Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Herba Flora Udi Hindi oduncağı 40 qr

Məhsul Kodu : 121-25822
3,50 AZN
Daha çox HERBA FLORA
Daha çox Otlar
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Herba Flora Udi Hindi Oduncağı

Tərkibi və İstifadə Qaydası

Tərkibi: Seskviterpen və xromon formalı terpenoidlər, kadinanlar, valenkanlar, qvayanlar, sadə uçucu aromatik birləşmələr.

İstifadə qaydası: Bir çay qaşığı xammal 200 ml (1 stəkan) qaynar suda dəmlənir, soyudulur, gündə 2-3 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul olunur. Dəmləmənin dadını yaxşılaşdırmaq üçün bal əlavə oluna bilər. Uzun müddət qəbul oluna bilər.

Məhsulun Təsviri

Udi-hindi təbii antibiotik kimi tanınır və qədim zamanlardan Çin və ənənəvi islam təbabətində geniş istifadə olunur. Bitki qərbi Himalay, Pakistan, Hindistan, Nepal və Çində geniş yayılmışdır. Udi-hindi bitkisinin tərkibi 20 növ amin turşusu, güclü antibakterial, virus əleyhinə və iltihab əleyhinə təsir göstərən maddələrlə zəngindir.

Ümumi möhkəmləndirici və immunostimulyator olduğu üçün mövsümi infeksiyaların qarşısını alır. Eyni zamanda burun tıxanıqlığını aradan qaldırır. Boğaz ağrısı və tənəffüs yolu xəstəliklərində istifadə olunur.

Həmçinin allergiya əleyhinə də təsir edir. Bitkinin quru kökünün yanması zamanı əmələ gələn tüstü tənəffüs yollarında allergiya simptomlarını aradan qaldırır. İntensiv öskürək və boğulmanı azaldır.

Bal ilə qarışdırılmış udi-hindi tozu isə quru öskürəyə xeyirlidir.

Həzm fermentlərinin ifrazını və bağırsaqların peristaltikasını tənzimləyir, iştahanı və həzmi yaxşılaşdırır. Mədə və bağırsaqların selikli qişasının bərpasını sürətləndirdiyi üçün xroniki qastrit və kolit zamanı effektlidir. Stafilokok və streptokokların, dizenteriya şigellalarının böyümə və inkişafını dayandırır.

Ödqovucudur, öd daşlarını əridir. Qanazlığı əleyhinə effekt verir. Zəngin dəmir tərkibi hesabına hamiləlik, doğuşdan sonra və laktasiya dövründə, həmçinin alimentar və digər etiologiyalı dəmir defisitli anemiyalarda çox müsbət təsir göstərir.

Qanda şəkərin miqdarını tənzimləyir, mədəaltı vəzin sekresiyasını yaxşılaşdırır. Detoksik və antiparazitar təsiri vardır. Qaraciyərin antitoksik funksiyalarını normallaşdırır, orqanizmi helmintlərdən azad edir.

Qaraciyər piylənməsində, hepatitlərin bütün növlərində yüksəlmiş qaraciyər fermentlərinin nizamlanmasında əvəzolunmaz vasitədir.

Qandurulaşdırıcıdır, damar qoruyucudur, kapilyar keçiriciliyi azaldır, qansızmaların qarşısını alır. Beləliklə gələcəkdə orqanizmdə yarana biləcək infarkt və insult riskini önləyir. Bitki beyin qan dövranını yaxşılaşdırır, diqqəti və yaddaşı gücləndirir.

Tərkibi yodla zəngin olduğu üçün qalxanabənzər vəzin funksiyalarını yaxşılaşdırır, hormonların sintezini aktivləşdirir. Nəticə etibarilə yorğunluğu aradan qaldırır və orqanizmi enerji ilə təmin edir.

Udi-hindi həm də kiçik çanaqda qan dövranını yaxşılaşdırır, sidikqovucu təsir göstərir. Böyrək və sidik yollarını sanasiya edir, iltihabı aradan qaldırır. Bu bitki cinsi fəaliyyəti stimulə edir, spermatogenezi sürətləndirir.

Qadınlarda aybaşını tənzimləyir, hormonal disbalansı normaya salır. Bitkinin faydaları bununla bitmir. Udi-hindi orqanizmi tonuslandırır, zehni fəaliyyəti və yaddaş qabiliyyətini artırır.

Həşərat sancmaları, dərinin müxtəlif problemləri zamanı da faydalıdır. Saçtökülmə əleyhinə də effekt verir. Bir sözlə udi-hindi min bir dərdin dərmanıdır.

İnsul10 artıq çəkidən əziyyət çəkən, insulin dirənci olan insanlar üçün çox faydalıdır. Prostal10 kapsulları prostatitlər, prostat vəzin adenoması zamanı yardımçı vasitə kimi istifadə olunur.

Kişilərdə potensiyanı və nəsilartırma qabiliyyətini artırmağa kömək edir.

Oxşar məhsullar
Prepared by  T-Soft E-Commerce.