Sevimlilərə əlavə edin
Paylaşın

Herba Flora Biryanlı Ortiliya Otu 30 Qr

Məhsul Kodu : 121-19941
0 Şərh Şərh
6,60 AZN
Marka: HERBA FLORAKateqoriya: Otlar
KolleksiyaQiymət Xəbərdarlığı

Herba Flora Borovaya Matka 30 Qr

Tərkibi və İstifadə Qaydası

İstifadə qaydası: Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəqiqə dəmlənir, soyudulur, süzülür. Gündə 4-5 dəfə 1 xörək qaşığından qəbul edilir.

Məhsulun Təsviri

Biryanlı ortiliya çoxillik ot bitkisi olub Şimal yarımkürəsinin iynəyarpaqlı və qarışıq tipli meşələrində bitir. Qalın Sibir meşələri üçün də endemik bitki hesab olunur. Bitkinin tərkibi kversetin, naringen, hesperidin, hiperozid kimi flavonoidlər, aşı maddələri, iridoidlər və fenollarla zəngindir.

Bu kimyəvi birləşmələrlə yanaşı biryanlı ortiliyanın tərkibi kumarinlər, saponinlər, qall və limon turşuları, C vitamini, sink, dəmir, manqan kimi bir sıra minerallar və faydalı bioloji aktiv komponentlərlə zəngindir.

Aparılan tədqiqatlar nəticəsində bitkinin qadın cinsi orqanlarının, o cümlədən də uşaqlığın funksional fəaliyyətini artırdığı müəyyən olunmuşdur. Biryanlı ortiliyanın tərkibindəki faydalı bioloji aktiv maddələr cinsiyyət üzvlərinin nəsilartırma qabiliyyətini artırır , sidik- cinsiyyət sistemində iltihabı azaldır, hormonal fonu yaxşılaşdırır, orqanizmə ümumi möhkəmləndirici təsir göstərir.

Ginekoloji praktikada bitkinin ekstrakt və cövhəri menstrual tsikl pozulmaları , klimakterik sindrom, iltihabi xarakterli patoloji proseslər, əsasən də endometrit, salpingit, endoservisit, kolpit, uşaqlığın mioma və fibromioması, uşaqlıq qanaxmaları , uşaqlıq boynunun eroziyası, uşaqlıq borularının keçməməzliyi, əməliyyat sonrası bitişmə proseslərində çox geniş istifadə olunur.

Hormonal disbalans zamanı meydana gələn sonsuzluqdan əziyyət çəkən qadınların hamilə qalma ehtimalını yüksəldir . Ginekologiyadan başqa biryanlı ortiliya uroloji xəstəliklərdə də çox fayda verir. Belə ki böyrək və sidik yollarının infeksion prosesləri, xüsusilə sistit zamanı həm iltihab əleyhinə, sidikqovucu, həm də dezinfeksiyaedici təsir göstərir.

Həm tək, həm də kompleks müalicədə terapevtik effekti artırmaq məqsədilə tətbiqi məqsədəuyğun hesab olunur.

Biryanlı ortiliya prostat vəzin iltihabı, babasil, orta qulağın kəskin iltihabı, dərinin hiperpiqmentasiyası zamanı da çox faydalıdır. Bitkinin tərkibindəki arbutin maddəsi dəridə gedən irinli-iltihabi proseslər zamanı antiseptik, bakterisid, antioksidant təsir göstərir . Həmçinin iltihabi proseslərin tez bir zamanda sorulmasını, dəri hüceyrələrinin yenilənməsini və sağalmanı təmin edir.

Biryanlı ortiliya dərini təmizləyir və hamarlaşdırır. Dəridə piqment ləkələri və çillərin miqdarını azaldır. Bütün bu effektlər arbutin maddəsi və onun parçalanma məhsulu olan hidroxinon sayəsindədir.

Mədə-bağırsaq traktında arbutin hidroxinona çevrilir, yuxarıda göstərilən effektlərlə yanaşı həm də antibakterial, antioksidant təsir göstərir. Bədən hüceyrələrini sərbəst radikalların dağıdıcı təsirindən qoruyur, sərbəst radikalları neytrallaşdıraraq orqanizmdən xaric olunmasını təmin edir. Orqanizmə yaşlanma əleyhinə təsir göstərir , bundan başqa şiş hüceyrələrinin də inkişafının qarşısını alır.

Ümumiləşdirib desək, “borovaya matka” adı ilə tanınan biryanlı ortiliya bitkisi orqanizmə iltihab əleyhinə, mikrob əleyhinə, immunitet gücləndirici, sidikqovucu, ağrıkəsici, antioksidant, xərçəng əleyhinə təsir göstərir. Bu möcüzəvi bitkinin qadın otu adlandırılmasının əsas səbəbi onun məhz qadın orqanizminə verdiyi inanılmaz faydalarıdır.

Qablaşdırma çəkisi30 q
Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:121-19941

Oxşar Məhsullar

H/F Gendelas Ciceyi
2,40 AZN -%0
2,40AZN
H/F Kasni Adi Otu
2,30 AZN -%0
2,30AZN
H/F Kecever Köku
2,30 AZN -%0
2,30AZN
H/F Qizilcetir 40 g Ot
1,80 AZN -%0
1,80AZN
H/F Yapon Soforasi
2,40 AZN -%0
2,40AZN
H/F Zire Meyvesi
1,60 AZN -%0
1,60AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce