Bitib
Stokda olanda mənə xəbər verin.GLYCEROL QLİSEROL NEW. FA. DEM. TƏSDİQ EDILMIŞDIR Azərbaycan Respub Ba Sahiya NayE Farmakoloj Farmakopay Eksper Suran sadri -13.
2,25 q uşaqlar üçün rektal məhlul (çobanyastığı və əməköməci tərkibli) 6,75 q böyüklər üçün rektal məhlul (çobanyastığı və əməköməci tərkibli) Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün) Uşaqlar üçün 2,25 q-lıq imalə Tesiredici madde: 1 imalədə 2,25 q qliserol (qliserin) vardır. Köməkçi maddələr: buğda nişastası, çobanyastığının duru ekstraktı, əməköməcinin duru ekstraktı, təmizlənmiş su. Böyüklər üçün 6,75 q-lıq imale 1 imalede 6,75 q qliserol (qliserin) vardır. Köməkçi maddələr: çobanyastığının duru ekstraktı, əməköməcinın duru ekstraktı, buğda nişastası, təmizlənmiş su.
Təsviri Açıq qəhvəyi rəngli, opalessensiya edən özlü mayedir. Farmakoterapevtik qrupu İşlədici, imale. ATC kodu: A06AG04.
Qəbizliyin qısamüddətli müalicəsi, uşaqlar və ya yaşlı xəstələrdə müşahidə olunan qəbizlik.
Preparatın tərkibində olan təsiredici və ya hər hansı köməkçi maddəyə qarşı hiperhəssaslıq. Abdominal nahiyədə kəskin və mənşəyi bilinməyən ağrılar, Ürəkbulanma və ya qusma, Bağırsaq tutulması və bağırsaq keçməzliyi, Səbəbi bilinməyən rektal qanaxmalar, Ağrı və qanaxma ilə müşayiət olunan kəskin hemarroidal krizler, dehidratasiya.
Hamiləlik və laktasiya dövründə dərman vasitəsinin istifadəsi haqda klinik araşdırılmar aparılmadığına görə bu qrupdan olan xəstələrin qliserol ilə müalicəsi yalnız həkim nəzarəti altında və həkimin təyinatına əsasən aparılmalıdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Nəqliyyat vasitələrinin idarə olunması zamanı dərman vasitəsinin istifadəsi təhlükəsiz sayılır. Müalicə zamanı əlavə tesirlerin olma ehtimalını nəzərə alaraq nəqliyyat vasitələrini idarə etməzdən əvvəl reaksiyaları aşkarlamaq məsləhət görülür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Nəqliyyat vasitələrinin idarə olunması zamanı dərman vasitəsinin istifadəsi təhlükəsiz sayılır. Müalicə zamanı əlavə tesirlerin olma ehtimalını nəzərə alaraq nəqliyyat vasitələrini idarə etməzdən əvvəl reaksiyaları aşkarlamaq məsləhət görülür.
Birdəfəlik istifadə üçün olan konteynerin ucluğundakı qapağı ehtiyatla çıxarmaq üçün bir əllə mikro-imalənin qarmon şəkilli hissəsindən tutaraq, o biri əllə ucluğu mikro-imalədən tam ayırana qədər qatlamaq lazımdır. Prosedur zamanı qarmon şəkilli hissədən möhkəm basmaq olmaz, əks halda imalənin içərisindəki məhlul istifadə etməzdən əvvəl ətrafa tökülə bilər. Məhlulu düz bağırsağa yeritməzdən əvvəl mikro-imalənin ucluğunun içərisində olan məhlul ilə isladılması məsləhətdir. Daha sonra mikro-imalenin ucluğu ehmalca düz bağırsağa daxil edilməli və qarmon şəkilli hissədən basılmalıdır.
Hər konteyner birdəfəlik istifadə üçün nəzərdə tutulmuşdur. Mikro-imalənin istifadəsi zamanı dərman vasitəsinin effektivliyini artırmaq üçün mümkün qədər çox maye qəbul etmək lazımdır. Dərman vasitəsinin istifadəsinə başlanıldığı zaman bağırsağın boşalmasını daha rahat etmək üçün minimum doza ilə başlamaq məsləhət görülür. Böyüklər və 12-18 yaş arası yeniyetmələrə dərman gün ərzində 1-2 dəfə təyin edilə bilər.
2-11 yaşlı uşaqlar üçün sutkalıq doza 1 imalədən (2,25 q) artıq olmamalıdır.
2020-ci il QLISEROL Nyu Fa Dem işlədici təsir gösteren kombinəolunmuş preparatdır. Tərkibində olan qliserin yumşaldıcı, osmotik, yağlayıcı təsiri sayəsində farmasevtik sahədə geniş istifadə olunur. Təsiri 15-20 dəqiqə müddətində əldə olunur. Hiperosmotik tesir mexanizmi hesabına nəcis kütləsində olan birleşmiş suyu çıxararaq bağırsaq möhtəviyyatını durulaşdırır, suyun bağırsağa daxil olmasını stimullaşdırmaqla bağırsaq divarına yerli qıcıqlandırıcı və işlədici təsir göstərir.
Rektal istifadə olunan qriserin bağırsaq peristaltikasını stimullaşdıraraq fekal kütlənin xaric olmasını asanlaşdırır.
İşlədicilər mümkün qədər az hallarda istifadə olunmalıdır və istifadə müddəti 7 gündən artıq davam etməməlidir. Fərdi hallarda müalicə müddəti üçün daha uzun müddət tələb olunarsa, müvafiq müayinələrdən sonra həkim təyinatının olması mütləqdir. Xroniki və ya təkrarlanan qəbizlik zamanı müalicənin davam etdiyi müddətdə həkim nəzarətinin olması vacibdir. İşlədicilərin həddən artıq istifadesi orqanizmdə su, mineral duzlar (xüsusilə kalium) və digər vacib nutriyentlərin itkisinə səbəb olduğundan davamlı ishal baş verə bilər.
Dərman vasitəsinin həddən çox istifadə olunması hallarında dehidratasiya və hipokaliemiya yarana bilər; bu isə öz növbəsində ürək qlikozidləri, kortikosteroi- dlər, diuretiklərlə paralel müalice zamanı, ürək-damar və sinir-əzələ sisteminin fəaliyyətinin pozumasına səbəb ola bilər. İşledicinin yanlış qəbulu asılılığa, normal bağırsaq funksiyasının pozulmasına (bağırsaq atoniyasına) və xroniki qəbizliyə səbəb ola bilər. Qəbizlik müddəti ərzində bol su və lifli qidalar qəbul edilməsi məsləhətdir. İşlədicilər istifadə edilən zaman necis kütləsinin bağırsaqda hərəkətini asanlaşdırmaq üçün ən az 6-8 stəkan su və ya digər mayelər qəbul etmək lazımdır.
Xəbərdarlıq Rektal məhlulu istifadə etdikdən iki həftə sonra daha əvvəl müşahidə edilən bağırsaq funksiyalarında (bağırsağın boşalma tezliyi və xarakteristikasında) gözlənilməz dəyişiklik olduqda həkimlə məsləhətləşmək lazımdır. 12 yaşdan kiçik uşaqlarda dərman yalnız həkimin təyinatına əsasən istifade oluna bilər. Yaşlı adamlar ve sağlamlığında problemlər olan xəstələr dərmanı İstifadə etməzdən öncə həkimlə məsləhətləşməlidir. F New.Fa.Dem.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri Həkim və ya əczaçı son vaxtlar xəstə tərəfindən reseptli və ya reseptsiz qəbul edilən bütün dərmanlar haqqında məlumatlandırılmalıdır. Rektal məhlulun digər dərman vasitələri ilə qarşılıqlı təsiri haqqında heç bir araşdırma mövcud deyil. Dərman vasitəsinin vitaminlər və nutrientlərin sorulması prosesi ilə qarşılıqlı təsirə girmə ehtimalını nəzərə alaraq, digər dərmanların qəbulu ilə imalənin yeridilməsi arasındakı vaxt intervalı 2 saatdan az olmamalıdır.
Bütün dərman vasitələri kimi qliserol da əlavə təsirlərə malikdir. Abdominal nahiyədə ağrılar, spazm, elektroitlərin və bağırsaq möhtəviyyatının xaric edilməsi nəticəsində yaranan ishal, kəskin qəbizlik və rektal nahiyədə qıcıqlanma. İçlik vərəqində qeyd olunmuş hər hansı bir əlavə təsir müşahidə edildiyi halda dərhal həkim və ya əczaçıya müraciət etmək lazımdır. Doza həddinin aşılması Doza həddinin aşılması barədə heç bir məlumat yoxdur.
Hər halda yüksək doza abdominal nahiyədə ağrılara, orqanizmdən su, mineral duzlar (xüsusilə kalium) və digər vacib nutriyentlərin itməsi nəticəsində davamlı ishala sebeb ola bilər. Bu zaman su və mineral duzların itkisi bərpa olunmalıdır. Elektrolit disbalansı xarakterizə edən simptomlara: susuzluq, qusma, zəiflik, ödem, sümüklərdə ağrılar və hipoalbuminemiya aid edilir. Qliserol-un həddən artıq yüksək dozada istifadəsi zamanı dərhal həkimə müraciət etmək lazımdır.