hialuronat həm göz toxumalarında, həm də insan bədəninin digər toxumalarında və mayelərində olan fizioloji polisaxarid birləşməsidir. Natrium hialuronat molekullarının xüsusi fiziki-kimyəvi xüsusiyyəti onların su qabiliyyətidir.

Natrium hialuronat (QILAN) sulu məhlulu lazımi molekullarını birləşdirmək özlülük və yüksək yapışdırıcı xüsusiyyətlərə malikdir, gözün səthini effektiv şəkildə nəmləndirir. Qilan Ultra komfort oftalmik məhluldan istifadə edərkən gözün buynuz qişasının epitelində nazik, bütöv bir təbəqə əmələ gəlir, gözləri qurumadan, qıcıqlanmadan və göz almasının ön səthinin iltihabının inkişafından qoruyur. Qoruyucu pərdənin təsiri, praktiki olaraq, dərhal başlayır, bununla da, gözler, kompüter arxasında iş, kondisionerdən və ya digər ofis avadanlığından uzun müddət istifadə zamanı, ekoloji vəziyyətin pisləşməsi hallarında tez-tez baş verən quruluq, sancı, kənar cism hissi, qıcıqlama hissinden uzun müddət qorumuş olur. Damcılamaqdan sonra əmələ gələn buynuz qişası qabağı gözyaşı pərdəsi uzun müddət qalır, göz qırpımı zamanı yuyulmur ve görmə itiliyinin azalmasına səbəb olmur.

Qilan Ultra Komfort müxtəlif dərəcədə olan quru göz sindromunun simptomlarını effektiv və tez aradan qaldırır: gözlərdə yad cisim, yanma, kəsik hisslərini, intensiv göz yüklülüyü zamanı yorğunluğu, diskomfortu aradan qaldırır və gözlərin vəziyyətini sağlam saxlayır. Təbii göz yaşı ilə eyni olduğu üçün Qilan® Ultra Komfort, kontakt linzaların sistematik şəkildə taxılması zamanı gözləri uzun müddət nəmləndirməsinə görə tövsiyə olunur. Qilan® Ultra Komfort məhlulu sərt və ya yumşaq kontakt linzaların taxılmasını daha rahat edir, həmçinin linzaların səthinə Çökmür. Qilan Ultra Komfort oftalmik məhlulun tərkibində konservantlar olmadığı üçün göz toxumasına arzuolunmaz toksik təsiri yoxdur və uzunmüddətli istifadəsi mümkündür.

Qilan Ultra Komfort daha yüksək natrium hialuronat tərkibinə və məhlulun özlülüyünün 9,0 18,0 mPa olmasına görə uzun müddətli təsir göstərir. İstifadəsinə dair göstərişlər orta dərəcədə quru göz sindromu və ağır kseroz zamanı gözün ön səthini (buynuz təbəqə və konyunktiva) nəmləndirlməsi üçün; - gözlərdə quruluq, "qum", yandırma, yad cisim hissi, yaşarma, qızartı, qaşınma, yorğunluq, "ofis" sindromunu aradan qaldırmaq üçün, xəstəliklərindən, xüsusi ilə müxtəlif mənşəli konyuktivitlər və keçirilmiş müxtəlif göz keratitlərdən sonra; quru göz sindromuna səbəb olan xroniki blefaritin kompleks müalicəsində; - dərman vasitələrinin (hormonal, iltihabəleyhinə vasitələr, antibiotiklər və s.) sistemli və uzunmüddətli istifadəsi zamanı quru göz sindromunu aradan qaldırmaq üçün; - kosmetik vasitələrdən daimi istifadə zamanı, həmçinin üzdə plastik əməliyyatdan sonra quru gözlərin kompleks müalicəsi üçün; - oftalmik cərrahi əməliyyatlardan sonra gözün ön səthinin nəmləndirilməsi üçün, o cümlədən refraktiv müdaxilələrdən (LASİK, PRK və s.) sonra; - sərt və yumşaq kontakt linzalar taxarkən narahatlığı aradan qaldırmaq üçün; - ətraf mühit şəraitinin pisləşməsi və çirklənməsi (tüstü, toz və s.), uzunmüddətli görmə gərginliyi zamanı buynuz qişa- konyunktiva kseroziyasının qarşısının alınması və kompleks SOLOPHARM müalicəsi üçün; Seqren sindromu.

Əks göstərişlər

Qilan® Ultra Komfort oftalmik məhlulun tərkibində olan hər hansı komponentinə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Qilan® Ultra Komfort hamiləlik ve laktasiya zamanı istifadə edilə bilər.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

qabiliyyətinə təsir göstərmir.

Gilan 0 istifadə qaydası və dozası

Qilan® Ultra Komfort oftalmoloji nəmləndirici məhlul, lazım olduqca konyunktiva kisəsinə 1-2 damcı, gündə 6 dəfəyə qədər damcıladılır. Məhlulun damcıladıması üsul

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Qilan® Ultra Komfort məhlulunun borusu zədələnmişdirsə istifadə etməyin. İstifadəsi zamanı ehtimal olunan kənar təsirlər Allergik reaksiyalar mümkündür. Məhlulun özlülüyünə görə göz qapaqlarının yapışması hissi yarana bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Diger oftalmik preparatlarla birlikdə istifadə edildikdə, Qilan® Ultra Komfort məhlulunun damcıdılması arasında ən azı 10 dəqiqəlik fasilə saxlamaq tövsiyə olunur. Göz məlhəmləri həmişə Qilan® Ultra Komfort məhlulunun damcılanmasından sonra istifadə edilməlidir. Xüsusi Təlimatlar Qilan Ultra Komfort tibbi vasitəsi insanın psixomotor vəziyyətinə təsir göstərmir.

Prepared by  T-Soft E-Commerce.