Sevimlilərə əlavə edin
Paylaşın

Glicerol Sella Children 2.25 ml N6

Məhsul Kodu : 111-30276
0 Şərh Şərh
9,19 AZN
Kateqoriya: Həzm sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

QLİSEROL SELLA, 6,75 q böyüklər üçün rektal məhlul

QLİSEROL SELLA tərkibi

Təsiredici maddə: 1 flakonda 2,25 q qliserol vardır.

İstifadəsinə göstərişlər

Qəbizliyin qısamüddətli müalicəsi.

Əks göstərişlər

Tərkibindəki təsiredici maddəyə və ya hər hansı köməkçi maddəyə qarşı yüksək həssaslıq, qarında kəskin və ya naməlum mənşəli ağrı, ürəkbulanma və ya qusma, bağırsaq keçməməzliyi və ya bağırsaq stenozu, naməlum mənşəli rektal qanaxma, ağrı və qanaxma ilə kəskin hemorroidal kriz, dehitratasiyanın ağır mərhələsi.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və ya laktasiya dövründə adekvat və nəzarət olunan tədqiqatlar aparılmamışdır. Hamiləlik və laktasiya dövründə dərman vasitəsinin istifadəsinə dair açıq əks göstəriş olmasa da, preparatı yalnız ehtiyac olduqda və həkim nəzarəti altında istifadə etmək məsləhət görülür.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparat nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir. Lakin müalicə müddətində bəzi əlavə təsirlərin meydana çıxması istisna olunmur. Buna görə də nəqliyyat vasitəsin i və ya digər potensial təhlükəli mexanizmləri idarə etməzdən öncə dərman vasitəsinə reaksiyanı öyrənmək lazımdır.

QLİSEROL SELLA istifadə qaydası və dozası

Düzgün doza asan defekasiyanı təmin edən ən aşağı dozadır. Başlanğıcda asan defekasiyanı təmin edən minimal dozanı istifadə etmək məsləhət görülür. Böyüklər və yeniyetmələr (12-18 yaş): böyüklər üçün 1 mikroimalənin tərkibində ehtiyaca görə 6,75 q qliserol vardır, maksimum gündə 1 və ya 2 doza istifadə olunur. 6-11 yaşında uşaqlar: uşaqlar üçün 1 mikroimalənin tərkibində ehtiyaca görə 4,5 q qliserol vardır, maksimum gündə 1 və ya 2 doza istifadə olunur.

2-6 yaşında uşaqlar: kiçik uşaqlar üçün 1 mikroimalənin tərkibində ehtiyaca görə 2,25 q qliserol vardır, maksimum gündə 1 və ya 2 doza istifadə olunur. İstifadə qaydası Birdəfəlik istifadə üçün flakonun ucluğundakı qapağı ehtiyatla çıxarmaq üçün baş və göstərici barmaqla flakonun boğazındakı həlqəni tutaraq digər əl ilə ucluğun qapağını əsas korpusdan ayrılana qədər qatlamaq lazımdır. İstifadə et məzdən öncə m əhsul itkisindən qaçınmaq üçün flakonu əl də tutarkən qatlarının sıxılmamasına diqqət yetirmək lazımdır. Ucluğu bir qədər preparat ilə isladıb, ehtiyatla düz bağırsağa yeritmək, sonra flakonu sıxmaq lazımdır.

Flakonu sıxılmış vəziyyətdə saxlayaraq ucluğu düz bağırsaqdan çıxarmaq lazımdır. Hər flakon yalnız 1 dəfə istifadə olunmalıdır. Qalıqlar atılmalıdır. 12 yaşından kiçik uşaqlarda preparat yalnız həkim məsləhəti ilə istifadə oluna bilər.

İşlədici vasitələr mümkün olan minimal tezliklə və 7 g ündən çox olmayaraq istifadə olunmalıdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölümünə baxın). Maye ilə zəngin pəhriz preparatın effektivliyinə müsbət təsir göstərir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-30276

Oxşar Məhsullar

ACIDELOX (MAALOX) N30 SASHE
26,50 AZN -%0
26,50AZN
Active Flora Baby 5 ml Damla
18,00 AZN -%0
18,00AZN
Adehep 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Adehep 400MG N5 Amp
49,90 AZN -%0
49,90AZN
Ademta 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Ademta 400 Mq N5 Ampula
49,90 AZN -%0
49,90AZN
Adeomaks N30 Tablet
57,80 AZN -%0
57,80AZN
Aflib N20 Tablet
41,00 AZN -%0
41,00AZN
Aktivləşdirilmiş Kömür 250 Mq N10 Tablet
0,35 AZN -%0
0,35AZN
Algipak Duo 200 ml Suspenziya
29,40 AZN -%0
29,40AZN
Alkala N 150 ml Toz
21,77 AZN -%0
21,77AZN
Alloxol N10 Tablet
0,70 AZN -%0
0,70AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce