Bitib
Stokda olanda mənə xəbər verin.Tərkibi: Dağtərxunu çiçəklərinin tərkibi alkaloidlər (0,5%-ə qədər), polisaxaridlər, zülallar, qlikozidlər, üzvi turşular (tanaset və hallus), aşı və acı maddələr, vitaminlər (askorbin turşusu, rutin, karotin), əsas komponentləri tuyon və kamfora ketonları olan efir yağı ilə zəngindir.
İstifadə qaydası: Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su əlavə edilir, su hamamında 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur, süzülür. Gündə 3 dəfə, hər dəfə 1-2 xörək qaşığı daxilə qəbul edilir.
Dağtərxunu çoxillik ot bitkisidir. Qədim zamanlarda xalq təbabətində bitkinin çiçək, yarpaq və qönçələrindən istifadə olunur və müxtəlif cövhərlər, dəmləmə və həlimlər hazırlanırdı. Bitkinin hündürlüyü 1 metrdən çox olub parlaq və uzaqdan aydın seçilən narıncı çiçəkləri var.
Bu bitki iyun ayından oktyabra qədər çiçək açır. Bitkinin toxumları küləklə uzaq məsafələrə qədər yayılır. Dağtərxunu qönçə ikən yığılmalıdır.
Çünki bu vaxt bitkidə çox miqdarda flavonoidlər toplanır. Dərilmiş çiçək və yarpaqlar kölgədə və havalanan yerdə qurudulmalıdır.
Dağtərxunu kəskin ətirli bitkidir. Bitkinin tərkibi efir yağları, tuyon, kamfora, aşı maddələri, acı maddələr, polisaxaridlər, askorbin və digər turşularla zəngindir. Dağtərxununun çiçək və yarpaqları xalq təbabətində qurdqovucu, antioksidant, iltihab əleyhinə, qaraciyərqoruyucu, ağrıkəsici kimi istifadə olunur.
Bundan başqa orqanizmdə immuniteti gücləndirir, həmçinin virus, mikrob, soyuqdəymə əleyhinə və temperatursalıcı təsir göstərir. Aparılan elmi tədqiqatlara əsasən bitkinin fitonsid və ödqovucu xüsusiyyətinə görə onu qaraciyər xəstəlikləri, xolesistit və hepatitlərdə istifadə etmək mümkündür. Hal-hazırda dağtərxunu qurdqovucu və ödqovucu vasitələr qrupuna aid edilir.
Belə ki, bitki öd kisəsinin hərəki qabiliyyətini artıraraq öd axınını yaxşılaşdırır və orqanizmi toksinlərdən azad edir.
Dağtərxunu acı maddə tanasetin sayəsində qurdlara iflicedici təsir göstərir. Onların əzələ sistemini tam tonusdan salır. Flavanoidlər həm ödqovucu təsir edir, həm də qurdların təsiri nəticəsində əmələ gələn bağırsaq spazmlarını aradan qaldırır.
Bitkinin efir yağları qurdların mexaniki təsiri nəticəsində bağırsaq divarında əmələ gələn iltihabi prosesi aradan qaldırır. Dağtərxunu askarid, bizquyruq, soliter kimi qurd və lyambliya kimi parazitlərdə effektlidir. Qurd xəstəlikləri zamanı həm uşaq, həm də böyüklərdə iştahanı bərpa edir, qaraciyərqoruyucu olduğu üçün qurdların qaraciyərə zərərli təsirini azaldır.
Dağtərxunu mədə şirəsinin turşuluğunu artırır və turşuluğun az olması ilə bağlı xəstəliklərdə, qastritlərdə faydalıdır. Bitki bu qəbildən olan bir çox dərman preparatlarının da tərkibinə daxil edilib. Dağtərxunu ürəyin tac arteriyalarını genəldir və ürək-damar fəaliyyəti ilə bağlı çatışmazlıqlar zamanı da istifadə olunur.
Bitkinin tərkibindəki kumarin maddələr antimikrob təsir göstərir və yaralı xoralarda xaricdən təmizləyici vasitə kimi tətbiq etmək mümkündür. Ümumiyyətlə dağtərxunu mədə-bağırsaq sistemi xəstəlikləri, hepatit, xolesistit, qurd invaziyaları, ağciyər vərəmi, sinir-psixi pozğunluq, epilepsiya, isteriya, podaqra, qaraciyər və böyrək xəstəlikləri, babasil, qoturluq kimi dəri xəstəliklərində də effektlidir.
Bu təbii məhsulların hər biri qurd xəstəliklərində çox effektlidir!