Bitib
Stokda olanda mənə xəbər verin.Tərkibi: Jenşen kökünün tərkibində bioloji aktiv maddələr (panaksin, panakvilon, ginzenin), linol, olein, stearin, palmitin turşuları, efir yağları, vitaminlər, selik, nişasta (20%), aşı maddələri, pektin maddələri (23%), qətranlar, makroelementlər və s. var.
İstifadə qaydası: Jenşen kökü 2 formada istifadə olunur: 1-ci forma: 40 qram (1 qutu) bütöv jenşen kökünün üzərinə 200 ml (1 stəkan) qaynadılmış soyuq şirin su tökülür, 3-4 saatdan sonra qabdakı su süzülür, köklər xırdalanır, üzərinə 500 ml 40 %-li spirt əlavə edilir. 3 həftə qaranlıq yerdə saxlanılır. Gündə 1 dəfə 10-15 ml (1 xörək qaşığı) yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir. Qəbul zamanı su içilməsi məsləhət deyil. Qəbul müddəti 60 gündür. 2-ci forma: 20 qram jenşen kökü xırdalanır, üzərinə 200 ml (1 stəkan) qaynadılmış soyuq su tökülür, qabda 100 ml maye qalana qədər qaynadılır. Gündə 1 dəfə 1 xörək qaşığı yeməkdən 30 dəq əvvəl daxilə qəbul edilir.
Son zamanlar arıqlamaq məqsədi ilə zəif qidalanan, mütəmadi fiziki-zehni işlə məşğul olan və yaxud sosial müdafiənin zəif olması səbəbindən həyat şəraiti və qidalanması zəif olan insanlar çoxdur. Bu zaman insanlarda ümumi zəiflik, arterial təzyiqin aşağı olması (hipotoniya), ürək vurğularının sayının azalması (bradikardiya), halsızlıq, iştahasızlıq, yuxululuq, əhvali-ruhiyyənin aşağı olması, daimi yorğunluq, iş qabiliyyətinin azalması kimi şikayətlər meydana çıxır.
Bu halların qarşısını almaq üçün adi jenşen bitkisinin köklərindən yararlanmaq çox məqsədəuyğundur.
Jenşen kökləri triterpen qlikozidləri, zülallar, efir yağları, pektin, C və B qrupu vitaminləri, K, Ca, Fe, Mg elementləri ilə zəngindir. Jenşenin stimullaşdırıcı və tonuslandırıcı effekti hələ qədim zamanlardan insanlara yaxşı məlumdur.
Arterial təzyiqi və orqanizmin müqavimətini yüksəldir, metabolizmi sürətləndirir, oksidləşmə və reduksiya reaksiyalarını, həmçinin enerji çevrilmələrini tənzimləyir.
Mərkəzi sinir sisteminin müxtəlif xəstəliklərinin nəticəsi olan pozulmuş zehni qabiliyyəti və koqnitiv funksiyaları stimulyasiya edir. ATF sintezini artıraraq enerji mübadiləsinin və metabolik proseslərin sürətlənməsinə yardım edir.
Tərkibindəki vitaminlər və minerallar hesabına ümumi zəifliyi, iştahasızlığı, xroniki yorğunluğu, yuxululuğu aradan qaldırır. Böyrəküstü vəzin qabıq maddəsini aktivləşdirərək aşağı arterial təzyiqi yüksəldir.
Qanda xolesterol və şəkər səviyyəsini tənzimləyir.
Jenşen kökləri fitohormonlarla zəngin olduğu üçün cinsi funksiyanı stimullaşdırır, cinsi istəyi artırır. Spermatogenezi aktivləşdirir, cinsi hüceyrələrin yaşam müddətini və hərəki aktivliyini artırır.
Jenşen bitkisinin təsirləri yalnız bunlardan ibarət deyildir. Bir çox qadınların orqanizmində endokrin sistemin fəaliyyətinin pozulması nəticəsində uzun illər gözlənilən hamiləlik baş tutmur.
Sonsuzluğun müalicəsi məqsədi ilə jenşendən istifadə etmək qadının hamilə qalmasına və sağlam uşaq dünyaya gətirməsinə kömək edir. Jenşen kökləri qadınlarda yumurtalığı stimulyasiya edərək estradiol və progesteron balansını tənzimləyir.
Aybaşı tsiklini normallaşdırır, follikulların yetişməsini və partlamasını təmin edir.
Qadınlarda menopauza dövründə belə jenşenin faydasından istifadə olunur. Nevrotik simptomları, gərginliyi, narahatlığı, yuxu pozğunluğunu, əsəbilik və aqressivliyi aradan qaldırır, yuxululuğu azaldır və iş qabiliyyətini yüksəldir.