Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Herba Flora Qaragilə meyvəsi 40 qr

Məhsul Kodu : 121-05794
7,80 AZN
Daha çox HERBA FLORA
Daha çox Otlar
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Herba Flora Qaragilə Meyvəsi 40 Qr

Tərkibi və İstifadə Qaydası

Tərkibi: Qaragilə meyvələrinin tərkibi 12%-ə qədər pirokatexin qrupundan olan aşı maddələri, 7%-ə qədər üzvi turşular, o cümlədən limon, alma, kəhraba, xin və turşəng, 30%-ə qədər şəkər, C, B vitaminləri və karotinlə zəngindir.

İstifadə qaydası: 2 çay qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) su əlavə edilir, 45 dəq. müddətində qaynar su hamamında dəmlənilir və süzülür. Gündə 3-4 dəfə, yeməkdən əvvəl 1/4 stəkan daxilə qəbul edilir.

Məhsulun Təsviri

Qaragilə dadlı meşə giləmeyvəsidir. Tərkibi orqanizm üçün faydalı maddələrlə zəngindir.

Qaragilə alçaqboylu kol bitkisi olub açıq-yaşıl rəngli yarpaqlara sahibdir. Adətən bitkinin meyvələri yayın ortalarında yığılır.

Avropa, Asiya, Şimali Amerikanın iynəyarpaqlı və enliyarpaqlı meşələrində, torf bataqlıqlarında geniş yayılıb.

Qaragilə meyvələri təbii vitamin və mineral deposu olduğu üçün hər şeydən əvvəl immuniteti gücləndirir və orqanizmi möhkəmləndirir. Orqanizmin bu elementlərə və askorbin turşusuna olan sutkalıq təlabatını ödəmək üçün 100 qram giləmeyvənin yeyilməsi yetərlidir.

Askorbin turşusu, sink, dəmir immun sistemini gücləndirməklə yanaşı həmçinin qanyaranmada da iştirak edir.

Qaragilə meyvələrinin vitamin C, flavonoidlər və taninlərlə zəngin tərkibi konyuktivitlər zamanı çox effektlidir. Görmənin itiliyini artırır və gecəgörməni yaxşılaşdırır.

Bir çox tədqiqatlar nəticəsində qaragilə meyvələrinin göz xəstəliklərində, hətta gözün torlu qişasının qopması zamanı xüsusi faydasının olduğu təsdiqlənib. Bu bitkinin meyvələri gözlərdə qan dövranını yaxşılaşdırır, xırda kapilyarları möhkəmləndirir, diabetik retinopatiyanın qarşısını alır.

B qrupu vitaminləri hesabına sinir sisteminin fəaliyyətini yaxşılaşdırır. Xalq təbabətində qaragilə meyvələrindən hazırlanan məcun müxtəlif mənşəli xroniki ishallar, mədə-bağırsaq problemləri, ağız boşluğunun iltihabi xəstəlikləri, hətta angina, faringit, revmatizm zamanı istifadə olunur.

Təzə dərilmiş qaragilə meyvələri sinqa xəstəliyinin dərmanı hesab edilir.

Bəzi mənbələr isə qaragilə meyvələrinin şəkərli diabet xəstəliyində yüksək effektini təsdiqləyir. Giləmeyvələrin tərkibi ona xüsusi rəng verən antosianlarla zəngindir.

Bu komponentlər də təbii antioksidant hesab olunur. Bu antioksidantlar qanda şəkər səviyyəsini aşağı salır, eyni zamanda hüceyrələrin insulinə həssaslığını artırır.

Qaragilə meyvələrinin müntəzəm qəbulu maddələr mübadiləsini yaxşılaşdırır, şəkərli diabetdən əziyyət çəkən xəstələrdə damar divarını möhkəmləndirir, damar divarının keçiriciliyini azaldır. Bu da arterial hipertoniya, ateroskleroz, şəkərli diabet kimi xəstəliklərdən əziyyət çəkən insanlarda gələcəkdə ürək-damar xəstəliklərinin inkişafı, infarkt və insult riskini azaldır.

Maqneziumla zəngin olduğu üçün ürəyin normal fəaliyyətini təmin edir. Qaragilə meyvələri az kalorili və aşağı qlikemik indeksli olduğu üçün bu qəbildən olan xəstələrin rahatlıqla gündəlik qida rasionuna əlavə edilə bilər.

Bu giləmeyvələr toxuma və hüceyrələrdə kapilyar qan dövranını yaxşılaşdırır, sərbəst radikalları neytrallaşdırır. Beləliklə hüceyrələri dağılmadan qoruyur, qocalma prosesini ləngidir.

Bitki lifləri ilə zəngin olduğu üçün həzmi sürətləndirir, pis xolesterinin miqdarını azaldır, yaxşı xolesterinin miqdarını tənzimləyir. Qaragilə meyvələri K vitamini hesabına qanın laxtalanmasında da iştirak edir.

Kalium ehtiva etdiyi üçün orqanizmdə su-duz balansını tənzimləyir.

Çəki40 qr
Oxşar məhsullar
Prepared by  T-Soft E-Commerce.