Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Herba Flora Tozağacı tumurcuğu 40 qr

Məhsul Kodu : 121-02216
4,60 AZN
Daha çox HERBA FLORA
Daha çox Otlar
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Herba Flora Tozağacı Tumurcuğu

Tərkibi və İstifadə Qaydası

Tərkibi: Tozağacı tumurcuğu metoksi­benzoy, oksibenzoy və kumar turşuları, efir yağı, askorbin turşusu, saponinlər, acı maddələr, aşı maddələr, qətran, üzüm şəkəri və sarı boyaq maddəsi ilə zəngindir.

İstifadə qaydası: Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. qaynayan su hamamında dəmlənir, 45 dəq. otaq tempera­turunda soyudulur, süzülür. Gündə 2-3 dəfə, hər dəfə 1/3-1/4 stəkan yeməkdən 15 dəq. əvvəl ilıq şəkildə qəbul edilir.

Məhsulun Təsviri

Tozağacı təbiətin bizə bəxş etdiyi faydalı bitkilərdən biridir. Tibdə və xalq təbabətində daha çox bitkinin tumurcuqları və yarpaqları istifadə olunur. Tozağacı tumurcuqları flavonoid, vitamin, mineral və efir yağları mənbəyidir.

Tərkibinin bu qədər zəngin olması onun müalicəvi xüsusiyyətlərinin genişliyindən xəbər verir. Tozağacı tumurcuğu C və B qrupu vitaminləri, efir yağları, orqanik turşular, betulin, tanninlər, saponinlər, kalsium, kalium, maqnezium, dəmir, sink kimi minerallarla zəngindir. Bu bitki yalnız təbabətdə deyil, kosmetologiyada da geniş istifadə olunur.

Bitki müalicə məqsədi ilə əsasən çay şəklində, kosmetologiyada isə ekstrakt və ya yağ formasında istifadə olunur.

Tozağacı tumurcuğunun antiseptik, antibakterial, virus əleyhinə təsirləri məlumdur. Orqanizmin immun sistemini gücləndirərək respirator virus infeksiyalarına, bakteriyalara qarşı müqavimətini artırır, yüngül bəlğəmgətirici təsir edir. Bundan başqa güclü iltihab əleyhinə effektə malikdir, xəstəlik törədən mikrobları məhv edir, artaraq çoxalmasının qarşısını alır.

Həzm sisteminin işini tənzimləyir, mədə-bağırsaq xəstəliklərində çox faydalıdır. Ödqovucudur, qaraciyərdaxili öd yolları, öd kisəsi və ümumi öd yollarında durğunluğu aradan qaldırır, ödün onikibarmaq bağırsağa tökülməsini sürətləndirir. Metabolizmi yaxşılaşdırır, toksinləri bədəndən çıxarır.

Böyrək və sidik yolları problemlərinin aradan qaldırılmasında effektlidir. Böyrəklərdə filtrasiya və reabsorbsiya proseslərini yaxşılaşdıraraq sidiyə zülalın keçməsinin qarşısını alır. Təkrarlanan sistit və uretritlər zamanı effektivdir.

Tərkibində olan kalsium və maqnezium oksalat daşlarını əridir, onların əmələ gəlməsinin qarşısını alır. Sidikqovucu təsir göstərərək bədəndə yığılan artıq mayeni xaric edir, ürək və böyrək mənşəli ödemlərin azalmasına kömək edir. Kapilyar keçiriciliyini azaldır, qan damarlarını möhkəmləndirir, elastikliyini artırır.

Tozağacı tumurcuğu toxumaların kapilyar qan dövranını yaxşılaşdıraraq regenerasiyanı sürətləndirir. Göbələk əleyhinə effektlidir, həm də yarasağaldıcıdır.

Qurdqovucu olub bağırsaq helmintlərinin sinir sisteminə iflicedici təsir göstərir. Qurd invaziyaları zamanı bağırsaqda yaranmış ağrı və spazmı aradan qaldırır. Təbii antioksidantları sayəsində bədən hüceyrələrini sərbəst radikalların mənfi təsirindən qoruyur və yaşlanma prosesini ləngidir.

Xərçəng əleyhinə təsir göstərir. Betulin maddəsi hesabına şiş hüceyrələrinin böyüməsini ləngidir. Tozağacı tumurcuğu bədəni gümrahlaşdırır, həm də əhvali-ruhiyyəni yaxşılaşdırır.

Antibakterial xüsusiyyətləri sayəsində akne və sızanaqların, bir çox dəri xəstəliklərinin müalicəsində də geniş istifadə olunur. Oynaq ağrıları, artrit və revmatizm kimi xəstəliklərdə simptomları yüngülləşdirməkdə istifadə olunur.

Qurdqovucu təsirinə görə enterobioz, askaridoz, trixosefalyoz, tenioz, teniarinxoz, lyamblioz kimi qurd və parazitar xəstəliklərin profilaktikasında köməkçi vasitə kimi geniş istifadə olunur.

Oxşar məhsullar
Prepared by  T-Soft E-Commerce.