Меню
Мой счет
Я забыл свой пароль
регистр
моя тележка

Herba Flora Dazıotu otu 50 qr

Код продукта : 121-02186
1,50 AZN
Более HERBA FLORA
Более Травы
нравиться

Распроданный

Дайте мне знать, когда он прибудет
Добавить в список Рекомендовать Комментарий Оповещение о цене

Herba Flora Dazı Otu

Tərkibi və İstifadə Qaydası

Tərkibi: Dazıotu otunun tərkibində flavo­noidlər (hiperozid, rutin, kversitrin, izokversitrin və kver­setin), həmçi­nin flüoressensiya edən boyalar (hiperisin, psevdo­hiperi­sin), aşı maddələri, karotin, efir yağı (a-pinen, azulen), qətranlar, vitaminlər və s. var.

İstifadə qaydası: Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəqiqə dəmlənir, soyudulur, süzülür. Daxilə gündə 3 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən əvvəl qəbul olunur və ya gündə 7-8 dəfə qarqara edilir.

Məhsulun Təsviri

Dazıotu çoxillik ot bitkisidir. Bitkinin tərkibi aşı maddələr, efir yağları, saponinlər, C, E vitaminləri, flavonoidlər, makro və mikroelementlər və digər bioloji aktiv maddələrlə zəngindir. Dazıotu həmçinin büzücü və iltihab əleyhinə komponentlərlə də zəngindir.

Bu bitki xalq təbabətində min bir dərdin dərmanı hesab olunur. Orqanizmə sakitləşdirici, antidepressant, qurdəleyhinə, antiseptik, antibakterial, qansaxlayıcı, sidikqovucu, büzücü, ağrıkəsici, yarasağaldıcı, ödqovucu təsir edir. Dazıotu bakteriyaları məhv edir, iltihabi prosesləri dayandırır, antibiotiklərə davamlı ştamlara öldürücü təsir göstərir.

Bitkinin herpes virusuna qarşı aktivliyi də aşkarlanmışdır.

Dazıotu gingivit və stomatitin profilaktika və müalicəsində, həmçinin öd yollarının diskineziyası, öd kisəsi və öd yollarında durğunluq, xolesistitlər, öd daşı xəstəliyi, hepatitlər, xroniki kolit, qastritlərdə, meteorizmdə istifadə olunur. Dazıotu böyrək yumaqcıqlarında filtrasiya pozğunluğu, böyrəklərin funksional çatışmazlığı nəticəsində böyrək kasacıqlarında maye ləngiməsi, ümumi olaraq qanda elektrolitlərin artması zamanı faydalıdır. Bitkinin təsiri tənəffüs sistemindən də yan keçməyib.

Belə ki, bəlğəmin tənəffüs yollarından evakuasiyasını sürətləndirərək tənəffüs sisteminin infeksion- iltihabi xəstəliklərində çox effektlidir.

Dazıotu daha çox antidepressant və ödqovucu kimi tanınır. Bitki qaraciyərdaxili öd yolları, öd kisəsi və öd yollarına spazmolitik təsir göstərir. Ödün sintezi və sekresiyasını artırır, qatılaşmış ödü durulaşdırır, onun öd kisəsi və öd yollarına qovulmasını rahatlaşdırır.

Bütün effektləri ilə yanaşı dazıotu insanda həyat eşqini artırır, bədəni tonuslandırır. Ona görə bitki yüngül və orta ağırlıqlı depressiv vəziyyətlərdə antidepressantlardan heç də geri qalmır. Bu effekti dazıotuya tərkibindəki hiperisin flavonoidi verir.

Hiperisin beyində “xoşbəxtlik hormonu” hesab olunan serotoninin sintezini artırır, insanın gün ərzində əhval-ruhiyyəsini yaxşılaşdırır. Bitkinin bütün təbii komponentləri bədənə ümumi möhkəmləndirici effekt göstərir.

Dazıotu tokoferol hesabına antioksidant effekt verərək bədəni sərbəst radikallardan təmizləyir. Nəticə etibarilə bitki qocalma və şişəleyhinə effekt verir. Karotinlə zəngin olduğu üçün göz sağlamlığının qeydinə qalır, həmçinin dərinin vəziyyətini yaxşılaşdırır, patogen mikroblarla mübarizə aparır.

Həmçinin aşı maddələri hesabına iltihab ocaqlarını söndürür, toxumaların regenerasiyasını sürətləndirir, yaraları infeksion agentlərdən təmizləyir. Nikotin turşusu hesabına ürək və sinir sisteminin fəaliyyətini yaxşılaşdırır. Bitkinin tərkibindəki askorbin turşusu immuniteti gücləndirir, kollagen zülalının sintezində iştirak edir.

Bitki fitonsidlər hesabına təbii antibiotik effekti verir.

Göründüyü kimi dazıotunun faydaları saymaqla bitmir.

Oxşar məhsullar
Prepared by  T-Soft E-Commerce.