Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Herba Flora Evkalipt yarpağı 40 qr

Məhsul Kodu : 121-02223
1,50 AZN
Daha çox HERBA FLORA
Daha çox Otlar
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Herba Flora Evkalipt Yarpağı

Tərkibi və İstifadə Qaydası

Tərkibi: Evkalipt yarpağının tərkibində əsas komponenti sineol (80 %) olan evkalipt efir yağı, həmçinin aşı maddələr, hallotaninlər, kumar və darçın turşusu var.

İstifadə qaydası: Bir xörək qaşığı xammalın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 3-4 dəqiqə qaynadılır, soyudulur, süzülür. Qarqara, şırınqa və ya islatma şəklində tətbiq edilir. İnhalyasiya üçün bir xörək qaşığı xammal 200 ml (1 stəkan) suda qaynadılır

Məhsulun Təsviri

Evkalipt xalq təbabətində faydalı müalicəvi xüsusiyyətləri ilə tanınan məşhur bitkidir. Evkaliptin vətəni Avstraliyadır, lakin planetin tropik və subtropik zonalarında da ona rast gəlinir. Ölkəmizdə 20-yə yaxın evkalipt növü yetişdirilir.

Bundan başqa bitkiyə Qafqazda, Qara dəniz sahillərində rast gəlmək olar.

Tibbi məqsədlər üçün ən çox Eucalyptus viminalisin yarpaqlarından istifadə olunur. Evkalipt yarpaqlarının tərkibi efir yağı sineol (ekvaliptol), limonen, simen, alfa-terpinol, karvakrol, pinokarvon və kamfen adlı maddələrlə zəngindir.

Evkalipt yarpaqları orqanizmə mukolitik, antiseptik , iltihab əleyhinə, dezinfeksiyaedici , sakitləşdirici, bakterisid, büzücü , göbələk əleyhinə, antiviral, bronxgenişləndirici , bəlğəmgətirici , antiallergik, həzmi tənzimləyici təsir göstərir. Bu xüsusiyyətlərinə görə ölkəmizdə də evkalipt yarpaqları təbii müalicə məqsədi ilə geniş tətbiq edilir. Təbii bitki müalicəsində evkaliptin dəmləməsindən, ekstraktından və yağından istifadə edilir.

Evkalipt yarpaqları xalq təbabətində tək şəkildə və bitkilərlə yığıntı halında müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur.

Bronxit , traxeit, faringit , laringit, qrip, soyuqdəymə , zökəm, ekzema, stomatit , gingivit, sistit , uretrit, vaginit, revmatik ağrılar, oynaq xəstəliklərinin, həmçinin çiban, sızanaq və sıyrıq kimi dəri zədələnmələrinin müalicəsində müsbət təsir göstərir. Evkalipt yarpaqları bakteriyaları, müxtəlif mənşəli mikrobları və virusları məhv edir , artıb çoxalmasının qarşısını alır.

Əsas təsir maddəsi yarpaqlarının tərkibində olan sineoldur və bu maddə Stafilokok, Streptokok, Eşerixiya Koli kimi bakteriyalara və göbələklərə qarşı aktivdir. Evkalipt yarpaqlarının dəmləməsindən istifadə edərək boğaz ağrısını , diş əti və dərinin iltihabını sağaltmaq mümkündür.

Bitki yuxarı tənəffüs yollarının xəstəliklərində əsasən yerli mikrob əleyhinə, aşağı tənəffüs yolları xəstəliklərində isə güclü bəlğəmgətirici təsir göstərir. Evkalipt yarpaqları tənəffüs yollarını bəlğəmdən təmizləyir , bəlğəmin xaric olmasına kömək edir, bu da onun mukosekretik, mukolitik və mukokinetik effekti ilə əlaqələndirilir. İnhalyasiya şəklində istifadəsi bronxit və sinusit zamanı faydalı sayılır.

Evkalipt yağından revmatizm , əzələ və oynaq ağrılarında masaj etmək üçün istifadə olunur. Sinir ağrıları zamanı həm ağrını tormozlayır, həm də sakitləşdirici effekt verir. Yüngül tonuslandırıcı və diqqət artırıcı təsiri var.

Xüsusilə qrip zamanı orqanizmin immun sistemini gücləndirir. Sızanaq və dəri infeksiyalarında evkalipt yarpaqlarının dəmləməsi yerli antiseptik , dezinfeksiyaedici kimi istifadə olunur və qıcıqlanmış dəriyə sakitləşdirici təsir göstərir . Ayaq göbələyi, akne, irinli yaralar, dəri səpgiləri zamanı vanna və kompres şəklində tətbiq edilir.

Oxşar məhsullar
Prepared by  T-Soft E-Commerce.