Bitib
Stokda olanda mənə xəbər verin.İstifadə qaydası: Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 20 dəq. dəmlənir, soyudulur, süzülür. Alınmış dəmləmə ilə gündə 5-6 dəfə qarqara edilir. Daxilə gündə 2-3 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) qəbul edilir.
Sürvə başqa sözlə adaçayı çoxillik, yaşımtıl boz rəngli, qalın xovlu yarpaqları olan bitkidir. Əsasən Avropa, Şimali Afrika və Asiyanın bəzi bölgələrində yayılmışdır.
Bitki qədim zamanlardan müalicəvi xüsusiyyətləri ilə tanınır. Sürvə yarpaqlarının tərkibi efir yağları (tuyon, sineol, kamfora), flavonoidlər, taninlər, A, C, K kimi vitaminlərlə zəngindir.
Adaçayı (sürvə) yarpaqları orqanizmə antimikrob, dezinfeksiyaedici, virus əleyhinə, iltihab əleyhinə təsir göstərir. Bitki, tərkibindəki efir yağları hesabına immuniteti gücləndirir.
Adaçayının vitaminlərdən əlavə kalsium, dəmir və maqnezium kimi zəngin mineral tərkibi orqanizmə ümumi möhkəmləndirici təsir edir. Soyuqdəymə, qrip və boğaz ağrısı zamanı adaçayı içmək və ya qarqara kimi istifadə etmək ağrını, iltihabı və şişkinliyi azaldır, əhvali-ruhiyyəni yaxşılaşdırır.
Sürvənin tərkibində efir yağı sineol və bitki antibiotiki hesab edilən salvin maddəsi vezikulyar stomatit, dişətinin iltihabı və anginalar zamanı çox faydalıdır.
Çoxsaylı tədqiqatlar sürvə yarpağının herpes simplex virusu və digər viruslara qarşı təsirli olduğunu göstərmişdir. Sürvə həzm fermentlərinin ifrazını artıraraq qidanın rahat mənimsənilməsini təmin edir.
Meteorizmi aradan qaldırır, bağırsaq sancılarını azaldır, ishal zamanı faydalıdır. Bitki iltihab mediatorları hesab olunan prostaqlandinlərin ifrazını azaldaraq iltihabı aradan qaldırır və ağrıkəsici effekt verir.
Baş ağrısı və yüngül əzələ ağrılarını aradan qaldırır. Bu da bitkinin revmatoid artrit, osteoartrit və digər iltihabi xəstəliklərində faydalı ola biləcəyini göstərir.
Adaçayı əsəb sakitləşdirici təsirə malik olub stresdən azad edir, yuxusuzluğun qarşısını alır.
Bitkinin beyin funksiyalarını yaxşılaşdırdığı, hətta demensiya, Altsheymer xəstəliyində faydalı ola biləcəyi elmi araşdırmalarla sübut olunmuşdur. Bundan başqa sürvə yarpağı beyində asetilxolin səviyyəsini artıraraq yaddaş, diqqət və zehni qabiliyyətin yaxşılaşmasına kömək edir.
Bu xüsusiyyət, əsasən yaşlı insanlarda koqnitiv geriləmənin qarşısını almağa yardımçı olur. Ümumiyyətlə, sürvə yarpaqları sinir sistemi xəstəliklərinin profilaktikası üçün də tətbiq edilə bilər.
Adaçayı qadınlarda hormonal səviyyəni tənzimləyən təbii vasitə kimi də tanınır. Xüsusilə menopauza dövründə tərləmə, istilik basması, gün ərzində əhvali-ruhiyyənin dəyişkən olması kimi narahatlıqları aradan qaldırır.
Sürvə yarpaqları flavonoidlər və fenol birləşmələri sayəsində güclü antioksidant təsir göstərir. Bu, sərbəst radikalların zərərli təsirlərini azaldaraq orqanizmin hüceyrə zədələnməsinin qarşısını alır və yaşlanma prosesini ləngidir.
Adaçayı qan şəkərinin səviyyəsini tənzimləyir, şəkərli diabet xəstələrinin vəziyyətini nisbətən yaxşılaşdırır.