Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Herba Flora Gülümbahar çiçəyi 35 qr

Məhsul Kodu : 121-02164
2,20 AZN
Daha çox HERBA FLORA
Daha çox Otlar
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Herba Flora Gülümbahar Çiçəyi

Tərkibi və İstifadə Qaydası

Tərkibi: Gülümbahar çiçəklərinin tərkibin də karotinoidlər (alfa-karotin, likopen, violoksantin, flavoksantin), qətranlar, selik, acı maddələr (kalenden), flavonoidlər, salisil və alma turşuları, triterpen qlikozidləri, saponinlər, fitonsidlər, sink, mis, molibden və selen var.

İstifadə qaydası: Bir xörək qaşığı xammalın uzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. tez-tez qarışdıraraq dəmlənir, 45 dəq. soyudulur, süzülür. Gündə 2-3 dəfə hər dəfə 1-2 xörək qaşığı ilıq şəkildə qəbul edilir.

Məhsulun Təsviri

Ənənəvi olaraq qədim zamanlardan xalq təbabətində gülümbahar çiçəkləri müalicə məqsədi ilə çox istifadə olunur. Gülümbahar çoxillik bitkidir. “Kalendula” kimi də tanınan bu bitki günəşsevəndir.

Sarı və narıncı rəngli çiçəklər göz oxşayır. Bitkinin vətəni Aralıq dənizi sahilləri hesab olunur. Gülümbahar 12-ci əsrdən etibarən faydaları ilə elm aləmində tanınıb.

Xalq təbabətində gülümbaharın yarpaqlarından, çiçəklərindən və kökündən istifadə edilir. Bitki ən çox Avropa, Asiya və Avstraliya qitələrində geniş yayılıb.

Gülümbaharın tərkibi saponinlər, qlikozidlər, karotinoidlər, flavonoidlər, aşı maddələr və seliklə zəngindir. Mikrob əleyhinə, virus əleyhinə, iltihab əleyhinə təsir etdiyi üçün bitki müxtəlif istiqamətlərdə istifadə edilir. Gülümbaharın tərkibindəki antioksidantlar, karotinoidlər və provitamin A günəşdən qoruyucu kimi hesab olunur.

Bitki öz flavonoidləri hesabına venoz sistemi tonuslandırır, hüceyrədaxili bəzi fermentləri inhibə edir. Gülümbaharın tərkibi həmçinin salisil turşusu ilə də zəngin olduğu üçün dərinin buynuz qişasının yenilənməsini sürətləndirir. Bundan başqa hüceyrəarası mayenin miqdarını azaldır, ödem əleyhinə effekt verir.

Ən çox sızanaq, akne kimi dəri xəstəliklərində gülümbahar bitkisinin tayı-bərabəri yoxdur. Bundan əlavə gülümbahar təbii antibakterial maddə olan fitonsidlərlə zəngindir. Dəri səthində yerləşən stafilokoklara, streptokoklara, demodeks gənələrinə və bütün törədicilərə qarşı aktiv mübarizə aparır.

Həmçinin dəri səthində kapilyar qan dövranını yaxşılaşdıraraq sızanaq və aknelərdən sonra yaranmış yara və çapıqları sağaldır. Tərkibində olan yağ turşuları hesabına dəri tamlığını bərpa edir, qıcıqlanma və quruluqdan qoruyur, epidermis qatını qidalandırır, nəmləndirir və onu ətraf mühitin zərərli faktorlarından qoruyur. Gülümbahar dəri səthinə islatmalar şəklində də tətbiq olunur.

Dəri səthində olan ziyillər, dəri şişləri və dəri xərçəngində özünəməxsus effekti vardır. Gülümbahar uşaqlarda ağızgəlmə, böyüklərdə göbələk mənşəli stomatit zamanı çox faydalıdır. Bir çox stomatoloji xəstəliklər (diş ətinin iltihabı, parodontoz, pioreya və s. ) zamanı gülümbaharla qarqara və ya həmin nahiyəyə pambıqla islatma etmək xəstənin vəziyyətini xeyli yüngülləşdirir.

Bitki ödqovucu və sidikqovucu olduğu üçün öd və sidik kisəsi daşlarını əritmək məqsədi ilə də istifadə edilir. Gülümbahar güclü ödqovucudur və öd kisəsində durğunluğu aradan qaldırır, həmçinin qaraciyəri təmizləyir. Bitki qastrit, mədə və onikibarmaq bağırsağın xora xəstəliyinin müalicəsində geniş tətbiq olunur.

Bu məhsullar öz yüksək keyfiyyəti və effekti ilə xəstəliklərin profilaktikası və müalicəsində geniş əhali kütləsi tərəfindən istifadə olunur.

Oxşar məhsullar
Prepared by  T-Soft E-Commerce.