Bitib
Stokda olanda mənə xəbər verin.Tərkibi: Beşdilimli damotu otunun tərkibində xolin, staxidrin, aşı maddələri, saponinlər, şəkərlər, askorbin turşusu, flavon qlikozidləri olan rutin və kvinkvelozid (tərkibi apigenin aqlikonu, d-qlükoza və n-kumar turşusundan ibarət), həmçinin A və B4 vitaminləri var.
İstifadə qaydası: İki xorək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. qaynayan su hamamında dəmlənir, 45 dəq. otaq temperaturunda soyudulur, süzülür. Gündə 2 dəfə, hər dəfə 1/2 stəkan yeməkdən 1 saat əvvəl qəbul edilir. Dəmləməni sərin yerdə 2 günə qədər saxlamaq olar.
Damotu çoxillik ot bitkisidir. Əsasən Yaxın Şərq, Avropa, Mərkəzi Asiya, Rusiyanın Avropa hissəsi, Qərbi Sibir və Qafqazda yetişir. Bitkinin tərkibi polisaxaridlər, üzvi turşular, aşı maddələr, alkaloidlər, karotinoidlər, askorbin turşusu, kalsium, maqnezium, dəmir, sink, manqan kimi makro- və mikroelementlərlə zəngindir.
Xalq təbabətində və müasir tibdə damotu daha çox sakitləşdirici vasitə kimi tanınır. Damotu otunun tərkibindəki bioloji aktiv maddələr psixoemosional gərginlik, stress, kardionevroz, arterial hipertenziya, stenokardiya zamanı sakitləşdirici təsir göstərir. Eksprerimentlər nəticəsində damotunun stress əleyhinə təsiri də təsdiqlənib.
Bitkinin təbii flavonoidləri orqanizmə antioksidant və ümumi möhkəmləndirici təsir göstərir. Belə ki, gün ərzində bədəndə maddələr mübadiləsi nəticəsində əmələ gələn sərbəst radikalları neytrallaşdırır . Hüceyrələri sərbəst radikalların dağıdıcı təsirindən qoruyur.
Bundan başqa qan damarlarının divarlarını tonuslandırır, laxtalanmanı tənzimləyir və kapilyar qan dövranını yaxşılaşdırır. Damotunun bu xüsusiyyəti oksidativ stress zamanı orqanizmin antioksidant dəstəyə ehtiyacı olduğu zaman meydana gəlir. Bitki flavonoid və karotinoidlər sayəsində, həmçinin orqanizmin immun sisteminə də müsbət təsir göstərir.
Flavonoidlər immun hüceyrələri iltihabi proseslərə cavab olaraq orqanizmdə yaranan oksidativ stresdən müdafiə edir . Karotinoidlər sayəsində damotu hüceyrə və humoral immuniteti möhkəmləndirir , immun hüceyrələri aktivləşdirir, iltihab əleyhinə sitokinlərin sintezini artırır.
Bitkinin aşı maddələri mədə-bağırsaq traktının fəaliyyətini yaxşılaşdırır. Patogen mikroorqanizmlərə məhvedici təsir göstərir, faydalı mikrofloranı aktivləşdirir. Yüngül spazmolitik təsir göstərir.
Flavonoidlər və acı maddələr hesabına damotu yüngül ödqovucu effekt verir, həzmi yaxşılaşdırır. Bədəndə qlükoza, ümumi xolesterol, aşağı sıxlıqlı lipoproteinlərin miqdarını azaldır.
Bitkinin alkaloid birləşmələri stress və həyəcan səbəbindən meydana gələn metabolik pozulmaları korreksiya edir. Bu vəziyyətdə yaranmış olan taxikardiya və aritmiyaları aradan qaldırır , həmçinin arterial təzyiqi normallaşdırır.
Sadalanan maddələr ürəkqoruyucu və damarqoruyucu təsir göstərir.
Damotu bitkisi saponinlər hesabına tənəffüs yollarının epitelinə qıcıqlandırıcı təsir göstərir, respirator infeksiyalar zamanı bəlğəmin qovulmasını sürətləndirir. Bu bitki həmçinin sidikqovucu olduğu üçün böyrək və sidik yollarının da fəaliyyətini yaxşılaşdırır. Ürək-damar və böyrək mənşəli patologiyalarda orqanizmdən artıq mayeni xaric edir.
Orqanizmi bədəndə toplanmış mayedən, ödem və şişkinlikdən azad edir.