Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Herba Flora Şirin biyan kökü 40 qr

Məhsul Kodu : 121-02171
1,50 AZN
Daha çox HERBA FLORA
Daha çox Otlar
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Herba Flora Biyan Kökü

Tərkibi və İstifadə Qaydası

İstifadə qaydası: Bir xörək qaşığı xammalın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 30 dəqiqə qaynayan su hamamında dəmlənir, soyudulur, süzülür. Gündə 3-4 dəfə, hər dəfə 1 xörək qaşığı qəbul edilir.

Məhsulun Təsviri

Şirin biyan Avropa və Şimali Amerikada isti və quru iqlimlərdə becərilir. Əsasən dağətəyi və çöl zonalarında geniş yayılıb. Çin və Hindistan kimi ölkələrdə ənənəvi tibdə geniş istifadə edilir.

Şirin biyan kökü tənəffüs, həzm, immun, endokrin və sidik sistemi üçün geniş təsir spektrinə malikdir. Zəngin bioaktiv tərkibi sayəsində orqanizmin müxtəlif orqanlarına güclü təsir göstərir. Bu faydalı komponentlərdən qlisirrizin turşusunu orqanizm üçün güclü iltihab əleyhinə və virus əleyhinə vasitə kimi göstərmək olar.

Yerli olaraq interferon sintezini artırır, selikli qişaların baryer funksiyalarını gücləndirərək xəstəlik törədən mikrobların orqanizmə daxil olmasının qarşısını alır. Qaraciyərin zərərsizləşdirmə funksiyasını gücləndirir, ağır metal duzlarının, şlak və toksinlərin bədəndən xaric olmasını təmin edir. Flavonoidlər sayənsində şirin biyan güclü antioksidant və bakteriya əleyhinə effektə sahib olur.

Şirin biyan kökünün tərkibindəki saponinlər öskürək, bronxit, bronxial astma zamanı bəlğəmgətirici təsir göstərir . O, tənəffüs yollarının selikli qişasını yumşaldır, bəlğəmin rahat axmasını təmin edir. Bronxlarda olan spazmı və şişkinliyi aradan qaldırır.

Xüsusilə quru və qıcıqlandırıcı öskürəyi yüngülləşdirir.

Şirin biyan kökü seliklə zəngin olduğu üçün mədə xorası və qastrit zamanı qoruyucu və sağaldıcı təsir göstərir. Şəkərli diabetdən əziyyət çəkən xəstələrdə susuzluq hissini və tez-tez sidiyə getmə əlamətlərini azaldır. Bu, şirin biyanın şəkərli diabetli xəstələrin orqanizmində natriumun miqdarını artırması ilə əlaqədardır.

Bu element isə suyu özünə birləşdirir və bədənin mayeyə olan təlabatını azaldır. Bitki böyrəküstü vəzi stimullaşdıraraq bədəndə kortizol səviyyəsini artırır, stresə qarşı müdafiə yaradır.

Şirin biyan kökü yorğunluğa qarşı adoptogen təsir göstərir. Fitoesterogenlərlə zəngin olduğuna görə qadınlarda hormonal balansı tənzimləməyə kömək edir. Uzun müddət şirin biyan kökü istifadəsi arterial qan təzyiqini yüksəldə bilər.

Digər tərəfdən bitki damarların elastikliyini artırır və qanda “pis” xolesterol səviyyəsini azaldır. Qan damarlarını genişləndirərək qan axınını yaxşılaşdırır.

Sidik yollarında mikrobları məhv edir, sidik yollarının infeksiyaları və böyrəklərin iltihabi xəstəlikləri zamanı çox fayda verir. Bir çox dəri xəstəliklərinin müalicəsində effektlidir. Ekzema, dermatit, bəzi iltihablı dəri xəstəlikləri və sədəf xəstəliyi zamanı istifadə olunur.

Antihistamin effekt verərək allergik reaksiyaları və qaşıntını azaldır.

kimi bir çox xəstəliklər zamanı faydalıdır.

Oxşar məhsullar
Prepared by  T-Soft E-Commerce.